Keçid linkləri

Təcili xəbərlər

İdmançıların etirazına dair...


Təzəlikcə maaşlarını ala bilməməkdən, pulsuzluqdan gileylənən idmançıların (aralarında xeyli tanınmış güləşçilər vardı) etiraz aksiyası barədə xəbər, arxasınca da ictimai hay-küyün şahidi olduq. Müşahidə etdiyim qədərilə böyük əksəriyyət onların etirazını ya ələ saldı, ya da kəskin tənqid hədəfinə çevirdi.

...öncə önəmli bir not: məlum hadisə baş verdikdən sonra sosial şəbəkələrdə xeyli adam gileylənirdi ki, niyə başqa sahələrin adamları etiraz aksiyaları keçirəndə bu qədər rezonans doğurmur, müzakirə predmetinə çevrilmir.

Əslində indi elə bunun səbəbi və ya səbəbləri barədə danışacağam, ancaq öncə önəmli bir not: məlum hadisə baş verdikdən sonra sosial şəbəkələrdə xeyli adam gileylənirdi ki, niyə başqa sahələrin adamları etiraz aksiyaları keçirəndə bu qədər rezonans doğurmur, müzakirə predmetinə çevrilmir.

Məncə, sadə səbəbdən. Birincisi, Azərbaycanda hakimiyyətlə idmançılar arasında özəl bir bağ var, bu bağ xüsusilə müxtəlif vaxtlardakı xalq etirazlarında aydın görünürdü, hazırki rejim onlardan qoluzorlu kimi gen-bol yararlanırdı. Artıq idmançıların da açıq təpki ortaya qoymağa başlaması bu mənada doğrudan da, maraqlı, diqqətçəkən məqamdır.

İkiincisi, bir daha təsdiqlənirdi ki, kənardan hakimiyyətə çox bağlı və sadiq görsənən təbəqələrin də bu bağı və sədaqəti əslində şəxsi mənafeyə, maddiyyata görədir. Pul, “atalıq qayğısı” yoxdursa, həmin bağ və sədaqət çox asanlıqla zədələnə, öz yerini etiraza, hiddətə buraxa bilər.

İndiyədək bir idmançı müəllimin 200-300 manat maaş aldığı bir ölkədə hansısa daranqlet medala görə 300-500 min manatı cibinə qatlayıb qoyduğuna görə Ezop dilində də olsa, məyusluğunu dilə gətiribmi? Yox.

Bəs çoxluğun idmançıların etirazına ikrah və ironiyasının kökündə nə dayanırdı? Burada da müxtəlif səbəblər sadalamaq olar. Bir: hansısa mənalı-mənasız idman yarışında medal qazanıb, bunun əvəzində orta statistik vətəndaşın hətta yuxusunda belə görməyəcəyi məbləğlərdə mükafatlandırılarkən hakimiyyətə övgü yağdırıb, amma bir neçə ay maaşı gecikəndə yeri yerindən oynatmaq doğrudan da, ürək bulandırıcıdır. İndiyədək bir idmançı müəllimin 200-300 manat maaş aldığı bir ölkədə hansısa daranqlet medala görə 300-500 min manatı cibinə qatlayıb qoyduğuna görə Ezop dilində də olsa, məyusluğunu dilə gətiribmi? Yox. Elə isə cəmiyyətdən başqa cür reaksiya gözləməyə haqları çatırmı?

İki: ölkədə idmançı zümrəsi barədə qoluzorlu obrazı formalaşıb, onların etiraz aksiyalarını dağıtmaq üçün alətə çevrilməsi bu zümrəyə qarşı gizli-aşkar ictimai qıcıq yaradıb. Belədə indi onların özlərinin keçirdiyi etiraz aksiyasına toplumun ironik yanaşması təəccüblü deyil. Əksinə, məntiqi sonluqdur. Necə deyərlər, “öz vəzandı, çək Balaş” (Cəfər Cabbarlı). Ya da “nə tökərsən aşına, o da çıxar qaşığına”. “Külək əkən fırtına biçər”.

(Hə, ola bilsin, maaşsızlığa etiraz edən idmançılar heç vaxt, məsələn, mitinqlərə qoluzorlu kimi çıxmayıblar, ya da idmana xərclənən fantastik pullardan gen-bol yararlanmatyılar, ancaq fakt budur ki, ortada toplumda formalaşan ümumi qənaət var və bu ümumi qənaət onları da belə acı münasibətlə üz-üzə qoyur).

... hakimiyyət çoxdandır Azərbaycanın dünyadakı korrupsioner ölkə imicinə qarşı “idman dövləti” imici formalaşdırmaq istəyir. Yeri gəlmişkən, bu əksər avtoritar və totalitar rejimlərin sevimli metodudur. Mussolinin futbol sevgisini xatırlayın.

Üç: hakimiyyət çoxdandır Azərbaycanın dünyadakı korrupsioner ölkə imicinə qarşı “idman dövləti” imici formalaşdırmaq istəyir. Yeri gəlmişkən, bu əksər avtoritar və totalitar rejimlərin sevimli metodudur. Mussolinin futbol sevgisini xatırlayın. Ya da elə bizim də müstəmləkəsində yaşadığımız SSRİ-də idman qələbələrindən siyasi təbliğat məqsədilə necə istifadə edildiyini yada salın. Hansısa sosialist ölkəsi idmançısının ABŞ və ya başqa bir kapitalist ölkə idmançısı üzərində qələbəsi az qala ümumxalıq bayramına çevrilir, cahanşümul nailiyyət kimi təqdim olunurdu.

Eyni praktikadan hazırda Rusiya və Çin başda olmaqla, demokratiyadan kasad ölkələrdə də gen-bol istifadə edilməsi sizə heç nə demirmi?

Bəli, bu cür rejimlər idman nailiyyətləri üzərindən başqalarının xoşuna gəlməyə, həm özlərini güclü və sarsılmaz, həm də müasir dünyanın bir parçası kimi göstərməyə çalışırlar.

İndi bizdə də bir-birini əvəz edən beynəlxalq idman yarışlarının, yaxud hansısa turnirdə qazanılan üç-beş medalın təntənəli təqdimatının bir səbəbi də elə bu sadə həqiqətdə gizlidir.

Bunu şübhəsiz, ölkədən kənarda da başa düşürlər.

Camaat səfalət içərisində ikən idman yarışlarına xərclənən milyardlar, idmançılara mükafat olaraq verilən fantastik məbləğdə pullar xof, qorxu altında əzilən toplumda gizli qıcıq və acıq doğurur.

Elə ölkə daxilində də artıq bunu anlayan əksəriyyət mövcuddur. Camaat səfalət içərisində ikən idman yarışlarına xərclənən milyardlar, idmançılara mükafat olaraq verilən fantastik məbləğdə pullar xof, qorxu altında əzilən toplumda gizli qıcıq və acıq doğurur. Və ilk fürsətdəcə bu qıcıq, bu acıq dışa vurur. Elə idmançıların etiraz aksiyasına çoxlarının ikrah, yaxud ironiya üzərində köklənmiş münasibvəti də həmin dışavurumun görsənişi idi.

Hər gün daha çox adam başa düşür ki, bir ölkənin çağdaş dünyada layiqli yer tuta bilməsinin yolu hansısa idman yarışında qazanılan qızıl medaldan-zaddan yox, həmin ölkədə insan hüquq və azadlıqlarına duyulan sayğıdan, insanlar arasında ədalətin bərabər paylanmasından, milli iradənin üstünlüyündən keçir.

Və hər gün bir aydın həqiqət daha da da güclənir ki, harada hüquqlar və azadlıqlar təmin edilməyibsə, orada hər şey öz gerçək anlamını, mənasını itirir, məsələn, idmançı deyəndə göz önünə qoluzorlu, müəllim deyəndə fondpulu yığan, yaxud seçki saxtakarı, həkim deyəndə “ağ xalatlı cəllad”, məmur deyəndə villa, bahalı avtomobil, şair deyiləndə saray təlxəyi gəlir.

(Daha pisi: vicdanını qoruyub-saxlayanlar, istisna təşkil edənlər, yuxarıda da vurğuladığım kimi, ümumiləşmiş mənfi münasibətin, ümumi ictimai qənaətin, necə deyərlər, “böyük rəsm”in qurbanına çevrilirlər).

Odur ki, öncə hüquq! Öncə hürriyyət! Öncə demokratiya!

Sonra?

Sonra hər şey onsuz da yaxşı olacaq. Fikirləşdiyimizdən, təsəvvür etdiyimizdən də yaxşı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG