Bəzən qanunsuz hökm verən hakimlərin bunu gözü yaşlı etdiklərini görənlər var. Düzü mən belə zəifqəlblilərini görmədim.
Yox, mən demək istəmirəm ki, onlar başqasının halına acımayacaq dərəcədə daşqəlblidirlər. Atdıqları addımların vicdanlarından keçirmirlər, heç olmasa sonradan. Yox.
Heç "bunu yaxşıca başa salın!" deyib adamı işgəncə otağına göndərən polis rəisi, müstəntiq və prokuror, hətta işgəncə "şöbəsi işçiləri" də bir ağlamalı hind filminə baxarkən kövrəlməyəcək qədər daşqəlbli deyillər. Amma işgəncə vermənin zəruriliyi barədə mükəmməl mühazirə də oxuya bilirlər.
Heç "bunu yaxşıca başa salın!" deyib adamı işgəncə otağına göndərən polis rəisi, müstəntiq və prokuror, hətta işgəncə "şöbəsi işçiləri" də bir ağlamalı hind filminə baxarkən kövrəlməyəcək qədər daşqəlbli deyillər. Amma işgəncə vermənin zəruriliyi barədə mükəmməl mühazirə də oxuya bilirlər.
Bəzi müstəntiqlər hətta "polislərin lazım olduğundan artıq" dozalarda işgəncə verdiklərindən şikayətlənməklə özlərinin daha vicdanlı və humanist olduqlarını nəzərə çarpdırmağa çalışırlar söhbətlərdə.
Siyasi, "yuxarının tapşırığıyla" çıxardıqları qərarlara, "tikdikləri torbalara" yaxşı halda "biz nə edə bilərik ki", "yuxarılar daha yaxşı bilir, yəqin belə məsləhətdir", "dilini dinc saxlayaydı", "biz daha çox bilirik, amma heç nə danışmırıq" kimi sözlərlə hələ də çabalamaqda olan vicdanlarını yerində oturda bilirlər.
Amma hər vicdanın da öz ölçü və meyarları olur, axı. Üstəlik, gerçəklikdəkiləri nəzərə almaqla fərqli dilemmalar qarşısında qoyur hər bir hakimi və ya işgəncə şöbəsinin məmurunu. Bir var məişət məsələləri, qohum-əqraba arasında, dostlar arasındakı ünsiyyətdə.
Bir də var, peşə vicdanı, şərəfi.
Məsələn, hakim şərəfi, prokuror şərəfi, polis əxlaqı kimi.
Vicdanın bu bölümləri normal gözləntilərdən çox fərqlidir.
Bir də var, peşə vicdanı, şərəfi.
Məsələn, hakim şərəfi, prokuror şərəfi, polis əxlaqı kimi.
Vicdanın bu bölümləri normal gözləntilərdən çox fərqlidir. Və ya real həyatda heç yox kimidir.
Çünki, bu vicdan və şərəf hər gün, hər saat nəyin bahasına olur-olsun "bas əz, gözünü çıxart", "sındır", "nə qədər pul verir", "filan hakim filan qədər verir ayda, sən yaxşı danışa bilmirsən" sisteminin zibillikləri içində çürüyüb gedir.
Təxminən, 10-15 il öncə bir yenicə hakim təyin olunmuş qoçaq danışırdı ki, "Gördüm sədr pullu işləri öz yaxınlarına verir, mənə vermir. Girdim yanına, dedim filan müəllim, işlərdən mənə də verin, qiymətini də özünüz danışın. Nə alsaq hamısını gətirəcəm sizə. Mənə nə istərsəniz, verərsiniz."
Bu rəqabət mühitinində irəli çıxmaq üçün "önəmli" addım oldu. O hakimin pullu işləri, "gəliri" və rəhbərlik qarşısında "hörməti" sürətlə yüksəldi.
İndi inkişaf ona gətirib çıxarıb ki, artıq məhkəmədə bütün hakimlər üçün "haqq-hesab" məsələlərini sədrlər həll edir. Hakim işi sədrlə məruzə etməlidir. Xüsusilə də, "nə verirlər?" sualının cavabını. O da işi necə həll etməsini hakimə tapşırır, vəssalam.
Hakimlər də bizim hər birimiz kimi insandırlar. Hüquq fakultələrində birlikdə oxumuşuq hamısıyla. Eyni professorlardan dərs almışıq. Eyni kitabları oxumuşuq.
...Qanunsuzluğa, şərəfsizliyə, haqsızlığa, əxlaqsızlığa dözməyərək göz yaşı tökəcək qədər vicdana sahib olanları da az deyil. Amma və lakin...
Çoxları da gerçəkdən yaxşı da oxuyublar. Qanunsuzluğa, şərəfsizliyə, haqsızlığa, əxlaqsızlığa dözməyərək göz yaşı tökəcək qədər vicdana sahib olanları da az deyil.
Amma və lakin...
Ramin Dekonu oxuyaq.
"Rüfət Səfərovun məhkəməsi idi. Çıxış edəndə o üzünü hakim Gülzar Rzayeva tutaraq "Burdakı iki hakimi şəxsən tanımıram. Amma sizin ədalətli, vicdanlı olduğunuza inanıram. Amma onu da bilirəm ki, heç nə sizin əlinizdə deyil. İmkanınız olsaydı qanunsuzluqlara əl atmazdız. "Yuxarı"dan gələn sifarişi yerinə yetirməyə məcbursuz" dedi. Hakim başını aşağı saldı, gözləri yaşardı. Rüfətin çıxışına tam qulaq asa bilmədi, arabir başını bulayıb sonu gözlədi...
...Müşavirədən qayıdan məhkəmə heyəti - Gülzar Rzayevə qərarı oxudu. Qırıq, güclə eşidiləcək səslə iki cümlə dedi: Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılsın...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.