Keçid linkləri

Son günlər 5-6 nəfər tanıdığım və tanımadığım adamlar masaj salonu açmaq istədikləri ilə bağlı məndən məsləhət, vergisi və xərcləri ilə bağlı məlumat istəyiblər.

Zalım oğlunun ərəb turisti, tələb yaratdı deyə, təkliflər də artdı...

Xərcləri optimalaşdırmanın təzahürü

25 ildən çoxdur ki, maşın sürürəm, həmişə tünd rəngli - qara, göy, tünd göy, tünd yaşıl maşınlarım olub, Məzahir müəllimin "köməyi" ilə son dəfə maşınımı dəyişəndə ağ rəng aldım. Ağ rəng maşın tez ləkə götürür, bir yerə azacıq sürtən, dəyən kimi ləkələr qalır.

Maşında 5 ilə kiçik ləkələr əmələ gəlmişdi, rəng yerində idi, amma qara, boz ləkələr var idi. Bu gün istədim onları təmizlətdirim, "polirovka" ilə ləkələrin gedə biləcəyini bilirdim. İki fərqli usta yanına getdim, biri 70, digəri 60 manat qiymət dedi. Sonda özüm dükana girib 4 manata ləkəaparan maz, 1,5 manata isə silmək üçün yumşaq bez aldım. Cəmi 40 dəqiqəyə bütün ləkələri özüm təmizlədim, azı 54,5 manat qənaət etdim. Onu da deyim ki, maşında "eşelənməklə" aram yoxdur, ilk dəfə idi ki, özüm maşınla bağlı nəsə edirdim, ləkələri tam təmizlədim, heç bilinmir indi.

Böhran və bahaçılıq xərcləri belə optimallaşdırmağı da bizlərə öyrədir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG