Keçid linkləri

Təcili xəbərlər

Himnimiz necə tapıldı?


Üzeyir Hacıbəyov
Üzeyir Hacıbəyov

Tarix: 1988-ci ilin may ayı.

Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin müdiri Aydın Əzimov hər axşam olduğu kimi evində qəzet oxuyurdu. Növbə “Ədəbiyyat və İncəsənət” qəzetində gəlib çatdı. Qəzetin həmin günkü sayında Üzeyir Hacıbəyovun iki marşı dərc olunmuşdu. Marşlardan biri Aydın bəyin diqqətini çəkdi. Çünki...

Aydın bəy o vaxtlar “Amerikanın Səsi”, “Azadlıq” kimi o dövrün deyişiylə “düşmən” radioları dinləməyi çox sevirdi. Və Üzeyir bəyin qəzetdə dərc olunan bu marşı musiqisi ilə birlikdə orada arabir yayımlanırdı.

Aydın bəy o vaxtlar “Amerikanın Səsi”, “Azadlıq” kimi o dövrün deyişiylə “düşmən” radioları dinləməyi çox sevirdi. Və Üzeyir bəyin qəzetdə dərc olunan bu marşı musiqisi ilə birlikdə orada arabir yayımlanırdı. Ağlındakı suala heç cür cavab tapa bilmirdi. Nə üçün “Azadlıq Radiosu” bu marşı yayımlayırdı?

Bu sualın cavabı heç gözləmədiyi bir anda yaxın dostu Yusif Səmədoğludan gəldi. Bir gün söhbət edərkən necəsə söhbət bu marşa gəlir və Yusif Səmədoğlu Aydın bəyə bu marşın Azərbaycan Cümhuriyyətinin himni olduğunu deyir. Aydin bəyin təəccübü keçməmiş Yusif Səmədoğlu ondan xahiş edir ki, tez himni simfonik orkestr üçün, xor üçün işləsin ki, Qarabağ üçün mitinqlərdə bu himni səsləndirsinlər.

Aydın bəy dərhal işə başlayır. Xoşbəxtlikdən televiziyanın bütün bədii kollektivləri və səsyazma studiyaları onun əmrində idi. Himn bir neçə günə hazır olur və mitinqlərdə səslənməyə başlayır.

İl 1992...

Artıq müstəqil olan Azərbaycan Respublikası üçün himn axtarışı başlamışdı. Bunun üçün müsabiqə elan olunur.

Dostlarının təkidi ilə Aydın Əzimov da işlədiyi himni müsabiqəyə təqdim etdi. Amma ürəyində o qədər də ümidli deyildi. Çünki müsabiqəyə ondan başqa 3 böyük bəstəkar qatılmışdı:

Dostlarının təkidi ilə Aydın Əzimov da işlədiyi himni müsabiqəyə təqdim etdi. Amma ürəyində o qədər də ümidli deyildi. Çünki müsabiqəyə ondan başqa 3 böyük bəstəkar qatılmışdı:

Tofiq Quliyev Azərbaycan SSR-ın himnini bir az dəyişdirərək müsabiqəyə təqdim etmişdi; Vasif Adıgözəlov Üzeyir Hacıbəyovun “Koroğlu” üverturasından and xorunu işləmişdi; Musa Mirzəyev isə Üzeyir bəyin “Ey Vətən” mahnısını işləyib müsabiyə təqdim etmişdi.

Filarmoniyada müsabiqə başladı və elə bir hadisə baş verdi ki, artıq oradakı hər kəs hansı musiqinin himnimiz olduğunu anladı.

Bütün əsərlər dinlənildi. Sonda Aydın Əzimovun işlədiyi Üzeyir Hacıbəyovun Azərbaycan Xalq Cümhuriyyətinin Himni çalınıb bitdikdən sonra orkestrın özü də daxil olmaqla hər kəs ayağa qalxıb marşı alqışlamağa başladı.

Tarix: 1992-ci il, 28 may

Aydın Əzimovun gözünə səhərə qədər yuxu getmədi. Radionun başında gözləyirdi...

Aydın Əzimovun gözünə səhərə qədər yuxu getmədi. Radionun başında gözləyirdi. Bu gün təkcə Aydın bəy üçün deyil, bütün Azərbaycan üçün əhəmiyyətli idi. Bu gün ilk dəfə həyat müstəqil Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayacaqdı. O böyük an gəldi. Saat 06.00-da himn radiodan səslənməyə başladı.

Himni dinləyərkən Aydın bəy göz yaşlarına hakim ola bilmədi.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG