Keçid linkləri

Bizim idman kanallaranı izləyərkən, şərhçi-icmalçının parazit sözlərindən, vulgar ifadələrindən bezən tamaşaçı, “nə deyir ə o!?” deyib, tezcə kanalı dəyişir. Şit və çiy ifadələrdən geninə-boluna istifadə edərək izləyiciləri bezdirirlər.

Burnunda nə isə mızıldanıb, sonra, boğazının damarlarını şişirdərək, var gücüylə “qooool” qışqıran şərhçi izləyiciyə maraqlı deyil.

İdman kanallarındakı keyfiyyətsiz və bayağı boşboğazlıq fonunda, bir neçə il əvvəl Asif Bağırovla “Doktor” Ziyanın həvəskar qaydada şərh etdikləri oyunlar indi daha keyfiyyətli və maraqlı görünür. Onların bəzi ifadələri – “Hakan Şükür sözün hər iki mənasında başla oynadı” və ya “12-13 dəqiqəlik fasilə zamanı bir fincan çay və ya qəhvə içməyə vaxtınız var” – indi də futbol azarkeşlərinin dilindən düşmür.

Burnunda nə isə mızıldanıb, sonra, boğazının damarlarını şişirdərək, var gücüylə “qooool” qışqıran şərhçi izləyiciyə maraqlı deyil. Bir şeyi unutmayaq ki, müasir dövrdə müxtəlif ölkələrdəki oyun şərhlərini müqayisə etmək imkanı əldə etmiş tələbkar tamaşaçı maraqlı futbol oyununa baxmaq istəyir, bir aktyorun mono teatrına yox. Ümumiyyətlə, yerli kanallarda oyunları izləyərkən, ya TV-nin səsini tamam azaltmaq ya da yanınıza hər ehtimala qarşı “Valokordin”, “Valerian”, “Kardiolin” qoymaq məsləhətdir.

Bəs öz işini sevən, əsl peşəkar idman, futbol kommentatorları işini necə qurmalıdır?

Xarici ölkələrdə bu işə yeni başlayan şərhçilərin ilkin metodu ondan ibarətdir ki, əvvəlcə televiziya və ya kompyuter qarşısında əyləşib, oyunu şərh edir, diktofona yazır, təkrarən dinləyib, sonra analiz edirlər. Bu yolla onlar, “Axilles dabanını”, yəni zəif cəhətlərini müəyyən etməkdən ötrü özlərini kənardan müşahidə edərək düzgün qiymətləndirmə apara bilirlər.

Əslində şərhçinin oyuna peşəkar münasibəti, ona tapşırılan oyundan bir neçə gün qabaq başlayır. Əvvəlcə o oyun haqqında sıravi məlumatlar toplayır: kim zədəlidir, hava şəraiti necə olacaq və ya komandaların son oyun göstəriciləri necədir və s.

Əslində şərhçinin oyuna peşəkar münasibəti, ona tapşırılan oyundan bir neçə gün qabaq başlayır. Əvvəlcə o oyun haqqında sıravi məlumatlar toplayır: kim zədəlidir, hava şəraiti necə olacaq və ya komandaların son oyun göstəriciləri necədir və s.

Bildiyiniz kimi, internet dövrü şəraitində komandalar haqqında məlumat toplamaq asan bir məşğuliyyətə çevrilib. Bu cür informasiya bolluğundan düzgün yararlanan şərhçi hər zaman izləyicinin, futbol həvəskarının köməkçisi olmalı, faydalı izahatlar verməli, oyuna marağı daha da artırmalıdır.

Kənardan asan görünən şərhçilik yetərincə çətin peşədir və bir sıra biliklər, vərdişlər tələb edir. Saat yarımlıq reportaj müddətində, aradakı 15 dəqiqə fasiləni nəzərə almasaq, o dayanmadan danışır, qışqırır, emosiya ortaya qoyur.

