Keçid linkləri

Təcili xəbərlər

Dilin önəmi: Oxumaq azdır, qavramaq önəmlidir. 


Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, informasiyaya çıxış üçün açar, həm də milli kimlik formalaşdırmaqda önəmli rol oynayır. Dövlət dilimiz, türkcəmiz inkişaf edə bilmir, zənginləşmir, səbəbi azadlıqların olmamağıdır. Ölkədə söz və akademik, elmi azadlıqlar, debat, diskussiya ortamı yoxdur deyə dilimiz inkişafdan geri qalır.

Dilin formalaşmasında müasir dünyada TV kanalları önəmli rol oynayır, bizdə ekrandan bayağılıq, yaltaqlıq, “küçə” səviyyəsində söhbətlər yağır...

Dilin formalaşmasında müasir dünyada TV kanalları önəmli rol oynayır, bizdə ekrandan bayağılıq, yaltaqlıq, “küçə” səviyyəsində söhbətlər yağır. Televiziyalarda debatlar, diskussiyalar olsa, bu dövlət dilimizin təkmilləşməsində çox önəmli rol oynaya bilər.

Akademik və elmi azadlıqlar yoxdur deyə bir çox sahələrdə terminlərsiz qalmışıq, şəxsən mən gün ərzində mətbuata iqtisadi mövzularda ortalama 10 açıqlama, müsahibə verirəm. Bəzi hallarda terminləri Anadolu türkcəsində, ya rusca, ya da ingilis dilində deməli oluram. Həmin terminlərin dövlət dilimizə uyğunlaşması baş vermir, bir çox spesefik sahələrdə də eyni problem yaşanır.

Dil həm də təhsilə çıxış deməkdir, təbii ki, əsas hədəf kimi dövlət dilimizdə təhsilin səviyyəsini artırmaq olmalıdır, amma indi əsas məsələ - hansı dildə olur-olsun keyfiyyətli təhsil önəmlidir. Tədricən dövlət büdcəsindən maliyyələşən bütün orta və ali məktəblər dövlət dilimizdə olmalıdır, amma istənilən dildə özəl məktəblərin yaranmasına dövlət mane olmamalı, hətta dəstək göstərməlidir. Təhsil Nazirliyinin hədəflərinə və proqramlarına uyğun tədris aparan istəlilən dildə özəl tədris ocaqları ola bilər.

Dil həm də kitaba, informasiyaya çıxış deməkdir, amma tək oxumaq azdır, oxuduğunu doğru-düzgün qavramaq da önəmlidir...

Dil həm də kitaba, informasiyaya çıxış deməkdir, amma tək oxumaq azdır, oxuduğunu doğru-düzgün qavramaq da önəmlidir. Məsələn, Marksı oxuyan, öz araşdırmalarında ona istinad edən dahi iqtisadçılardan biri John Maynard Keynes 20-ci əsrdə, əsasən əsrin 30-cu illərində dünya iqtisadiyyatını böhrandan çıxarmağa kömək olan “Keynes nəzəriyyəsini” yaratdı, amma Marksı oxuyub ancaq ondan “sinfi mübarizəni” götürən Ernesto Che Guevara əlinə silah alıb sinfi düşmənləri fiziki məhv etməyi seçdi. Daha bir misal: Müqəddəs Kitab olan Qur'anı oxuyub, onun fəlsəfəsini, böyüklüyünü anlayanlar filosof, alim oldular, Finlandiya kimi dövlətlər qurdular, Müqəddəs Kitabı oxuyan bəziləri isə həç nə anlamayıb, bəzi mətnləri düzgün təhlil etməyib, həmin sözlərlə terror aktlarına haqq qazandırmağa başladılar.

Sözümün canı odur ki, dövlət dilimizdə tək mətnlər deyil də, mənalar və hekayələr də yaratmalıyıq ki, həm dilimiz zənginləşsin, həm də elmimiz və təhsilimiz inkişaf etsin...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG