Keçid linkləri

Əvəz Zeynallı Gülər Əhmədovanın şikayəti ilə tutuldu. Daha doğrusu, Gülər onun həbsində vasitəçi oldu. Əvəz həbsxanda ikən Gülər də həbsxanaya düşdü, həm də rüsvayi-cahan oldu. Gözümüzün qabağında oldu bunlar...

Lənkərandan tələbə yoldaşım var idi: İqbal Ağayev. Faizə pul götürmüşdü, qaytara bilmirdi. Sələmçilər şikayət elədilər. Başına açmadıqları oyun qalmadı. Rusiyaya getdi, reketlərlə hədələdilər, ölkəyə qayıtdı. Avropa oyunlarında fəhləlik elədi, yazdılar ki, keçmiş müsavatçıdır, oradan da qovdurdular. Sonra Təhsil Nazirliyində imtahan verib Lerikin ucqar kəndlərindən birində müəllim işləməyə və az maaşla borclarını ödəməyə başladı. Yenə əl çəkmədilər. "5 min manat borcun var", - dedilər. Evini satıb verdi. "35 min manat imiş", - dedilər...
Anası dedi ki, istintaqın rəisi Rüfət (Biləsuvar rayonundandır. Soyadını xatırlamıram) məni çağırıb 20 min manat istədi. Guya şikayətçilərə verib söhbəti bağlayacaqmış. Amma verə bilmədik.

Keçmiş polis rəisi Möhübbət Hüseynov da əvvəl sələmçiləri: "Qanunsuz sahibkarlıq"la məşğul olursunuz", - deyə hədələdi. Sonra valı dəyişdi (baxmayaraq ki, sonda borc-xərclə faizi də qaytarmışdı), İqbala dələduzluq maddəsi ilə cinayət işi açıb 9 il həbsə göndərdi.

İndi də həbsdədir. Üç körpə uşağı onun-bunun ümidinə qalıb.
Qulaq şahidiyəm: İqbalın anası idarənin həyətində Möhübbətə: "Balamı günahsız yerə tutdun. Sənin yoldaşın da mənim kimi ağlar qalsın", - dedi.
Bir neçə ay sonra Möhübbətin oğlu qəzaya düşdü, öldü və deyilənə görə 2 uşağı qaldı...

Elçin Quliyev Əfqan Muxtarlını sərhəddə Gürcüstan hüquq-mühafizə orqanlarından alıb ölkəyə gətirdi, həm də az qala fateh kimi...

Əfqandan sonra Leyla bir körpəsi ilə qonşu ölkədə təkbaşına mücadilə aparır.
İndi Elçinin kürəkəni (Əli Həsənovun nəvəsi) qəzaya düşüb, deyilənə görə, can çəkişir. Gəncdir, Allah şəfa versin. Əgər daha pis variant olsa, ailə faciəsinə çevriləcək.

Çoxlu belə nümunələr var...

P.S. Heç kəsə belə ağır günlər, tale arzulamazlar. Mən də arzulamıram, amma İlahi ədalətə inanıram...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG