Keçid linkləri

Təcili xəbərlər

“Ağıllı” oyuncaq uşaqların hisslərini anlayacaq


Uzunsaç, qaragöz, “ağıllı” kukla, deyəsən, gerçək olur.

Duyğuları oxuya bilən gəlincik hazırlanıb.

Oyuncağı Kastiliya-La-Mança Universitetinin əməkdaşları hazırlayıb.

Gəlincik içərisindəki kiçik kamera və çiplə üzün şəklini çəkir və xoşbəxtlik, qəmginlik də daxil olmaqla səkkiz emosiyanı tanıyır.

Çip süni intellekt alqoritmləri ilə çalışır.

Oyuncaq kiçik bir batareyayla işləyir. Digər smart oyuncaqlardan fərqli olaraq, internet bağlantısına ehtiyac duymur. Bu da gizliliklə bağlı şübhələrə son qoyur.

Layihənin rəhbəri professor Oskar Deniz bildirir ki, bu gəlinciklərin gözləri uşaqlara təkcə baxmayacaq, həm də yardım etməyə, anlamağa çalışacaq.

Çipin qiyməti 100 avro olacaq. Onun nə zaman satışa çıxarılacağı dəqiq açıqlanmır.

Fevral ayında valideynlər Mr. Friend Cayla adlı ağıllı oyuncağın yığışdırılmasını tələb ediblər. Onun şəxsi informasiyaları oğurladığı bildirilib.

Ən son yazılan

XS
SM
MD
LG