Keçid linkləri

Təcili xəbərlər

Xarakterin əhəmiyyəti


Azərbaycanda həm yaşlı nəsil, həm də gənc nəsil arasında yetərincə intellektual insan var. Lakin təəssüflər olsun ki, intellektual insanlarımız öz varlıqlarını real fəaliyyətlə sübut edə bilmirlər. Xalq körpə uşaq kimidir, küsə bilər. Ancaq ziyalının xalqdan küsməyə mənəvi haqqı çatmır. İnsanın təkamül etməsi “niyə” sualının əsasında baş verir. Hər bir ziyalı özünə sual verməlidir:

Nəyə görə Azərbaycan vətəndaşlarının şüurundan universitetə “öz başı ilə girib” cümləsi çıxmır? Həqiqətənmi universitetə öz savadınla qəbul olmaq bu qədər möcüzəvi haldır?

Əgər bu qədər oxumuşuqsa, bu qədər savadlıyıqsa nəyə görə hər il 5 min azyaşlı qız orta məktəbdən uzaqlaşdırılaraq ərə getməyə məcbur edilir? Nəyə görə müasir dövrümüzdə oxuyan tələbə görmək bu qədər təəccüblü hala çevrilib? Nəyə görə Azərbaycan vətəndaşlarının şüurundan universitetə “öz başı ilə girib” cümləsi çıxmır? Həqiqətənmi universitetə öz savadınla qəbul olmaq bu qədər möcüzəvi haldır?

Ziyalının işi facebook qəhrəmanı olmaq deyil. Bəlkə də gələcəkdə Azərbaycanın XXI əsr tarixi haqqında danışılanda ən çox gözəçarpan adamlar “klaviatura qəhrəmanları” olacaq. Ziyalının mütləq mənada xarakteri olmalıdır. Yəqin ki, oxucular mənim xarakter dedikdə qətiyyəti, iradəni nəzərdə tutduğumu anlayır.

"Bizim xalq elədir, bizim xalq belədir" deyərək öz xalqını pisləyənlər adətən xalq üçün heç bir iş görməyən və öz acizliyinə müxtəlif bəhanələrlə haqq qazandıran adamlardır. Sən də, mən də xalqın nümayəndəsiyik. Ya çalışıb, mübarizə aparıb problemləri həll edəcəyik, ya da öz tənbəlliyimizlə bu bozluqda yaşamağa layiq olduğumuzu sübut edəcəyik. İnsan seçdiyi yola bənzəyir.

Kimlərsə əyləncə xəbərlərini təbliğ etməklə bizi məhv etməyə çalışır. Kimlərsə bizə diqtə etməyə çalışır ki, boş verin kitabları, yaradıcılığı. Gedin, mənasız şou-proqramlara baxın.

Kimlərsə əyləncə xəbərlərini təbliğ etməklə bizi məhv etməyə çalışır. Kimlərsə bizə diqtə etməyə çalışır ki, boş verin kitabları, yaradıcılığı. Gedin, mənasız şou-proqramlara baxın. Corc Oruell “1984” romanında yazır ki, cəmiyyət üç təbəqəyə bölünür, ali, orta və adi təbəqələr. Ali təbəqə idarəetmə qabiliyyətini itirəndə orta təbəqə adi təbəqədən istifadə edərək hakimiyyətə gəlir. Ali təbəqədən, həmçinin adi təbəqədən qopan bir neçə adam yenidən orta təbəqəni formalaşdırır. Lakin adi təbəqənin çoxluğu yenə də öz yerində, öz səviyyəsində qalır. Bəlkə bəziləri bizim bütün həyatımız boyu adi təbəqə olmağımızı istəyir? Bəlkə bu məsələlər haqqında daha ciddi düşünək. Kimlərsə bizi inandırmağa çalışır ki, biz heç vaxt böyük insan olmayacağıq. Bu gün Azərbaycan gəncliyinə ən çox deyilən cümlə budur:

“Xəyallar qurmayın, xəyalpərəst olmayın. Reallıqla barışın”.

Mənsə sizə deyirəm: Xəyallar qurun, xəyalpərəst olun. Böyük xəyalları olmayan insan böyük insan ola bilməz. O, həmişə adi təbəqənin kiçik maraqlarını təmsil edərək bir “heç” ömrü yaşayacaq.

Mənsə sizə deyirəm: Xəyallar qurun, xəyalpərəst olun. Böyük xəyalları olmayan insan böyük insan ola bilməz. O, həmişə adi təbəqənin kiçik maraqlarını təmsil edərək bir “heç” ömrü yaşayacaq

Sovet dönəmində bizim atalarımızı, babalarımızı köləlik ruhunda böyüdüblər. Babamın kitabxanasındakı kitablara baxarkən “Atalar sözü” adlı bir qalın kitab gördüm. Kitab Sovet nəşri idi. Bir həqiqəti anladım ki, Sovet dövründə folklorumuzu saxtalaşdırıblar, keçmişizi dəyişdiriblər. Biz Sovet dövründə kommunist olub, müstəqil Azərbaycanda türkçü olan onlarla insan görmüşük. Biz Azərbaycanın müstəqilliyi əleyhinə səs verən adamların müstəqil Azərbaycanda azadlıq haqqında alovlu nitqlər söylədiyini görmüşük. 350 millət vəkilimizdən yalnız 43-ü Azərbaycanın müstəqilliyinə səs vermişdi.

Azərbaycanın gənc ziyalılarına xarakter, qətiyyət arzu edirəm. Hər bir ziyalı anlamalıdır ki, onun öz həyatı ola bilməz. Ziyalı olmaq özündən imtina etməkdir. Özündən imtina etmədən xalqa fayda verə bilməzsən. Ən güclü insan xalqını güclü görmək istəyən və bu məqsəd naminə fəaliyyət göstərən insandır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG