Keçid linkləri

Təcili xəbərlər

Zəhranın qisasını necə almalı?


Zəhra adlı 2 yaşlı qızcığazın nənəsi ilə birlikdə erməni mərmisindən öldüyü xəbəri toplumu sarsıdıb və qəzəbə boğub.

Elə mən də bu sətirləri həmin sarsıntı və qəzəbin fonunda yazıram.

Yaşanan dəhşətiı sadəcə, Ermənistan-Azərbaycan savaşı üzərindən dəyərləndirmək, beləcə, onun miqyasını kiçiltmək olmaz Zəhranın və nənəsinin qətli bütün insanlığa qarşı baş verib.

Yaşanan dəhşətiı sadəcə, Ermənistan-Azərbaycan savaşı üzərindən dəyərləndirmək, beləcə, onun miqyasını kiçiltmək olmaz

Zəhranın və nənəsinin qətli bütün insanlığa qarşı baş verib.

Və onu lənətləmək, ona etiraz səsini yüksəltmək özünü insanlığın bir parçası sayan hər kəsin borcudur.

Dinindən, dilindən, dərisinin rəngindən asılı olmayaraq!

Bəşəriyyətin bu qədər elmi və texnoloji icada imza atdığı, mədəni uğurlar qazandığı bir vaxtda hələ də heç biri bir insan həyatından daha qiymətli və dəyərli sayılmayacaq maraqlar uğruna savaşları tətikləmək, qana, göz yaşına “yaşıl işıq” yandırmaq rüsvayçılıqdır.

Bu rüsvayçılığı insanlıq harada, kim tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən barbarlığa ortaq etiraz, ortaq nifrət, ortaq qəzəb, ortaq hiddət nümayiş etdirərək aradan qaldıra bilər.

Yox, yox, mən nəinki yaxın illərdə, hətta yaxın yüzilliklərdə belə, dünyanın müharibələrdən, bu müharibələrin doğurduğu faciələrdən, ağrılardan, acılardan xilas ola biləcəyinə ininacaq, hətta bunu ağlının ucundan keçirəcək qədər sadəlövh deyiləm.

...harada, kim tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən barbarlığa ortaq etiraz, ortaq nifrət, ortaq qəzəb, ortaq hiddət nümayiş etdirməklə biz insanlığın tamamilə məhvinə, dəfninə mane ola bilərik.

Amma harada, kim tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən barbarlığa ortaq etiraz, ortaq nifrət, ortaq qəzəb, ortaq hiddət nümayiş etdirməklə biz insanlığın tamamilə məhvinə, dəfninə mane ola bilərik.

İnsanlığın ölümünü yubada, ləngidə, bununla da, onun nə vaxtsa sağalacağına dair ümidlərimizi qoruya bilərik.

21-ci yüzildə hələ də başqalarının torpağına iddia etmək, bu iddianı ölüm, qan, göz yaşı üzərindən gerçəkləşdirməyə çalışmaq utancvericidir. Ermənistanda bunu nə qədər adam anlayır? Nə qədər erməni biri azyaşlı olmaqla, iki dinc sakinin vəhşicəsinə qətlə yetirilməsinə acıyır, bu ağrını öz bədənində hiss edir? Bilmirəm. Amma inanmaq istəyirəm ki, orada da belələri var.

Hətta yoxdursa belə, cəhənnəmə ki!

Bu belə, heç nəyi dəyişmir.

Bu belə, onların faciəsini, cılızlığını, acizliyini göstərir.

Əgər erməni cəmiyyətində azacıq özünəhörmət varsa, baş verən bu vandalizmə ən kəskin, açıq, nümayişkaranə protest özlərindən gəlməlidi.

(Sözarası:

Əgər erməni cəmiyyətində azacıq özünəhörmət varsa, baş verən bu vandalizmə ən kəskin, açıq, nümayişkaranə protest özlərindən gəlməlidi. Məsələn, ölkələrinin Müdafiə Nazirliyi, yaxud prezident ofisi önündə. Lap 3-5 nəfər olsalar belə.

Əks halda, məlum olacaq ki, həm bizim, həm özlərinin, həm də cəmi Qafqazın və bütün tərəqqipərvər dünyanın işi çox ağırdı...)

Biz isə hər şeyə rəğmən, 2 yaşlı məsum, günahsız qızcığazın öldürülməsindən nə qədər sarsılır sarsılaq, nə qədər hiddətlənir hiddətlənək, yenə də Zəhranın qisasının qarşı tərəfdəki körpələrdən alınması çağırışlarına eyni şəkildə təpki göstərməliyik.

Bu cür çağırışlar, mahiyyət etibarı ilə, həmin çağırış müəllifini Zəhraya güllə atan barbardan heç nə ilə fərqləndirmir.

Hansı tərəfdə olmasına baxmayaraq, uşaqlar üzərindən qisas və intiqam yolverilməzdir! Buna çağırışlar da!

Hansı tərəfdə olmasına baxmayaraq, uşaqlar üzərindən qisas və intiqam yolverilməzdir!

Buna çağırışlar da!

Zəhranın intiqamını da hər şeydən öncə məhz bu həqiqəti anlayaraq, dərk və qəbul edərək, almış ola bilərik.

Uşaqlar o qədər təmiz, o qədər pakdırlar ki... - əmin olun, Zəhra özü də, düşmən çocuğu olsa belə, bir körpənin öldürülməsini, bununla onun qisasının alınmış olmasını istəməzdi.

Zəhranı öldürən barbarizmin amacı həm də bizim səbrimizi zorlamaq, beləcə, bizi də insanlıqdan çıxarmaq, bizi də öz şəklinə salmaq, uşaq qatili olmağa sövq etməkdir.

Zəhranın qisasını almaq istəyiriksə, birinci növbədə barbarizmin bu toruna düşməyəcəyik.

Barbarizmə hiddət və qəzəb püskürəcəyik, ona qarşı dayanacağıq, amma bunu onun arzuladığı, bacardığı üslub və formada - günahsız uşaqlar, məsum, dinc varlıqlar üzərindən etməyəcəyik. Belə çağırışlardan uzaq dayanacağıq.

Heç olmasa, başqa Zəhraların kəfən yerinə, qırmızı güllü don geyinəcəyi gözəl bir dünya üçün başqa yol yoxdur. Əmin olun, yoxdur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG