Keçid linkləri

Təcili xəbərlər

Hamburqda açılacaq düyün


GÖRƏN, BAŞ TUTACAQMI?

Desəm ki, dünya siyasətində əsl tıxac yaranıb, sözümü qəribçiliyə salmayın. Sanki dünyanın iki ən böyük dövləti – ABŞ və Rusiya digərlərinin qarşısını kəsiblər, dövlətlər də hara istiqamət götürmək lazım olduğunu, kimin cərgəsində yer alacaqlarını bilmirlər...

Bilmirəm, nə dərəcədə doğrudur, amma deyilənə görə bir vaxtlar idmançılar arasında “Hamburq hesabı” deyilən anlayış varmış və bu ifadənin mənası da budur ki, hər il güləşçilər Hamburqa toplaşar və öz aralarında əsl çempionu müəyyən edərlərmiş.

Qərəz, keçim əsas mətləbə. Bilmirəm, nə dərəcədə doğrudur, amma deyilənə görə bir vaxtlar idmançılar arasında “Hamburq hesabı” deyilən anlayış varmış və bu ifadənin mənası da budur ki, hər il güləşçilər Hamburqa toplaşar və öz aralarında əsl çempionu müəyyən edərlərmiş.

Bəli, bu həftə həmin Hamburqda daha bir “hesab” müəyyənləşməlidir. Amma bu dəfə burada böyük dövlətlərin toplantısı baş tutmalıdır və təsadüfi deyil ki, artıq diqqətlər bu ünvana yönəlib. Daha çox da təbii ki, Rusiya və ABŞ prezidentlərinin görüşü indidən maraq doğurur – elə “Hamburq hesabı” ifadəsini də buna görə xatırladım, çünki bu görüş bütün hallarda dönüş nöqtəsi olacaq və iki dövlətin münasibətlərindəki yarım illik məchulluğa son qoyacaq.

Amma diqqətli oxucu dərhal soruşa bilər ki, görüş baş tutacaqmı, bununla bağlı ilkin razılaşma varmı? Bircə onu deyə bilərik ki, Rusiya xarici işlər naziri Serqey Lavrov bu xüsusda maraqlı açıqlama vermiş və belə demişdi ki, prezidentlər eyni oteldə və az qala eyni mərtəbədə yerləşəcəklər, ona görə də onların görüşməsi labüddür. Təbii, Lavrovun bu açıqlaması bir qədər qeyri-ciddi də görünə bilər, ona görə ki, neçə aydır hamını iki dövlətin başçısının ayaqüstü görüşü yox, ciddi dialoqu maraqlandırır. Fəqət, görüş baş tutmasa da ən azı bir nəticə çıxarmaq mümkün olacaq – o da budur ki, Tramp seçkiönü verdiyi vədlərə əməl edə bilmədi.

DANIŞILASI MƏQAM ÇOXDUR, AMMA...

Trampla Putinin müzakirə etməsi üçün bir yığın problem var – Suriya böhranından tutmuş Ukraynaya qədər...

Elə diqqət çəkən də budur ki, ABŞ prezidenti Hamburq ərəfəsində Ukrayna prezidentini qəbul etdi. Əvvəl də demişdim və indi də bir daha təkrar edirəm ki, bu, çox müsbət məqam idi...

Elə diqqət çəkən də budur ki, ABŞ prezidenti Hamburq ərəfəsində Ukrayna prezidentini qəbul etdi. Əvvəl də demişdim və indi də bir daha təkrar edirəm ki, bu, çox müsbət məqam idi. Müəyyən mənada Amerika siyasətinin prioritetlərini göstərirdi. Görüşdən sonra belə deyildi ki, ABŞ yalnız bircə halda – Rusiya Minsk razılaşmalarına əməl edəcəyi təqdirdə bu ölkəyə qarşı sanksiyaları götürə bilər.

O ki qaldı daha konkret məsələlərə, düşünürəm ki, böyük gözləntilər üçün qeyri əsaslar yoxdur. Təəssüf, Dünya getdikcə daha qeyri-müəyyən və anlaşılmaz olur.

Məsələn, böyük bir ehtimalla keçmiş sovet məkanındakı “klassik münaqişə ocaqları” ilə bağlı elə bir yenilik olmayacaq. Düzdür, Tramp müntəzəm şəkildə Azərbaycana da təbriklərini göndərir ki, bu da onun Bakıya qarşı diqqətindən xəbər verir. Amma Trampı Meksika daha çox narahat edir, nəinki Qarabağ və yaxud da Abxaziya problemi...

HƏTTA BELƏ VƏZİYYƏT DƏ KİMLƏRİSƏ QANE EDİR...

Elə Hamburqdakı toplantıya qarşı maraq da daha çox bununla bağlıdır. Ən azı belə bir məsəl var ki, düşmənimin düşməni dostumdur. Rusiya ilə ABŞ arasında hökm sürən məchulluğa son qoyulsa, necə deyərlər, hamı öz işini bilər.

Amma burada bir məsələ var. Güman, Rusiya ilə ABŞ arasında kəskin münasibətlərin formalaşması rəsmi Bakının ürəyindən olmaz və onun maraqlarına cavab verməzdi.

Amma burada bir məsələ var. Güman, Rusiya ilə ABŞ arasında kəskin münasibətlərin formalaşması rəsmi Bakının ürəyindən olmaz və onun maraqlarına cavab verməzdi.

Ona görə ki, bu halda seçim etmək lazım gələrdi – bunu isə rəsmi Bakı heç vaxt istəməz. Baxmayaraq ki, Qarabağın işğalının arxasında illərdir ki, Rusiya dayanır, Bakı bu ölkə ilə yenə də isti münasibətlər saxlamaqda davam edir. Təbii ki, bunun bir özəl, bir də ümumi səbəbi vardır. Özəl tərəfi budur ki, hakimiyyət həm də özünü düşünür. Digər bir cəhətsə onunla bağlıdır ki, Rusiya ilə açıq danışmağın, daha doğrusu, onunla qarşıdurmaya və ya konfrontasiyaya getməyin də mənası yoxdur. Gürcülər müəyyən mənada bunu etdilər. Amma bir nəticəsi oldumu? Bəlkə də bu siyasət uzaq perspektivdə müəyyən dividentlər gətirəcək, amma hələki bu, yoxdur və Abxaziya da, Cənubi Osetiya da Rusiyanın nəzarəti altında qalmaqda davam edir.

60 MİLYARD 900 MİLYARDA QARŞI...

Gələk, Rusiyanın özünə... Ötən aylar ərzində müəyyən bir “rus arzusu” da yaranıb. Ruslar hələ ümid edir ki, ABŞ-la dünyanı bölüşə biləcəklər və geosiyasi ambisiyalarını, necə deyər, legitimləşdirəcəklər.

NATO-nun illik büdcəsi açıqlandı – təxminən 940 milyard dollar! Bu, Rusiyanın total büdcəsindən (hərbi büdcəsi isə təxminən 60 milyard dollardır!) düz üç dəfə artıqdır. İndi necə olsun?

Amma realdırmı? Bu günlərdə NATO-nun illik büdcəsi açıqlandı – təxminən 940 milyard dollar! Bu, Rusiyanın total büdcəsindən (hərbi büdcəsi isə təxminən 60 milyard dollardır!) düz üç dəfə artıqdır. İndi necə olsun? Bütün bunlar mənasını itirsinmi? Yaxud da bu qədər xərcin mənasız olduğnu qərarlaşdıraraq hərə öz müdafiəsinin və təhlükəsizliyinin qayğısına özü qalsınmı? Təbii ki, bu olmayacaq.

Məsələnin ən qəliz tərəfi də budur ki, Rusiya təkcə özünə qarşı münasibətin dəyişməsini istəmir – belə olsaydı hələ 90-cı illərdə bu ölkə NATO-ya üzv olardı. Amma olmadı. Ruslar “NATO və biz” deyirlər, yəni özlərini NATO-ya münasibətdə “opponent tərəf” kimi görürlər. Elə bu səbəbdən də güman etmirəm Hamburq görüşü Rusiyanın ümidlərini doğrultmuş olsun – hətta o, baş tutsa belə.

Ola bilsin ki, Tramp hələ də ürəyində Rusiyaya və onun prezidentinə qarşı simpatiya gəzdirir. Amma bunun dışarı çıxması ona qarşı ölkəsində olan şübhələri bir az da artırardı.

Bunu isə ən azı respublikaçılar heç vaxt arzulamazlar, çünki Trampın hakimiyyəti uzağı səkkiz il deməkdir, onlarsa siyasi perspektivlərini bu qədər məhdudlaşdırmaq istəməzdilər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG