İndiki hakim elita, əsasən, sovet dönəmində formalaşıb, uşaqlıqları müharibə, ya da müharibədən sonra aclıq və qıtlıq dövrünə düşüb. Sonra dağdan-daşdan, kənddən-kəsəkdən gəlib Ali Məktəblərə daxil olublar, bir çoxu ya qohum evində bir küncdə, ya yataqxanada pis şəraitdə, ya da 4-5 nəfərlə kiçik bir otaqda, Yasamalda, "Sovetskidə" kirayişin qalıblar. Gənclik dövrləri də yarıac-yarıtox keçib.
Diplom aldıqdan sonra ya istehsalata, ya da partiya xətti ilə işləməyə başlayıblar.
Canlarında həmişə qorxu olub - işini itirmək, partiyadan töhmət almaq, Moskvadan gələn komissiyaya tuş gəlmək, həbs olunmaq qorxusu həmişə onları daha ehtiyatlı davranmağa məcbur edib.
Canlarında həmişə qorxu olub - işini itirmək, partiyadan töhmət almaq, Moskvadan gələn komissiyaya tuş gəlmək, həbs olunmaq qorxusu həmişə onları daha ehtiyatlı davranmağa məcbur edib.
İş yerlərində həm birbaşa rəhbərdən, həm yerli partiya, həm də yerli həmkarlar komitəsi sədrindən qorxublar. Yəni, həyatları boyu qorxu içində yaşayıblar, heç bir dəyərə inanmayıblar, institutlara güvənməyiblər, yeganə güvən yerləri şəxsi əlaqələri, yuxarıya xoş gəlmək idi, 70-ci illərdən, Azərbaycanda korrupsiya geniş vüsət alıb sistem halına salınandan sonra isə pul qazanıb, bütün problemləri pulla həll etmək istəyi və davranış qaydası yarandı.
Heç bir ideloji bazaları olmadığından (əksəriyyəti nə kommunizmə, nə də sosializmə inanmırdılar) yeğanə "sağ qalmaq və pul qazanmaq" yolu yaltaqlıqdan və yuxarıların qəzəbinə tuş gəlməməkdən keçirdi.
Amma yenə də bütün davranışları instinktlərə - qorxuya dayanırdı. Heç bir ideloji bazaları olmadığından (əksəriyyəti nə kommunizmə, nə də sosializmə inanmırdılar) yeğanə "sağ qalmaq və pul qazanmaq" yolu yaltaqlıqdan və yuxarıların qəzəbinə tuş gəlməməkdən keçirdi. İnsafən, ağır uşaqlıq və gənclik dövrləri və qorxu hissi onlara əndazədən çıxmağa imkan vermirdi.
Müstəqillik illərində sistemin oyun qaydaları, demək olar ki, dəyişmədi, sadəcə Moskvadan gələn yoxlama qorxusu yox oldu, "məmur kapitalizminə" şərait yarandı, yeganə pul qazanmaq üçün mənbə yenə dövlət, dövlətin saxladığı imkanlar və büdcə vəsaiti oldu.
Onların övladları, əsasən də nəvələri artıq gözlərini açıb "yağ-bal" içində üzdülər, heç bir çətinlik görmədilər, varlı olmaqlarını təbii saydılar, ata-babalarından fərqli olaraq heç bir ciddi qorxu instinkti onlarda formalaşmadı. Heç vaxt özlərinə və yaxınlarına sual vermədilər ki, bu qədər var-dövlət bizdə hardandı?! Ata-babalar da özlərinin çətin uşaqlıq və gənclik dövrünü xatırlayaraq öz övladlarına, nəvələrinə hər cür şərait yaratmağa başladılar - "biz çətinliklə böyüdük, qoy onlar kef eləsinlər", prinsipi hakim oldu. Amma pulun mənbəyi isə yenə dövlət büdcəsi olaraq qalırdı, nə normal, rəqabət şəraitində işləyə bilən biznes qura, nə övlad-nəvələrinə bunu öyrədə bildilər.
Havayı pullar məmurların yeni nəsillərini qazancın qədrini bilməməyi öyrətdi, yenə heç bir institutlara güvənməmək və ancaq yeni qohumluq əlaqələri ilə öz mövqelərini möhkənləndirmək düşüncəsi hakim oldu.
Havayı pullar məmurların yeni nəsillərini qazancın qədrini bilməməyi öyrətdi, yenə heç bir institutlara güvənməmək və ancaq yeni qohumluq əlaqələri ilə öz mövqelərini möhkənləndirmək düşüncəsi hakim oldu.
Heç bir çətinlik çəkmədən, əziyyətsiz, göydən yağan pullar hesabına lüks həyat yaşayan məmur nəvələri, öz babalarından daha təhlükəlidirlər, çünki qanunun boş söz, qaydaların isə cəzasız pozulduğuna əmindirlər.
Belə, nəsil dəyişimi daha keyfiyyətsiz və dəyərləri olmayan bir dalğa, təhlükəli bir dalğa gətirir, bu isə həm pis örnəklər, həm də gənclərə "uğur hekayəsinin" ancaq məmurluqdan, büdcə yeyintisindən keçdiyinə əminlik yaradır....
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.