Keçid linkləri

Danışıqları sinxron tərcümə edən süni intellektli qulaqcıq satışa çıxarılıb.

Avstraliya startapı Lingmo tərəfindən hazırlanan qulaqcıq One2One adlanır. Cihaz danışıqları anında tərcümə etməzdən öncə sözləri və məzmunu IBM Watson-un təbii dil anlama texnologiyasından istifadə edir.

Qulaqcıq smartfona tərcümə üçün Bluetooth və ya Wi-Fi-dan asılı deyil, ona görə də hava yollarında və uzaq ərazilərdə faydalanmaq olar.

Həmsöhbətlərin hər ikisi qulaqcığı taxdığı halda, cihaz ingilis, yapon, fransız, italyan, Braziliya portuqalcası dilləri arasında çevirir. Sonra Hindistan ingiliscəsi də əlavə olunacaq. Tərcümə 3-5 saniyə çəkir.

İstehsalçıların sözlərinə görə, IBM Watson texnologiyası cihazın dialektləri də anlayıb tərcümə etməsinə imkan verir.

Qulaqlıq iyul ayından etibarən endirimli qiymətə -179 dollara satılacaq.

Bu il Mobil Dünya Konqresində bənzər digər qulaqcıqlar da tanıdılıb. Ancaq, One2One bunların içərisində ilk endirimə düşənidir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG