Keçid linkləri

Təcili xəbərlər

Bəşəriyyətin dörddə üçü ölümcül istiliklə üz-üzə qalacaq


XXI əsrin sonunda planetdə hərarət insanların həyatı üçün təhlükə yaradacaq qədər yüksələcək. ABŞ və Kanada alimləri hesab edirlər ki, əgər istixana qazları indiki sürətdə artmağa davam edərsə, bəşəriyyətin dörddə üçü ölümcül istilik hərarəti ilə üz-üzə alacaq.

Mütəxəssislər 1980-ci illərdən hazırki dövrədək əldə edilən bütün məlumatları ümumiləşdirərək belə bir qənaətə gəliblər ki, hərarətin həddindən artıq qalxması nəinki yüzlərlə, hətta minlərlə insanın həyatına son qoyub. Alimlər qeyd edirlər ki, ABŞ-ın Çikaqo ştatında 1995-ci ildə isti hava və yüksək rütubətdən 740 nəfər, 2003-cü ildə 4900 parisli, 2010-cu ildə isə 10 800 nəfərdən çox insan Moskvada vəfat edib. Dünyada 1900 yer qeyd edilib ki, 36 il ərzində həmin ərazilərdə havanın yüksək hərarətindən ölüm halları daha çox olur.

Alimlərə görə, gələcəkdə iqlim dəyişməyə davam edəcək və isti hava şəraiti daha böyük təhlükə yaradacaq. Hesablamalara görə, artıq 2000-ci ilədək Yer planeti sakininin hər üçüncüsü 20 gündən az olmayaraq təhlükəli isti hava şəraitində yaşamalı olub, gələcəkdə isə bu faiz böyük ehtimal ki, artmağa davam edəcək. Mütəxəssislər qeyd edirlər ki, bu problem xüsusilə tropik regionlara aid edilir.

İstixana qaz tullantıları hazırki templərlə artmağa davam edərsə, XXI əsrin sonlarına dünyanın 74 faizi istilik problemi ilə qarşılaşacaq. İstixana qaz tullantıların həcmini azaldan layihələr uğurla nəticələnsə belə, 2100-ci ildə bu rəqəm 48 faiz təşkil edəcək.

Nature Climate Change dərgisində nəşr edilən araşdırmanın müəllifləri bəyan edirlər ki, həddindən artıq isti hava insanın bədən hərarətini də artırır, bu isə orqanizmin sağlamlığına mənfi təsir göstərir. Bədənin təbii halı olan tərləmə - soyuq buxarlanma ilə bədəndəki hərarəti aradan qaldıran bu proses də effektivliyini itirmiş olur. Səbəb isə havada rütubətin artmasıdır.

Ən son yazılan

XS
SM
MD
LG