Keçid linkləri

'Azərbaycanda kölgə iqtisadiyyatı ÜDM-nin 67%-ni təşkil edir' məsələsinin qeyri-düzgün yozumlarını gördüm.

Kölgə iqtisadiyyatı ifadəsinin mənası qeydiyyata alınmayan iqtisadiyyat deməkdir, dolayısıyla vergiləndirilməyən iqtisadi fəaliyyətlər.

Ümumiyyətlə isə istənməyəndir, 67% həcmində olması heç bir ölkə üçün qənaətbəxş mənzərə deyil. Ancaq mən bunu da bizim üçün müsbət görürəm, az sonra deyəcəm niyə.

Əvvəla onu deyim ki, kölgə iqtisadiyyatının iqtisadiyyata müsbət və mənfi təsirləri var. Ümumiyyətlə isə istənməyəndir, 67% həcmində olması heç bir ölkə üçün qənaətbəxş mənzərə deyil. Ancaq mən bunu da bizim üçün müsbət görürəm, az sonra deyəcəm niyə.

İkincisi, həcm ÜDM-nin 67%-dirsə, bu o demək deyil ki, ÜDM-nin 67% nisbətini alıb bunun da vergi dərəcəsi ilə hasili sayəsində nə qədər büdcə gəlirindən məhrum olunduğu hesablana biləcək. Çünki bəzi fəaliyyətlər sadəcə kölgə şəklində fəaliyyət göstərə bilir, onlardan vergi alınsa həmin fəalyyələr olmayacaq. Bu mənada itirilən büdcə gəliri yuxarıdakı hesabdan çox daha az olacaq.

Üçüncüsü kölgə iqtisadiyyatı ÜDM-nin 67%-ni təşkil edirsə, bu o demək deyil ki, Azərbaycan ÜDM-si əslində daha çoxdur və rəsmi rəqəmlər əslində olanın (1-67%=)33%-ni təşkil edir. Xeyr, fərqli şəkildə hesablanır. Düzdür kölgə iqtisadiyyatı hesablamaya problem yaradır amma o dərəcədə də yox.

Məşhur marketinq araşdırması hekayəsi var, Afrikada ayaqqabı satmaqla bağlı...

Məşhur marketinq araşdırması hekayəsi var, Afrikada ayaqqabı satmaqla bağlı. Birinci mütəxəssis düşünür ki, həmin Afrika ölkəsində heç kim ayaqqabı geyinmir, deməli burdan iş çıxmaz. İkincisi isə düşünür ki, burda heç kim ayaqqabı geyinmir, deməli böyük bazardır, əsil qazanc burdadır.

Azərbaycanda da kölgə iqtisadiyyatının bu həcmi də əslində böhrandan rahat çıxmaq, iqtisadiyyatı daha da inkişaf etdirmək üçün nə qədər geniş imkanların olduğunu göstərir. İqtisadi təfəkkür lazımdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG