Keçid linkləri

MƏCHULLUQLARLA DOLU PROSES

Heç istəməzdim ki, belə olsun. Amma məndən Dağlıq Qarabağ ətrafındakı vəziyyəti bircə sözlə ifadə etməyi soruşsaydılar tərəddüd etmədən “qeyr-müəyyənlik” deyərdim.

Hətta kiçikcə bir kəndin – Çocuq Mərcanlının bərpası belə böyük ümidlərə qapılmağa əsas vermir və nə qədər buna “Böyük qayıdışın başlanğıcı” deyilsə də ürəklərdəki intizar azacıq da olsa çəkilmir...

Hətta kiçikcə bir kəndin – Çocuq Mərcanlının bərpası belə böyük ümidlərə qapılmağa əsas vermir və nə qədər buna “Böyük qayıdışın başlanğıcı” deyilsə də ürəklərdəki intizar azacıq da olsa çəkilmir - ən azı ona görə ki, 24 ildə yalnız bircə kəndə qayıdış təmin olunubsa, yüzlərlə belə kəndin nə vaxt azad olacağını hətta təxmin etmək olmur.

Elə həmsədrlərin gəlişi-gedişi, seyrək bəyanatları da təsəlli vermir. Bəli, bir aralıq fasilədən sonra onlar növbəti dəfə bölgəyə səfər etdilər. Fəqət, bu hansısa bir müəyyənlik, hansısa bir ümid yaratdımı? Əsla...

Beləcə, bu minvalla ikinci atəşkəs razılaşmasından, ötən ilin aprel döyüşlərindən düz bir il keçdi. Bu müddət ərzində hərbi teatrda elə bir ciddi dəyişikliyin olacağını zənn etmirdik. Amma diplomatiya sahəsində müəyyən ümidlər vardı, çünki Rusiya yaman fəallıq nümayiş etdirirdi.

Di gəl, bütün bunlar 30 illik prosesdə daha bir epizod oldu. Rusiyanın ötən ilki səylərini digər yazılarda çox təhlil etmişik və bir daha həmin bu məsələyə qayıtmağa, bəlli arqumentləri sadalamağa ehtiyac yoxdur.

Həm də sonradan Rusiya özünün diplomatik təşəbbüsünə elə korrektələr etdi ki, növbəti ümid və gümanlar üçün əsas qalmadı.

DEDİLƏR VƏ UNUTDULAR

Burada sadəcə, bircə məsələni qeyd etmək istərdim. Son dövrlər Türkiyə-Rusiya münasibətlərinin istiləşməsilə müşayiət olunub. Türkiyənin özünü deyə bilmərəm, amma Azərbaycanda əksəriyyət bu mülayimləşmə prosesinə Dağlıq Qarabağ probleminin həllinə aparan bir yol kimi baxır. Ötən il elə Rusiya özü də bu konteksdə müəyyən ümidlər verir, bu cür gümanları artırırdı.

Rusiyalı diplomatlar deyirdi ki, problemi həll etmək üçün Türkiyəni də prosesə cəlb etmək lazımdır. Həmsdərlər isə hətta Ankaraya səfər etmək istəyirdilər.

Rusiyalı diplomatlar deyirdi ki, problemi həll etmək üçün Türkiyəni də prosesə cəlb etmək lazımdır. Həmsdərlər isə hətta Ankaraya səfər etmək istəyirdilər. Bütün bunlar inandırıcı görünürdü, çünki Türkiyə də Minsk Qrupu ölkəsdir və üstəlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması həm də Yerevanla Ankara arasındakı anlaşmadan da çox asılıdır. Amma bütün bunlar bir sabun köpüyü oldu, nə Ankaraya gedən tapıldı, nə də Rusiya Türkiyəni prosesə cəlb etmək istədi. Ötən il Sankt-Peterburqa səfər zamanı Rəcəb Tayyib Ərdoğan Qarbağ problemini çözmək üçün daha geniş formata ehtiyac olduğunu desə də Rusiya prezidenti buna heç bir reaksiya vermədi.

Ona görə də bir il keçəndən sonra belə qərara gəlirsən ki, ötən ilin aprel hadisələri sadəcə atəşkəs rejimini daha bir müddətə uzatmaq üçün lazım imiş.

UKRAYNA BÖHRANINI ÇÖZƏ BİLMİRLƏRSƏ...

Elə digər müstəvilərdə də Dağlıq Qarabağ probleminin həllinə təkan verəcək hər hansı amil müşahidə olunmur. ABŞ prezidenti Donald Trampla bağlı da müəyyən ümidlər vardı. Düşünülürdü ki, bu vaxta qədər hökm sürən konfrontasiyadan fərqli olaraq bəlkə iki supergüc arasında müşahidə olunan yeni yaxınlaşma hansısa nəticə verə bilər. Amma indi bu haqda hətta danışmaq belə çox gülməli görünür, çünki Rusiya-ABŞ münasibətlərində elə tapmaca yaranıb ki, heç kim proseslərin gedişindən baş aça bilmir.

Digər tərəfdən baxanda Qərb hətta Ukrayna böhranını həll edə bilmir. Belə bir halda onun Dağlıq Qarabağ və yaxud da Abxaziya münaqişəsini həll edəcəyini güman etmək nə dərəcədə düzgün olardı?

Digər tərəfdən baxanda Qərb hətta Ukrayna böhranını həll edə bilmir. Belə bir halda onun Dağlıq Qarabağ və yaxud da Abxaziya münaqişəsini həll edəcəyini güman etmək nə dərəcədə düzgün olardı?

Bəs onda çıxış yolu nədədir? Elə məsələ də bundadır ki, bunu heç kim hətta təxmin edə də bilmir. Bütün həll variantlarının qarşısında böyük bir sədd var– bu da Rusiyadır. Bütün təşəbbüslər bu səddə çırpılaraq geri qayıdır. Rusiya problemlərin həllinə imkan vermir ki, vermir...

Bütün “geosiyasi yaxınlaşmalar”ın, “istiləşmə”lərin isə bir çürük qoz qədər də qiyməti yoxdur. Bunu ABŞ-Rusiya münasibətlərilə bağlı da demək olar, elə Rusiya-Türkiyə münasibətlərilə bağlı da... Bir daha deyirik ki, ən çox da Türkiyə- Rusiya münasibətlərindən nəsə umulur. Amma Türkiyənin özündə buna yalnız iqtisadi-ticari mənfəət prizmasından və bir də Türkiyəyə Vaşinqtona və eləcə də digər müttəfiq ölklərə təzyiq etmək, onları balanslaşdırmağa imkan verəcək bir “rıçaq” kimi baxırlar...

Elə bu səbəbdən də yalnız gözləmək və bir daha gözləmək qalır. Hərçənd, arabir hərbi cəhətdən irəliləmək imkanı olur. Məsələn, hər dəfə atəşkəs rejimi ciddi şəkildə pozulanda Azərbaycan ordusunun bundan faydalanması üçün fürsət yaranır. Fəqət, ötən il aprel hadisələrini çıxsaq, hələki belə təşəbbüs müşahidə olunmur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG