Son 2 ildə Azərbaycanda yeni miflər yaradılmağa çalışılır, çünki köhnə mif - "qara neft ölkəmizi ağ günə çıxardır-çıxardacaq" nağılı, hekayəsi artıq işləmir. Yeni hekayələr də odur ki, turizm, aqrar sektor, tranzit gəlirləri ölkəmizi xilas edəcək, çoxlu valyuta gətirəcək, gəlirlər artacaq. Önümüzdəki günlərdə bu yeni miflərin dağıdılmasına çalışacağam. Bu gün turizmlə başlamaq istəyirəm.
Azərbaycan son 2 ildə turizmdə ilk addımlarını atır, amma aşırı ümidlər yaranıb ki, turizm ölkəyə ciddi valyuta gətirəcək. Bu belə deyil, punktlarla izah etməyə çalışacağam.
Turizm, doğrudan da, çox önəmli sahədir, ciddi multiplikativ effekti var, özü ilə yan sahələri inkişaf etdirə bilər. Ölkələr var ki, turizm gəlirləri ilə dolanır, bütün modelini bu sahə üzərində qurub və uğur qazanıblar.
Azərbaycan son 2 ildə turizmdə ilk addımlarını atır, amma aşırı ümidlər yaranıb ki, turizm ölkəyə ciddi valyuta gətirəcək. Bu belə deyil, punktlarla izah etməyə çalışacağam.
- Bu sahəni inkişaf etdirmək üçün yeni turizm təsisatları, otellər, hostellər, kafe-restoranlar lazımdır. Hətta prezident də bu yaxınlarda çağırış etdi ki, yeni obyektlər tikilməlidir. Xub, tutalım, yüzlərlə yeni turizm obyektləri tikilməyə başladı (halbuki, indiki investisiya şəraitində bu da mümkün deyil, amma olsun, fərz edək ki, normal hökumət var), tikintidə və obyektin işləməsi üçün istifadə olunan materialların, avadanlıqların 70-80%-i xaricdən gəlməlidir - divar kağızları, santexnika, ekektik avadanlığı, mətbəx avadanlığı, tv-lər, telefonlar, hovuz avadanlığı, soyuducular, dizayn elementləri, mərmər, keramika, mebelin bir hissəsi, daha nələr-nələr. İstifadə edilən yerli mal olacaq qum, çınqıl, daş, armatur, sement - vəssalam. Deməli, təsislərin tikilməsi və işlək hala gəlməsi üçün ilk illərdə onmilyonlarla, hətta yüzmilyonlarla dollar ölkədən çıxmalıdır. Məsələn, Türkiyədə istənilən hotel-kafe-restoranın tikilməsində və avadanlıqla təhciz olunmasında 85% yerli mallardan istifadə olunur
Ərzaq istehsalında yerli məhsulların payı, ən yaxşı halda, 50% təşkil edir. Çünki yerli mal adı ilə bazara çıxan əksər məhsulların xammalı xaricdən gətirilir. Deməli, turizm artdıqca, tələbat ardıqca ərzaq üçün xaricə çıxan valyuta da artır...
- Turizmi təhciz edən aqrar sektor və ərzaq istehsalı lazımdır. Yerli istehsalın az olması və artım tempinin zəifliyi bu sahədə də problem yaradır. Hələ ölkəyə çox az miqdarda turist gəlir, amma artıq bu belə ərzaq qiymətlərinə təsir edir, qiymətlər artır. Ərzaq istehsalında yerli məhsulların payı, ən yaxşı halda, 50% təşkil edir. Çünki yerli mal adı ilə bazara çıxan əksər məhsulların xammalı xaricdən gətirilir. Deməli, turizm artdıqca, tələbat ardıqca ərzaq üçün xaricə çıxan valyuta da artır, bu amil də ölkədən valyuta aparır. Məsələn, Türkiyədə ərzaq bazarında satılan məhsulların 90%-ə yaxını yerli istehsaldı
- Turizmin ən vacib atributlarından biri də alış-verişdir. Bu gün Bakıda olan Mall-larda çoxlu sayda "shopping" edən əcnəbiləri görürük. Aldlqları malların 99%-i xarici istehsaldı, deməli xərclədikləri manat kütləsinin böyük bir hissəsi dollara, valyutaya çevrilib ölkədən çıxır, yəni bu sahə də ölkədən valyuta aparır. Məsələn, Türkiyədə satılan geyim və ayaqqabıların, aksesuarların və kosmetikanın 76%-i yerli istehsaldı.
Turizmin inkişafı üçün tarixi məkanlar, yeni cəlbedici hekayələr, təmiz dəniz, gözəl təbiət, əhalinin tolerantlığı da lazımdır – bütün bu sahələrdə də, yumşaq desəm, problemlər var.
Turizmin inkişafı üçün tarixi məkanlar, yeni cəlbedici hekayələr, təmiz dəniz, gözəl təbiət, əhalinin tolerantlığı da lazımdır – bütün bu sahələrdə də, yumşaq desəm, problemlər var.
Deməli turizmin inkişafı və valyuta gətirməsi üçün digər yan sahələr də inkişaf etməlidir ki, multiplikativ effekt yaransın. Digər sahələrin (elə turizmin özünün də) inkişafı üçün rəqabətli və ədalətli mühit, ucuz və uzunmüddətli kreditlər, effektiv idarəetmə modeli lazımdır. Yəni, bu məsələdə də yenə sistem probleminə dirənirik, məsələnin kökü yenə sistemin zay olmağına dirənir. Odur ki, aşırı ümidlənməyin, turizm də ölkədən hələ uzun illər, normal sistem qurulana qədər ancaq valyuta aparacaq.
Belə, düşünün xanımlar və cənablar, əgər düşünməyə hələ həvəsiniz və inkanınız varsa...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir