Keçid linkləri

Təcili xəbərlər

DTX üzərində ictimai nəzarət...


DTX xəbər yayıb ki, casus şəbəkəsi aşkar edib. Çox yaxşı, öz işini dəqiq görən bütün dövlət orqanlarının və məmurların gözümüz üstündə yeri var.

Amma ki, .......

Hüquq-mühafizə orqanlarının fəaliyyətinə bələd olan istənilən şəxs bu xəbəri oxuyarkən onda aşağıdakı suallar yaranır:

... casus şəbəkəsi necə savadsız, bədbəxt olmalıdır ki, informasiyanın elektron formata keçirilib internet üzərindən şifrələnmiş göndərilməsi əvəzinə informasiyanı hansısa daşıyıcıya yazıb sərhəddən keçirmək istəsin.

1) Bu necə casus şəbəkəsi olub ki, toplanmış məlumatları DTX dediyi kimi "kiçik ölçülü elektron informasiya daşıyıcılarında" ölkədən çıxarmaq istəyirmiş? İndiki dövrdə, texnologiyanın inkişafının indiki mərhələsində casus şəbəkəsi necə savadsız, bədbəxt olmalıdır ki, informasiyanın elektron formata keçirilib internet üzərindən şifrələnmiş göndərilməsi (ABŞ, İsrail və digər ölkələrin casus şəbəkələri kimi) əvəzinə informasiyanı hansısa daşıyıcıya (disk, yaddaş kartı və s.) yazıb sərhəddən keçirmək istəsin. İndiki dönəmdə hətta proqramlaşdırmanın əlifbasını öyrənən şəxs də kriptoqrafiya, şifrələmə, arxivləşdirmə, xeşlər, protokollar, sertifikatlar və sair vasitələrdən istifadə edərək istənilən məlumatı internet üzərindən istənilən şəxsə ötürə bilər və heç kəs də bunun qarşısını ala bilməz.

Öz adamlarını pulla və ya tanışla istənilən dövlət orqanına yerləşdirmək heç bir casus şəbəkəsi üçün problem deyil bu ölkədə.

2) DTX-nın məlumatında deyilir ki, bu casus şəbəkəsinin fəaliyyət istiqamətlərindən biri də "dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək" olub. Bu məsələ işin ən absurd hissəsidir. Çünki korrupsiya Azərbaycanın idarəetmə sistemini o vəziyyətə gətirib ki, pulunu ver və istədiyin şəxsi istədiyin vəzifəyə təyin elətdir. Şəxsi təcrübəmdən dəqiq deyə bilərəm ki, Azərbaycanda dövlət idarəetmə aparatı və kadr siyasəti elə bərbad vəziyyətdədir ki, bəzən hətta hansısa nazirliyin şöbə müdiri belə 10-15 dövlət orqanında öz tanışlarından ibarət mini xəbərləşmə sistemləri yarada bilir. Buna görə də hansısa xarici ölkənin casus şəbəkəsinin heç ehtiyacı yoxdur hansısa məmurlara, ictimai xadimlərə çıxış əldə etsin. Öz adamlarını pulla və ya tanışla istənilən dövlət orqanına yerləşdirmək heç bir casus şəbəkəsi üçün problem deyil bu ölkədə.

Buna görə də DTX-nın yaydığı bu məlumatda nəsə təmiz deyil, deyilməyən çox mətləblər var... Bu mətləbləri isə hüquq müdafiəçiləri araşdırmalıdırlar, həbs olunanların ailələrini, yaxınlarını tapıb dəqiqləşdirmələr aparmalıdırlar ki, əslində nə baş verib. Ümumiyyətlə ölkədə hüquq müdafiəçiliyi institutunu bərpa etmək və hüquq-mühafizə orqanları üzərində ictimai nəzarəti bərpa etməyin tam zamanıdır...

İctimai nəzarət - respublika qurmaq üçün ən vacib elementdir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG