Keçid linkləri

“BURA SƏNİN, ORA MƏNİM” DEYƏN OLMADI

İkinci Yalta konfransı alınmadı! Hərçənd, Hamburq görüşü ərəfəsində bir çox rusiyalı analitiklər Rusiya ilə ABŞ arasında ikinci Yalta konfransına bənzər anlaşmanın baş tutacağına ümid edirdilər. Yada salım ki, Yalta konfransı 1945-ci ildə olmuşdu və müharibədən sonrakı dünyanın ABŞ, SSRİ və İngiltərə arasında bölünməsi ilə başa çatmışdı.

Daha realistlər irəlicədən düşünürdülər ki, ən yaxşı halda yalnız Suriya məsələsində hansısa irəliləyiş ola bilər. Başqa məsələlər isə yalnız “zond” xarakteri daşıyacaq...

İndilik isə demək olar ki, nəhayət ki, ABŞ və Rusiya prezidentləri görüşə bildilər. Daha realistlər irəlicədən düşünürdülər ki, ən yaxşı halda yalnız Suriya məsələsində hansısa irəliləyiş ola bilər. Başqa məsələlər isə yalnız “zond” xarakteri daşıyacaq və tərəflər ayrı-ayrı məqamlarla bağlı biri-birinin mövqeyini bilməyə cəhd edəcəklər.

Belə pessimist proqnozlar boş yerdən qaynaqlanmırdı. Donald Tramp ABŞ cəmiyyətinin və müvafiq strukturlarının ciddi nəzarəti altındadır. Onun kiçik güzəşti belə öz ətrafındakı şübhə atmosferini bir az da tündləşdirə bilərdi...

BEŞDƏN ARTIQ DÖRDÜ VAR...

Bəs gələcəkdə nə olacaq? Vaxtilə politoloq Zbiqnev Bjezinski dünyada beş geosiyasi mərkəz –qütb müəyyənləşdirmişdi. İndi onlardan yalnız dördü dünya xəritəsində oturuşub. Bunlar ABŞ, Avropa, Rusiya və Çindir. Ən maraqlısı odur ki, təkcə ABŞ-la Rusiya arasında deyil, elə ABŞ-la Çin və yaxud da ABŞ-la Avropa arasında da müəyyən “sürtünmə” duyulur və bu, özünü Hamburq görüşü ərəfəsində də biruzə verdi.

Görüş ərəfəsində ABŞ-la Avropa arasında müəyyən qədər söz “atışması” oldu, Çinlə Rusiya rəhbərləri isə özlərinin 22-ci görüşlərini keçirdilər.

Görüş ərəfəsində ABŞ-la Avropa arasında müəyyən qədər söz “atışması” oldu, Çinlə Rusiya rəhbərləri isə özlərinin 22-ci görüşlərini keçirdilər. Maraqlı tərəfi budur ki, Avropanı da, Çini də müəyyən mənada ABŞ siyasətinin “körpə”ləri adlandırmaq olardı.

Düzdür, vahid Avropa ideyasının çox böyük tarixi var. Amma bu ideyanın gerçək xarakter alması, onun institusional mahiyyət alması üçün ABŞ çox böyük töhfə verib. Çini isə ABŞ üçün vaxtilə sabiq dövlət katibi Henri Kissincer kəşf etmişdi. Amma indi bu iki ünvan–Avropa və Çin müstəqil geosiyasi vahidlər kimi çıxış edirlər...

Bütün bunlar o deməkdir ki, ən azı bir müddət çoxqütblü dünya modeli üstünlük təşkil edəcək. Bu isə özündə müəyyən qədər qeyri-müəyyənlik və xaos ehtiva edir. Amma nə etmək olar? Böyük hesabla birinci soyuq müharibənin müəyyənliyi artıq keçmişdə qaldı. Bunun da səbəbləri vardır.

