Keçid linkləri

Təcili xəbərlər

YouTube-un yeni rekordu


Statistikaya görə, YouTube sosial şəbəkəsinin aylıq auditoriyası 1,5 milyard nəfərə çatır. Hələ buraya istifadəçilərin Google hesabı üzərindən yalnız qeydiyyatdan keçmiş istifadəçilər daxildir.

Məşhur videohostinqdə qeydiyyatsız baxışların sayı açıqlanmır. Daha öncəki rəqəmi YouTube 2013-cü ildə keçib. 4 il öncə qeydiyyatsız istifadəçilərin də baxış sayları hesaba alınırdı.

Rəsmi məlumatlara görə, Youtube izləyiciləri, orta hesabla, gün ərzində öz vaxtlarının bir saatını Youtube-da videolara baxmaqla keçirirlər.

ABŞ sakinləri gün ərzində vaxtlarının orta hesabla 4 saatını televiziya qarşısında keçirirlər. Youtube kanalaının icraçı direktoru Syuzan Vojçiçskinin (Susan Wojcicki) sözlərinə görə, kanalın əldə edəcəyi nailiyyətləri hələ ki, qarşıdadır.

Hazırda Youtube TV-audutoriyası ən sürətlə artan auditoriyadır: ötən illə müqayisədə servisə qoşulmaq üçün TV-dən istifadə edən insanların sayı 90 faiz artıb. Şirkət bunu həm də YouTube TV-nin buraxılması ilə əlaqələndirir.

Yaxın günlərdə YouTube mobil aplikasiyası daha bir yenilik edəcək. İstifadəçilər bu aplikasiyadan videoya baxdıqları zaman onlar mobil telefonlarının displeyindən asılı olaraq videoya şaquli, horizantal və ya kvadrat şəklində də baxa biləcəklər. Bu aplikasiya video izlənilərkən avtomatik olaraq mobil telefonun displey ölçüsünə uyğunlaşdırılır. Bundan əlavə icraçı direktor YouTube kanalının izləyicilərinin rahatlığı üçün istifadəyə verdiyi paylaşım düyməsini də qeyd edərək bildirib ki, bu kimi detallar YouTube izləyicilərinin sayını daima artırır.

Ən son yazılan

XS
SM
MD
LG