Keçid linkləri

Təcili xəbərlər

İşçisiz, öz-özünə çalışan təkərli mağaza


Satıcısız, kassasız avtomatlaşdırılmış bir dükan təsəvvür edirsiz?

Çinin Şanxay şəhərinin sakinləri artıq belə bir mağazaya baş çəkə bilərlər.

İsveç şirkəti Wheeelys personalsız, təkərli, öz-özünə sürülən Moby baqqal dükanını sınaqdan keçirir.

Dükandan alış-veriş etmək üçün əvvəlcə onun mobil proqramını yükləmək, bank kartını əlavə etmək lazımdır. Elə qapı da bu proqramla açılır. Sonra alıcı kiçik, təxminən dörd nəfər yerləşə biləcək mağazanı gəzib, seçdiyi məhsulların QR kodunu oxudub səbətə atır. Alış-veriş tamamlananda ödəniş kart hesabından avtomatik çıxılır.

Moby günəş batareyası ilə çalışır. Daxili sensorlarla qalan malların sayı izlənilir. Məhsullar bitdikdə yenidən depolamaq üçün dükan avtomatik olaraq anbara göndərilir.

Şanxayda sınaqdan keçirilən bu kiçik, avtomatlaşdırılmış, işçisiz mağaza dükanların tez bağlandığı və ya heç olmadığı kəndlərdə, qəsəbələrdə də çox faydalı ola bilər.

Mağaza xidmət haqqı hesablanmadan 30 min dolllara başa gəlir.

Ən son yazılan

XS
SM
MD
LG