Seyrçinin yorulmaması və oyundan maksimum zövq ala bilməsi üçün kommentatorun aydın səsi, natiqlik bacarığı, dəqiq və düzgün diksiyası, incə yumor hissi olmalıdır. Sözlərin aydın deyilişi, emosionallıq, intonasiya, bol lügət və söz ehtiyati vacib şərt hesab olunur.

Tamaşaçı bəzən yersiz təkrarlanan faktlardan, rəqəm və statistikaların quru ardıcıllığından bezir. Buna görə də, şərhçi meydanda baş verənlərdən yayınmamaq şərtilə, kənar hadisələrdən bəhs etməyin (statistik məlumat və faktlar) balansını bilməlidir.

Tamaşaçı bəzən yersiz təkrarlanan faktlardan, rəqəm və statistikaların quru ardıcıllığından bezir. Buna görə də, şərhçi meydanda baş verənlərdən yayınmamaq şərtilə, kənar hadisələrdən bəhs etməyin (statistik məlumat və faktlar) balansını bilməlidir. İntonasiya dozası həddini aşmamalıdır.

O, oyun qaydalarını dəqiq anlamalı, komandaların tarixi və hal-hazırkı durumu və futbolçular haqqında məlumatlı olmalıdır. Şərhçinin hər zaman oyunun axarını, nəbzini tutmaq bacarığı olmalı, quru-sönük keçən matçı öz emosiyası ilə canlandırmalıdır.

Şərhçi heç vaxt unutmamalıdır ki, ekranın, monitorun digər tərəfində minlərlə, bəlkə də milyonlarla azarkeş onu dinləyir. Bəzən, derbi və ya çempionluq uğrunda gedən oyun belə gözlənənlərin əksinə olaraq maraqsız keçə bilər.

Şərhçi üçün improvizasiya, hazırcavablıq əsas şərtlərdir. Məsələn, bir dəfə Rusiyanın Matç TV kanalında İspaniya çempionatının oyununu izləyirim. Birbaşa translyasiya zamanı gözlənilməz bir hadisə baş verdi, kadr itdi, yalnız səs qaldı. Bu zaman rus şərhçi peşəkar hazırcavablıq nümayiş etdirib, “indi gəlin ehtimal edək görək epizoddakı hücüm nə ilə bitdi!?” deyərək, çətin vəziyyətdən uğurla çıxdı.

O efirdə həmişə enerjili, gümrah və pozitiv olmalıdır, səsində gərginlik sezilməməlidir. Oyun zamanı o hansısa komandanın tərəfini saxlayırsa da, bunu izləyicilərdən gizlətməli, neytrallığını saxlamalıdır.

Eyni zamanda, peşəkar şərhçilər rasizm və təhqirə yol vermir, məsələlərə obyektiv, bitərəf və tolerant yanaşmağı bacarırlar. Oyunun vaxtı bitməyincə, hesabdan asılı olmayaraq, qələbəni elan etmir, hadisələri yersiz qabaqlamırlar. Şərhçi xəstə və kefsiz olsa belə, bunu tamaşaçı hiss etmir. O efirdə həmişə enerjili, gümrah və pozitiv olmalıdır, səsində gərginlik sezilməməlidir. Oyun zamanı o hansısa komandanın tərəfini saxlayırsa da, bunu izləyicilərdən gizlətməli, neytrallığını saxlamalıdır.

Əgər sən şərhçisənsə, əvvəlcədən ünvanına səslənəcək söyüşü, lənəti və ya pis sözləri qəbul etməli, udmalısan. İşinə peşəkar yanaşan şərhçiyə bu özünü yaxşı olmasını sübüt etmək üçün stimuldur.

Ümumiyyətlə, idman şərhçisi, real zaman rejimində oyunda baş verənləri obyektiv və düzgün analiz edərək, emosiyaları və improvizələri ilə zəngunləşdirən jurnalistdir, araşdırmaçıdır.

Yazımı məşhur idman şərhçisi Kote Maxarazenin sözləri ilə tamamlayıram: Mən öz incik ovqatımı və pis əhvalımı kommentator kabinəsinin içərisinə buraxmıram”.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG