Keçid linkləri

Qışda BDUnun qarşısındakı insan ölçüsünə görə yox, daha çox material işlənməsi məntiqiylə lazımdan hündür, mərmər səkini buz bağlamışdı, yaşlı bir qadın sürüşüb möhkəm yıxıldı. Yaxınlıqdakı gənclər kömək etmək üçün qollarından tutub dartışdıranda, "biraz gözləyin görün sınmadım ki" deyib yerdən yavaş yavaş qalxdı.

Badamdara girəndə avtobus, mənasız təmir-tikinti-bərpa-yenidənqurma projesində işləyən traktor anidən qarşısında çıxdığı üçün anidən dayandı. Çiynimdə ağır çanta var idi, ortada ayaqüstə ikən, qababda yerə sərildim. Ağırçəkili, ətalətli, ani əyləcin yerindən tərpətmədiyi xalalar dartışdırmağa başladılar, "urfu qaçıf, istres keçirif, sıtqı sıyrıldı" diaqnozları qoymağa başladılar.

Deyəsən şəkər xəstələri, şəkərə nəzarət etməyib səviyyəsi daha da artanda, mürgüləyirlər və dodaqlarını yalayırlar. Belə bir adama avtobusda insanlar qımışaraq, gülməli imiş kimi baxırdılar.

OTDÜdə yemək sırasında durmuşduq, öndəki uzun xanım anidən yerə sərildi, başına toplaşanlar ordan burdan dartışdırdılar, amma dəqiq nə etməli olduqlarını bilmədilər. Sonra xanım ayağa qalxdı, "siz kömək etmək əvəzinə öldürərsiniz. Ona görə də "İlk yardım" kurslarına gəlib təcili müdaxilə öyrənin" deyib çantasındakı broşuraları payladı.

İstidə halı pisləşən insanlar olur, deyəsən başına toplaşıb, tünlük yaratmaqla, ala biləcəyi nəfəsi kəsməklə həyatdan tez getməsinə çalışırlar. Üst tənəffüs yollarına yabancı cisim düşüb boğulma təhlükəsi yaradanda ilk yardım müdaxiləsi "Hiemlich manevrası" adlanır. Manevra arxadan qucaqlamaqla həyata keçirildiyi üçün boy və kilo fərqini nəzərə alaraq, kilolu insanlara, hamilə qadınlara, uşaqlara necə tətbiq olunacağı ayrıca göstərilib. Boğulan biri danışa bilməyəcəyi üçün, kömək istəmək üçün "universal boğulma işarəsi"ndən istifadə edir.

https://www.makroblog.az/a/28593005.html

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG