Keçid linkləri

Bir qiz anası kimi Beyləqanın kəndlərinin birində məktəbli qızın zorlanma hadısəsinə münasibətimi bildirmək məsuliyyətim, məni fb-dan müvəqqəti ayrılıb istirahət etmək vədimə xilaf çıxartdı.

Yəni mövzü yeni deyil, sadəcə bu kimi hadisələri ört basdır etmək artıq çətinləşib. Deməli, məsələnin kökü dərinlikdədir.

Çox təəssüflər olsun ki,qonşu Türkiyədə demək olar ki, gündəlik xəbər mövzusuna çevrilmiş qadın və uşaqların zorlanma, onlara intensiv şiddət olayları artıq bizim ölkənin də gündəmini zəbt etməkdədir. Virtual aləmin verdiyi imkanlar sayəsində sözügedən hadisələrin mövcudluğu haqda son zamanlar gec də olsa, xəbər tuta bilirik. Yəni mövzü yeni deyil, sadəcə bu kimi hadisələri ört basdır etmək artıq çətinləşib. Deməli, məsələnin kökü dərinlikdədir. Mən bu yazımla kökün durmadan şaxələndıyi bataqlıq mühitinin mikroblarına mikroskob tutmağa çalışacam, izninizlə.

Deməli, 5 gəncin məktəbli qızı 3 il təhdidlərlə zorlama hadisəsində birbaşa səbəbkarı olan utancverici siralamanı nəzərinizə təqdim edirəm:

1. İlk növbədə hər iki: həm zərərçəkənın, həm də 3 il ərzində bu zorlamada çarəsiz qızın şantajlar güçünə həyatını cəhənnəmə döndərən fərqli-fərqli (ilk əvvələr 5 nəfər sinif yoldaşı, məhz onların sayəsində şantaj edənlərin siyahısı 20-yə çatıb) məxluqların valideynlərinin məsuliyyəti.

... zərərçəkənin hər nə baş verirsə-versin, hadisə haqda heç kimsəyə məlumat verməməsinin acı məsuliyyəti.

2. Bundan sonra, həmin haramzadaların məktəblı qıza etdikləri zorlama aktı və şantajın təsdiq olunmasından yola çıxaraq, onların əməllərində cinayət tərkibinin olmasına əsas tutaraq, həmin şəxslərin birbaşa məsuliyyəti və zərərçəkənin hər nə baş verirsə-versin, hadisə haqda heç kimsəyə məlumat verməməsinin acı məsuliyyəti.

3. Həmin ərəfədə Məktəb direktorundan tutmuş qarovulçusunadək, məktəbin bütün kadr siseminin burada baş verən özbaşınalıqlara yaratdıqları əlverişli mühit: məktəbdə intizam, davranış və təhsilin bərbad səviyyədə olmasından dolayı daşıdıqları və cavab verməli olduqları məsulliyyət.

4. Hadisə baş verən kənd və bu kəndin sakinlərinin cəhalət dolu həyat tərzi.

... yalançı orta statistik xoşbəxt vətəndaş modeli yaratmaqda məsul olan riyakar vətəndaş cəmiyyəti, allaha təvəkkül psixologiyaya alışdırılmış, xalq ola biıməkdən pisikmiş toplumun məsiliyyəti.

5. XXI əsr Azərbaycanının: Evrovison müsiqi yarışması, Avropa Olimpia cempionatıarı, Formula 1 yarışları, canım sizə desin rayonlarında Musiqi festivalları, dolma festivallarıyla əylənən, hətta bir ara motor və velosiped yarışlarını bəhanə edib ucqar kəndlərin ucqar dağlarına bayraq sancaraq, yalançı orta statistik xoşbəxt vətəndaş modeli yaratmaqda məsul olan riyakar vətəndaş cəmiyyəti, allaha təvəkkül psixologiyaya alışdırılmış, xalq ola biıməkdən pisikmiş toplumun məsiliyyəti.

6. Ən yaralı yerim: Dövlətdən maliyyələşən qadın və uşaqları qoruma cəmiyyətlərinin ofis məhəbbətlərindən o yana keçməyən ətaləti, tv-lərdə reklam xarakterli qısa xülasəli pozları, expert qismində kütləyə ağıl vermə serimoniyaları. Konkret iş-yox səviyyədə. Niyə yox? Çünki olsaydı, bu 3 ildə həmin yeniyetmə qızcıqazdan o ictimai birlikəri idarə edən yaraşıqlı xalaların xəbərləri olardı. Onların işi ofislərində deyil, onların işi şəhərbə-şəhər, rayonba-rayon, kəndbə-kənd gəzib, səs küylü, özünü gözə soxmaq üçün, arada bir keçirtdikləri yardım aksiyalarını kameraya çəkmək olmamalı, məsul olduqları işlərini məhz sevərək, həm paytaxt, həm də regionlarda uşaq və qadınların problemlərini üzə çıxartmaq üçün intensiv monitorinqlər keçirtmək olardı. Yoxsa, övladım, sən zorlan ,sonra bizə xəbər ver, sənin problemini işıqlandıraq, daha sonra bir az həm sizdən, həm bizdən yazsınlar. Büdcədən də yeni ianələr, yaxud tək-tük yardımsevərlərə, türklər demiş “duyğu sömrüsu” edib, utanmaz-utanmaz yerli tv show-lar vasitəsilə mədəni dilənçilik çağırışları və s. etsinlər.

Yeniyetmə və gəncləri intihar edən ölkə səmasında atəşfəşanlıq edib, konsert salonlarında “ağız, hurrey” edilə bilməz! Çünki həmin gecələrdə hansısa zorlanmış qız və qadının göz yaşları balışı isladır,övladlarına xoşbəxt həyat bəxş edə bilməyən hansısa valideyn, yaxud sabaha ümüdlərini itirmiş gənc, yaxud da, məktəbdə çantası olmayan körpə intiharin astanasında olur.

7. İlluziyalar səltənətinin bir ovuc sehirbazları tərəfindən xoşbəxt gələcək vədlərinə aldanmış kütlə və bu kütlənin birikdirdiyi qəzəbi mütücəsinə özünə və aid olduğu bataqlıqdan cıxmaqdansa,həmin bataqlığın dibinə-dibinə enməkdə.

Bütün bu dediklərimin fonunda ölkəmizdə təhsil sisteminin bərbad idarə etmə mexanizminin olması, buna görə də təhsilin keyfiyyətinin çox aşağı səviyyədə olması durur.

8. Bütün bu dediklərimin fonunda ölkəmizdə təhsil sisteminin bərbad idarə etmə mexanizminin olması, buna görə də təhsilin keyfiyyətinin çox aşağı səviyyədə olması durur.

9. Hüquq və məhkəmə sisteminin bu kimi olaylarda operativliyi və ədalətliliyi qənaetbəxş deyildir. Məlum olayda, 5 əxlaqsız fərdin hadisənin üstü açıldığı mart ayından bu günlərdək, təqsirləndirilən şəxslərdən 3-nün hələ də azadlıqda olmasını nə ilə izah etmək olar? Bu mundar aktda təqsirli olması gün kimi aydın olan həddi-buluğa çatmış bu 3 gənc bəyəm professional seri cinayətkardırlar ki, hüquq-mühafizə orqanları bunarı yaxalayıb hələ də tutuqluya bilməyib? Görəsən zərərçəkən hər hansı yüksək rütbəli məmurun övladı olsaydı, bu olaya hüquqi baxış hansı müstəvidə olacaqdı? Ümümiyyətlə, həmin məmurun qızına bu vəhşəti yaşadan əxlaqsızın indiyədək sağ qalma ehtimalı belə sual altinda olardı.

10. Bu səbəb və məsuliyyət siyahısını bir qədər də artıra bilərəm….
Odur ki,əziz valideynər, əvvəllər dediyim ki, normal, düzgün əxlaqı keyfiyyətlər tərbiyyə edə bilməyəcəyiniz övladı dünyaya gətirmədən öncə, yüz ölçüb bir biçin. Ailə qurmağa bu tip baxış ana-ata olmaq missiyası deyil, kobud da olsa deyəcəm, bu heyvan kimi nəsil artırma, parazit kimi çoxalma possesindən başqa bir şey deyildir!

Sonda, əziz fb və digər virtual məkan əhli, bu hadisələrə biz lərin - ictimai baxışımızın çox böyük rolu ola bilər. Hər kəs, istər kişi, istərsə də qadın, buraxın Zadələrin vəsiyyətini, yaxud yaltaq zümrələrin quşburaxma mövzularını.

#beyləqanlıməktəbliqızınhüqüqları, #zorlanmalarayox və s. təklif etdiyiniz diğər həştəqlarla bu məsələni gündəmdə saxlayaq. Gəlin hər kəsi Ömrünün baharına təzəcə qədəm qoymuş, həm ailəsi, həm yaşadığı cəhalət dolu mühütindən təcrid olunmuş zərərçəkən qızın mənəvi və maddi hüquqlarını qorunmasına dəstək olmağa səsləyək.

#beyləqanlıməktəbliqızınhüqüqları, #zorlanmalarayox və s. təklif etdiyiniz diğər həştəqlarla bu məsələni gündəmdə saxlayaq. Gəlin hər kəsi
Ömrünün baharına təzəcə qədəm qoymuş, həm ailəsi, həm yaşadığı cəhalət dolu mühütindən təcrid olunmuş zərərçəkən qızın mənəvi və maddi hüquqlarını qorunmasına dəstək olmağa səsləyək. İllərlə yeniyetmə psixoloğiyasina dərin travma açan bu olaya verilməli mütləq olan ədalətli hüquqi qiyməti tələb edək. İctimai dəstək və cəmiyyətin müdafiəsi onu həyata yenidən bağlanmağa sövq edər, onu gələcəyə yeni səhifədən baxmağa ruhlandırar və bu məsum qızın simasında neçə-neçə övladımiz laqeyidlyimizin qurbanı olmaqdan xilas edilmiş olar.

Bu arada, FB əhlini də kiçiltməsinlər. Buranın qınağını düşmənimə belə arzu etmirəm, amma belə mövzularda əfv yoxdur!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG