Keçid linkləri

Google iş axtaranlara kömək üçün axtarış nəticələrinə yeni özəllik artırıb.

Artıq istifadəçilər Google-da iş axtaran zaman xüsusi saytlara daxil olmadan, elanları birbaşa axtarış nəticələrində görə biləcəklər. Google-dan ingilis dilində istifadə edən həm masaüstü, həm də mobil cihaz istifadəçiləri bu özəllikdən faydalana biləcəklər.

Əgər istifadəçi “yaxınlıqda yerlərşən işlər” və ya istədiyi vakansiyanın adını yazıb axtarış edirsə, Monster, LinkedIn, WayUp, DirectEmployers, Career Builder, Glassdoor və Facebook kimi müxtəlif saytlardan sorğusuna uyğun olan iş elanlarının siyahısı ona təqdim ediləcək.

Axtarış nəticələrini başlığa, kateqoriyaya, tarixə, tipinə görə filtrləmək olar. Google gələcəkdə filtrləri artıracağını bildirir.

İstifadəçi Google hesabıyla daxil olubsa, müxtəlif güvənilən saytlara əsasən, iş verən şirkətin reytinqini, onun haqqında rəyləri də nəzərdən keçirə biləcək.

İş axtaran istədiyi halda, Google yeni iş elanları barədə ona e-mail bildirişi göndərəcək.

Özəllik hələlik Amerikada istifadəçilər üçün çatımlıdır.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG