Keçid linkləri

Təcili xəbərlər

Qara dəniz rəngini dəyişir


NASA Qara dənizin peykdən ən yeni görüntülərini yayıb. Mütəxəssislərin rəyinə görə dənizin bir çox hissələri rəngini dəyişib.

Həmişə tünd-göy rəngdə olan Qara dəniz firuzəyi rəngə çevrilib. Dəyişiklik ən çox Ruminiya, Bolqarıstan, Ukrayna sahillərində müşahidə olunur.

Alimlərin fikrincə, rəng dəyişimi fitoplankton orqanizmlərdən olan kokolitoforidlərin çiçəkləməyi ilə bağlıdır. Bu zaman onlar fəal kalsium karbonat istehsal edirlər. Nəticədə, həmin ağ maddə dənizi aydınladır və firuzəyi rəngə salır.

Alimlər bildirirlər ki, bu fenomen cari ildə daha parlaq nəzərə çarpır. Kokolitoforidlərin aktiv çiçəkləməsi suda Qara dənizin faunası və florasına zərər verə biləcək oksigen əksikliyi yarada bilər.

Mütəxəssislər qeyd edirlər ki, bütün fitoplanktonların çiçəkləməsi suyu aydınlatmır. Məsələn, Qara dənizdə çiçəkləyən diatomlar əksinə suyun rəngini tündləşdirir.

Ən son yazılan

XS
SM
MD
LG