Yalnız bir sıra rəqəmlər müəyyən təskinlik verir. Məsələn, ABŞ-ın təkcə hərbi büdcəsi Rusiyanın total büdcəsindən iki dəfə və NATO-nun illik büdcəsi Rusiyanın hərbi büdcəsindən az qala 15 dəfə böyükdür.

Əsas da budur ki, məsələn, hətta Rusiyaya qarşı belə “vahid cəbhə” yaratmaq mümkün deyil, çünki böyük geosiyasi ambisiyaları olsa da daha Rusiya əvvəlki dövrlərdə olduğu kimi qlobal siyasi və ya iqtisadi çağırışları daşımır özündə. Bəs onda nəyə ümid etmək qalır?

Yalnız bir sıra rəqəmlər müəyyən təskinlik verir. Məsələn, ABŞ-ın təkcə hərbi büdcəsi Rusiyanın total büdcəsindən iki dəfə və NATO-nun illik büdcəsi Rusiyanın hərbi büdcəsindən az qala 15 dəfə böyükdür. Deməli, növbəti silahlanma yarışı olarsa, kimin irəli, kimin geri gedəcəyi elə bir tapmaca deyil.

İndi Rusiya iqtisadiyyatı planlı dövlət iqtisadiyatı deyil, di gəl ki, o, yenə də rəqabət qabiliyyəti olmayan iqtisadiyatdır və hətta ən patriotik rus iqtisadçıları belə Rusiyanın sıçrayış edərək texnoloji cəhətdən inkişaf etmiş ölkələr sırasına qalxacağına inanmırlar...

SÖZ ƏLAHƏZRƏT İQTİSADİYYATINDIR

Fəqət, iqtisadi cəhətdən olmasa da hərbi cəhətdən Rusiya da fövqəldövlət olaraq qalır. Onun da böyük geosiyasi ambisiyaları var. Təbii ki, elə bu səbəbə görə hamı Tramp-Putin dialoqunda kiçik dövlətlərin də taleyilə bağlı, xüsusən də münaqişlərlə bağlı müəyyən işarələr axtarırdı. Amma böyük ehtimalla bu, nə Putinin, nə də Trampın yadına düşmürdü, olsa-olsa, Ukrayna məsələsinə toxunuldu, çünki Rusiyaya qarşı sanksiyaların götürülməsi bilavasitə bununla bağlıdır...

Başqa bir ümidverici detal olmadı. Nə Dağlıq Qarabağ, nə Abxaziya və Cənubi Osetiya, nə də ki, Dnestryanı münaqişə prezidentlərin heç yadına düşmədi – bu məsələlərin müzakirəsinə çatmaq üçün hələ çox yol getmək lazım gələcək.

Başqa bir ümidverici detal olmadı. Nə Dağlıq Qarabağ, nə Abxaziya və Cənubi Osetiya, nə də ki, Dnestryanı münaqişə prezidentlərin heç yadına düşmədi – bu məsələlərin müzakirəsinə çatmaq üçün hələ çox yol getmək lazım gələcək.

Beləcə, ABŞ və Rusiya prezidentləri görüşdülər. İdmançılar arasında deyilən “Hamburq hesabı”nın baş tutub-tutmadığını da demək çətindir. Bu mənada əvvəlki ABŞ prezidenti Barak Obama daha konkret idi. O, Rusiyanı regional dövlət kimi qəbul edirdi. Gəl ki, indi Rusiyanın sorağı Yaxın Şərqdən – Suriyadan gəlir...

Sözsüz ki, bu, hələ heç nə demək deyildir və əlahəzrət iqtisadiyyat yenidən dünyanın əsl liderlərini müəyyən etməlidir. Amma bir daha deyirik ki, buna qədər müəyyən dövr yaşamaq və bir az gözləmək lazım gələcək.

Təəssüf ki, bu, elə-belə gözləmə deyil, üzücü münaqişələr, dinc insanların, hətta qadınların və uşaqların ölümü deməkdir. Amma gəl, nə etmək olar?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG