Keçid linkləri

Təcili xəbərlər

Gender statistikası


Gender problemləri ilə məşğul olanlar üçün maraqlı statistikadı...

Ölkənin kənd yerlərində yaşayan iqtisadi fəal qadınların cəmi 24-25%-i qeyri-kənd təsərrüfatı sahələrində məşğuldur. Hər 100 məşğul kənd qadınından orta hesabla 75-nin aqrar sektordan savayı işləyə biləcəyi iş yeri yoxdur. Ümumilkdə Azərbaycanın kəndlərində 1,18 mln. nəfər iqtisadi fəal qadın, aqrar sektorda çalışan 950 min qadın qeydə alınıb.

Məşğul qadınların cəmi 13%-nin ali təhsili var.

Ölkədə 1,411 mln. nəfər iqtisadi baxımdan qeyri-fəal qadın var. İqtisadi qeyri-fəallıq odur ki, insan əmək qabiliyyətli yaşındadır (qadınlar üçün hazırda 16-60 yaş), amma müxtəif səbəblərdən işləmir. Hazırda ölkə üzrə 1,411 mln. nəfər iqtisadi qeyri-fəal qadınların 575 min nəfərinin evdar qadınlar, 452 min nəfərinin güzəştli şərtlərlə pensiyaçı, 151 min nəfərinin əlilliyə görə pensiyaçı olduğu, 207 min nəfərinin təhsil aldığı, 30 min nəfərinin isə mülkiyyətdən aldığı gəlirə görə işləməyə ehtiyacının olmadığı bildirilir.

"Neft lənəti"nə mübtəla olmuş görkəmli araşdırmaçı Maykl Rossun resurs ölkələrində qadınların iqtisadi və ictimai fəallığı ilə bağlı çox maraqlı araşdırması var. Bu yazının ardınca ordan maraqlı seçmələr paylaşacam. Mayk müəllimin gəldiyi əsas qənaət budur ki, qadınların yüksək iqtisadi fəallığa və təhsilə malik olmadığı ölkə inkişafdan əlini üzsün. O, həmçinin iqtisadi fəallıq deyərkən aqrar sektorda çalışmağı hesaba almamağı tövsiyyə edir. Bizdə isə ölkə üzrə məşğul qadınların yarısı, kəndlərdə isə 75%-ə qədəri məhz ağır əl əməyinin üstün olduğu kənd təsərrüfatında çalışır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG