Keçid linkləri

Təcili xəbərlər

Otuz il - 1


Dostlardan biri email ünvanıma Azərbaycan Yazıçılar Birliyi (AYB) adlı sovetdənqalma qurumun sədri, faktiki olaraq, “ədəbiyyat naziri” kimi görəvləndirilmiş Anar Rzayevin “Otuz il” adlı bir məqaləsini göndərib, yazıb ki, “məqaləni oxuyub dəhşətə gəlib”.

Məsələ burasındadır ki, yoldaş Rzayev həmin məqaləni 30 ildir AYB postu tutması ilə bağlı yazıb – sanki bu böyük mərifətmiş kimi!

Məsələ burasındadır ki, yoldaş Rzayev həmin məqaləni 30 ildir AYB postu tutması ilə bağlı yazıb – sanki bu böyük mərifətmiş kimi!

Özünüifşa xarakterli detallarla zəngin yazıdakı belə məqamlardan bəziləri üzərində dayanmamışdan öncə uzun bir haşiyəyə əşhədü-ehtiyac duyuram.

Düzü, əslində xeyli vaxtdır AYB mövzusunda vaxt və enerji sərf etməyi gərəksiz sayıram, çünki bu qurumun üzündəki maska artıq tamamilə düşüb, oranın bir dəstə merkantil ruhlu, yalnız ruhən deyil, həm də mənən, fikrən qocalmış, heç bir ədəbi dəyər ifadə etməyən şair-yazıçı üçün özlərinə “gün ağlamaq” yeri olduğu qətiləşib.

Eyni zamanda YAP hakimiyyətinin də bu təşkilatı niyə ciddi-cəhdlə ayaqda saxladığı yüzdə-yüz aydınlaşıb, heç bir şübhə yeri qalmayıb ki, yapçılara AYB ədəbiyyatı hazırki avtoritar siyasi sistemin kontrolunda saxlamaq üçün lazımdır. Necə ki, əslində bu kiflənmiş təşkilatın yaradılış səbəbi də Leninin məşhur tezisinə söykənirdi: ədəbiyyatı partiya işinin vintciyinə və təkərciyinə çevirmək!

Aradan illər keçib, siyasi sistemlər dəyişib, AYB-nin məqsədi, hədəfi isə hələ də eynidir, həmişəkidir!

Aradan illər keçib, siyasi sistemlər dəyişib, AYB-nin məqsədi, hədəfi isə hələ də eynidir, həmişəkidir!

Düzdür, özəlliklə 2000-ci illərin başından etibarən büdcədən bəslənən bu mənasız qurum ədəbi prosesə təsir imkanlarını tamamilə itirdi, yeni ədəbi meyllər, istiqamətlər ondan kənarda yaranmağa və güclənməyə başladı, bir müddət sonra hətta hiss olunurdu ki, bu vəziyyətdən YAP ideoloqları da narazıdırlar. Bəs necə, şəhərin mərkəzindəki dəbdəbəli, tarixi binada ofis, 1 milyon manata çatan büdcə vəsaiti. Prezident təqaüdləri, AYB üzvlərinə mənzillər-filan. Amma əldə var sıfır! Ədəbi proses AYB nəzarətindən çıxıb, ədəbiyyatın istiqamətini müstəqil düşüncəli, azad fikirli yazarlar müəyyənləşdirir. Elə isə bu quruma havayı yerə xərc çəkməyə dəyərdimi?

Kənar müşahidələr göstərirdi ki, hakimiyyət kulislərində bu sualı səsləndirənlər az deyil, amma ümumilikdə bugünki avtoritar sistemin sovet mahiyyəti hər bir halda AYB-ni qoruyub-saxlamağı diqtə edirdi.

Kənar müşahidələr göstərirdi ki, hakimiyyət kulislərində bu sualı səsləndirənlər az deyil, amma ümumilikdə bugünki avtoritar sistemin sovet mahiyyəti hər bir halda AYB-ni qoruyub-saxlamağı diqtə edirdi.

(Yeri gəlmişkən: mövcud rejim yeni ədəbiyyat yaradıcılarını AYB xətti ilə zərərsizləşdirməyin, öz kontroluna keçirməyin mümkünsüzlüyünü anlayınca fərqli varianta əl atdı, müstəqil, azad yazarların ağır maddi durumundan faydalanıb onları, məsələn, oliqarx KİV-lərinə yerləşdirib yüksək maaş-qonorar müqabilində əhəmiyyətli şəkildə susdura, ən azı siyasi-ictimai məsələlərdə səssiz qalmağa məcbur edə bildi!..)

Anar Rzayev və ətrafındakılar isə Yazıçılar Birliyinin timsalında bu sovetdənqalma yaltaqlıq institutunu diri saxlamağa cəhd etməklə məşğul olmadılar, eyni zamanda ədəbiyyatı daha da gözdən salmaq işini həyata keçirdilər və hələ də həyata keçirirlər, AYB sıralarını istedadsız və intellektsiz adamlarla sıxlaşdıraraq, onlara müəyyən imtiyazlar verərək, psevdo-ədəbiyyatı ayaqda tutmaq istədilər və hələ də istəyirlər. Yeni ədəbi meyllərə, axtarışlara nifrin püskürərək, azad yazarlara kin qusaraq, köhnəlik, məzmunsuzluq, bayağılıq qoxuyan psevdo-ədəbiyyatın təntənəsininin sonsuzadək davam edəcəyinə çalışdılar və hələ də çalışırlar. Ədəbiyyatı saray təlxəkliyi səviyyəsində tutmaq üçün əlləriindən gələni etdilər və hələ də edirlər. Bütün bunlar əlbəttə, heç vaxt bağışlanmayacaq və unudulmayacaq!

Məsələn, yazır: “Mən heç bir vəzifədə ikinci adam kimi işləyə bilmərəm. Qoy, lap ən kiçik vəzifə olsun, amma öz başımın ağası olum”.
Oxuyub nə qədər gülmüşəm!

AYB ilə bağlı ümumi vəziyyəti izah etdikdən sonra qayıdaq onun sədrinin “Otuz il” adlı məqaləsinə: bəli, yoldaş Rzayev həmin məqalədə 30 il eyni postu tutmağın sanki böyük mərifət və qəhrəmanlıqmış kimi, 1987-ci ildən bu yanakı rəhbərlik dönəmini sadəcə, müsbət rənglərlə anlatmağa səy göstərir, amma bu zaman həm özünün, həm də AYB-nin xislətini aydın şəkildə gözlər önünə sərən məqamlara yol verir.

Məsələn, yazır: “Mən heç bir vəzifədə ikinci adam kimi işləyə bilmərəm. Qoy, lap ən kiçik vəzifə olsun, amma öz başımın ağası olum”.

Oxuyub nə qədər gülmüşəm!

Əslində bir insanın yüksək mənsəb, vəzifə aşiqliyinin və bürokrat eqoizminin (ki, əslində Sovet yetirməsi olan şair-yazıçıların kiçik istisnalarla mütləq çoxluğuna xasdır!) parlaq etirafı olan bu cümlələrə əlavə şərhə də gərək görmürəm, amma bunu da qısaca olaraq yazmadan keçə bilməyəcəm: özündən yuxarıda ona tapşırıqlar, göstərişlər verəcək vəzifəli adam qəbul etməmək nədi, amma ümumilikdə hakim siyasi sistemin bürokratik bir parçası, onun əmrlərinə qeyd-şərtsiz tabe olmaq hara? “Öz başının ağası” olmaq istəyən adam hakim siyasi sistemdən kənarda qalmağı bacarmalıdır, bunu bacaracaq nəfsə, iradəyə, gözütoxluğa, alçaqkönüllülüyə, azad ruha sahib olmalıdır. Yoxsa həm avtoritar mahiyyətli hakim siyasi sistemin bir parçası olacaqsan, həm də “öz başının ağası” olacaqsan? “Qah-qah! Nə əcəb gülməlisən xaniman-xərab”. Görünür, yoldaş Rzayev ölkədə hamının çörəyi qulağına yediyini zənn edir...

(davam edəcək...)

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG