Keçid linkləri

Bir müddət əvvəl yazmışdım ki, Qərb və Avropa Rusiyanı “SSRİ ssenarisi” ilə çökürtmək istəyir. Elə həmin yazıma münasibətdə bir neçə adam “Necə?” deyə soruşmuşdu. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar göstərdi ki, düşündüklərimdə həqiqət payı var.

Artıq bu məmurları SSRİ-nin yox, sərvətlərinin təhlükəsizliyi mühafizəkarlaşdırdı. Onlar üçün önəmli olan sərvətlərinin əldən çıxmaması, hətta imkan yarandıqca artması idi. Bu, ittifaq daxilində mümkün idimi? Xeyr.

SSRİ-nin dağılmasının bir çox səbəbləri var idi. Xüsusən də, iqtisadi məsələlər bu prosesi tezləşdirir və sadələşdirirdi. Təbii ki, ittifaq daxilində təkhakimiyyətlilik, güclü şəxsi təsir imkanları SSRİ-nin bir çox yüksəkçinli məmurlarını zənginləşdirmişdi. Artıq bu məmurları SSRİ-nin yox, sərvətlərinin təhlükəsizliyi mühafizəkarlaşdırdı. Onlar üçün önəmli olan sərvətlərinin əldən çıxmaması, hətta imkan yarandıqca artması idi. Bu, ittifaq daxilində mümkün idimi? Xeyr.

SSRİ milyarderləri sərvətlərini ittifaq daxilində nə tam təhlükəsiz saxlaya billərdilər, nə də bunun üçün məkan vardı. Kooperativ hərkatının genişlənməsi belə buna ən zəif şanslar yaratmırdı. Beləliklə, dünyaya açılım etmək, sərvətləri dünya banklarında nəğd formada yerləşdirmək, bir çox inkişaf etmiş ölkələrdə mülklər almaq düşüncələrə yol tapırdı. Bunun isə yolu SSRİ-nin dağılmasından keçirdi. Və belə də oldu. SSRİ zənginlərinin iradəsi, həlledici məqamlarda düşünülmüş qətiyyətsizliyi onlara istədiklərini verdi, SSRİ dağıldı.

Qərb və Avropa Rusiyanı artıq SSRİ ssenarisi ilə sınağa çəkir. Bu günlərdə ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Sanksiyalar nədən ibarətdir?

Rusiya ilə birgə hər hansısa layihə üzərində işləyən, yardımçı olan Avropa şirkətləri də ciddi sanksiyalarla üzləşəcək. Təbii ki, çox qısa zamanda ciddi effekt verəcək bu sanksiya, ilk növbədə rusiyalı oliqarxları narahat edəcək.

Sanksiyalar ABŞ maliyyə nazirinin üzərinə dövlət katibi və milli kəşfiyyatın direktoru ilə birlikdə hər il Rusiya hakimiyyətinə yaxın sahibkarlar və şirkətlər barədə, həmçinin onların Vladimir Putinə yaxınlığı və Rusiya iqtisadiyyatına təsir səviyyəsi haqqında hesabat vermək öhdəliyini qoyur. Bundan əlavə, Rusiya ilə birgə hər hansısa layihə üzərində işləyən, yardımçı olan Avropa şirkətləri də ciddi sanksiyalarla üzləşəcək. Təbii ki, çox qısa zamanda ciddi effekt verəcək bu sanksiya, ilk növbədə rusiyalı oliqarxları narahat edəcək.

Bu dəfə Putinin yaxın ətrafı seçim qarşısında qalacaq. Ya öz sərvətlərinin bir çox hissəsini qurban verərək, pul vəsaitlərinin Avropa və Qərb banklarında dondurulmasını gözə alıb Vladimir Putinlə yenidən iş birliyində olacaq və onun siyasi xəttini dəstəkləyəcəklər, ya da milyardlarının Avropa və ya ümumən Qərb banklarında dondurulması ilə razılaşmayıb, Putinlə bütün iqtisadi əlqələrin donduracaqlar. Avropaya, Qərbə giriş imkanları olacaq, yasaqlanmayacaq. Görünür, ikinci variant daha ələgəlimli olacaq və onu seçəcəklər. Praktika da bunu göstərir və demokratik dəyərlərin daşıyıcıları da bunu düşünüblər.

Təbii ki, Rusiya hakimiyyəti çıxılmaz durumdadır. Artıq regionun əsas gücləri mövqelərini sərgiləyiblər. Gürcüstan və Ukraynayla bağlı məsələ aydındır. Onlar demokratik dəyərləri, ölkələrinin həqiqi müstəqilliyini əsas tutaraq, Avropaya açılımı qəbul ediblər. Həm ölkələrinin, həm də vətəndaşlarının təhlükəsizliyini, demək olar ki, dünya səviyyəsində təmin etdilər. Rusiyanın əsas dəstəkçiləri Azərbaycan və Ermınistan da fərqli formada mövqe sərgilədilər.

Ermənistan elə bu günlərdə NATO-nun Gürcüstanda baş tutan təlimlərinə qoşuldu. Ordusunun NATO standartlarına uyğun şəkildə formalaşdırılması üçün addımlara can atmaları, xüsusən də İsraildən müasir, xüsusi təyinatlı silahlar alınması ilə bağlı göstərdikləri səylər bir daha göstərdi ki, hətta Rusiyanın himayəsində olan İşğalçı rejim də onun mənasız layhələrinə, silahlarına, sözdə təhlükəsizliyinə gərək tam etibar etmir.

Azərbaycan tərəfi isə, özlərinə məxsus media qurumlarında Ermənistanın NATO-nun təlimlərinə qatılmasını pisləyib, Rusiyaya sadiq qaldığını bildirdi. Hətta hakimiyyət xəbər aparıcısının dili ilə dedi ki: “Ermənistanın Rusiyanın çətin günlərində etdiyi bu nəlayiq hərəkətlər artıq aksioma çevrilib”.

Azərbaycan tərəfi isə, özlərinə məxsus media qurumlarında Ermənistanın NATO-nun təlimlərinə qatılmasını pisləyib, Rusiyaya sadiq qaldığını bildirdi. Hətta hakimiyyət xəbər aparıcısının dili ilə dedi ki: “Ermənistanın Rusiyanın çətin günlərində etdiyi bu nəlayiq hərəkətlər artıq aksioma çevrilib”.

Bu, Rusiyaya sadiqliyi nümaiş etdirməyə yetirdimi? Axı bunu əməldə də göstərmək lazım idi. Elə də oldu. NATO-nun təlimlərinin başladığı gün, elə Ermənistanın NATO-nun təlimlərinə qatıldığı gün hansısa qeyri-ciddi ordu yarışları bəhanə edilərək, müstəqil Azərbaycanın paytaxtı olan Bakıda konsertdə rus hərbi-patriotik mahnıları (“Yaşasın rus ordusu”) səsləndi!

Rusiyanın özündə də belədir. Ur-patriotik mahnılar oxunur xalqa. Rusiya bu qədər ciddi duruma və sanksiyalara qarşı mahnı ilə cavab verir. Amma bu kimi emosional reaksiyalar Rusiyaya nə verir və onu düşdüyü durumdan çıxarırmı?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG