Keçid linkləri

Təcili xəbərlər

Otuz il - 2


Anar Rzayev
Anar Rzayev

Faktiki olaraq, YAP hökumətinin “ədəbiyyat naziri” vəzifəsini vəzifəsini yerinə yetirən Anar Rzayev 30 il eyni kresloda oturmasını böyük mərifət, qabiliyyətmiş kimi təqdim etdiyi “Otuz il” adlı sicilləməsində daha sonra yazır: “1993-cü ildə Memar Sinan Universitetinin dəvətiylə yeddi ay İstanbulda dərs deməyə getmişdim... Yusif (Səmədoğlu – E.A) o vaxt hakimiyyətdə olan Xalq cəbhəsinin nüfuzlu fəallarından idi. Mənim bir müddət ölkədə olmadığımı əsas götirərək Plenum çağırıb Birliyin rəhbəri vəşifəsinə seçilsəydi buna heç kəs etiraz etməzdi, nə hakimiyyət, nə yazıçılar, nə də mən özüm. Amma Yusif bunu etmədi, çünki gözü tox adam idi, təpədən dırnağa kübar və ziyalı idi və bilirdi ki, şəxsi dostluq, etibar anlayışları hər hansı karyera şanslarından dəfə-dəfə üstündür”.

Yenə nə qədər gülməlidir, deyilmi?

Görəsən, bir yandan Yusif Səmədoğlunun Yazıçılar Birliyi sədrliyinə seçilməmək istəməməsini onun gözütoxluğu, kübarlığı və ziyalılığı ilə izah edən Rzayev, o biri yandan özünün, həm də hakim rejimin istəyi və iradəsi 30 il eyni vəzifəyə yapışıb qalması ilə necə öyünür, qürrələnir?

Görəsən, bir yandan Yusif Səmədoğlunun Yazıçılar Birliyi sədrliyinə seçilməmək istəməməsini onun gözütoxluğu, kübarlığı və ziyalılığı ilə izah edən Rzayev, o biri yandan özünün, həm də hakim rejimin istəyi və iradəsi 30 il eyni vəzifəyə yapışıb qalması ilə necə öyünür, qürrələnir? Y.Səmədoğlunun AYB sədri olmaq istəməməsi kübarlıq və ziyalılıqdırsa, A.Rzayevin özünün taa 1987-ci ildən hər qurultayda “yuxarılar”ın arzusu və göstərişi ilə, gözdən pərdə asmağa, demokratik görüntü yaratmağa hesablanmış qondarma seçkilərlə hər dəfə sədr kürsüsünə otur(dul)ması nədir bəs?!

2000-ci illərin başlarından etibarən keçən yüzilliyin 30-cu illərinin ruhuna xas, danosbazlıq saçan iclaslar çağıraraq, Yazıçılar Birliyinin fərqli fikir, düşüncə sahibi olan üzvlərini cəzalandırmaqla, bu qurumdan qovmaqla məşğul olaraq, sonra da başqalarının onun yerinə göz dikməməsindən məmnunluqla bəhs etmək cənab “ədəbiyyat nazirimizin” xislətini açıq ifadə edir. Onun üçün insanlara münasibətin aydın kredoları var: qeyd-şərtsiz itaət, qeyd-şərtsiz təbəəlik, qeyd-şərtsiz mütilik! Nə vaxt ki, sən onun kimi düşünmür, onun fəaliyyətinə tənqidi yanaşır, onun yerini yeni simalara buraxmalı olduğunu fikirləşirsənsə, artıq düşmənsən!

Bu mahiyyəti ilə o, can-başla xidmət etdiyi rejimə necə də bənzəyir...

Bəzi bəsit düşüncəli adamlar dövlət qayğısını qəyyumluq kimi yozur, guya ki, Yazıçılar Birliyinin dövlətdən asılı vəziyyətə salındığını iddia edirlər. Kökündən yanlış fikirdir.

Hələ görün, yazısının bir başqa yerində AYB sədri hər kəsi necə uşaq yerinə qoyur, qoymağa çalışır: “Bəzi bəsit düşüncəli adamlar dövlət qayğısını qəyyumluq kimi yozur, guya ki, Yazıçılar Birliyinin dövlətdən asılı vəziyyətə salındığını iddia edirlər. Kökündən yanlış fikirdir. Heç bir vaxt heç bir yuxarı instansiyadan heç bir göstəriş almamışıq, heç bir təzyiq və təsirə məruz qalmamışıq”.

Bu sovet qafalılar həqiqətən zamanın ruhundan xəbərsizdirlər, elə bilirlər ki, yalan 60-70 il əvvəl olduğu kimi, rahatca ayaq aça və yeriyə bilir.

Elə bilirlər, hələ də hamı vəzifəlilərin, titulluların, imtiyazlıların dediklərinə heç bir quşqusuz-zadsız inanırlar.

“Ədəbiyyat naziri” hər kəsi sadəlöhv yerinə qoymaq istəyə bilməz, amma artıq çağ başqadır və keçəl əvvəlki kimi asanlıqla suya getmir.

Azərbaycanda hakim güc olan rejimlərin “atalıq qayğısı” heç vaxt qarşılıqsız olmur. Hansısa məqsədlərə hesablanır. Belə rejimlərdə havayı pendiri heç tələdə də adamın qarşısına qoymurlar.

... elə həmin bu Yazıçılar Birliyinin yaranış səbəbi, yazımızın lap əvvəlində də qeyd etdiyimiz kimi, ədəbiyyatla bağlı deyildi, tam əksinə, Leninin təbiri ilə, ədəbiyyatı partiya və hökumət işinin vintciyinə çevirmək üçün qurulmuşdu.

Necə ki, Sovet hakimiyyəti çağlarında da belə idi. Uzağa getməyək: elə həmin bu Yazıçılar Birliyinin yaranış səbəbi, yazımızın lap əvvəlində də qeyd etdiyimiz kimi, ədəbiyyatla bağlı deyildi, tam əksinə, Leninin təbiri ilə, ədəbiyyatı partiya və hökumət işinin vintciyinə çevirmək üçün qurulmuşdu.

Yapçılar da, hakimiyyəti ələ keçirdikdən sonra, “ölü cana” çevrilmiş bu təşkilatı eyni amaçla diriltdilər.

Belə bir bəsit həqiqəti Anar Rzayev və qeyrisi inadla inkar etməyə çalışmaqla sadəcə, özlərini ikrah və ironiya obyektinə çevirirlər!

Dediklərimizin bəsit isbatları da var: hər “prezident seçkisində” hakimiyyət namizədinə çağırışlar, ölkədəki ifadə və söz azadlığının boğulması qarşısında susqunluqlar, hakim rejimin dediyi hər şeyə dərhal və qeyd-şərtsiz ləbbeyk demələr, hər cür müxalif fikirə qarşı dəhşətli dərəcədə dözümsüzlük, azad və tənqidçi düşüncəyə kin, nifrət qusmalar, məddahlıqda, “saray təlxəyliyində” orta çağ şairlərinə belə rəhmətoxutdurmalar-filan... Bunlar sanki boşunadırmı? Yazıçılar Birliyi buna görə büdcədən bəslənmirmi? Buna görə onun rəhbərliyi göz üstündə tutulurmu?

Bütün bu qazanclardan, imtiyazlardan sonra hələ bir də alabəzək quşlarla dolu olan, hər birinə ayrıca toxunmağa gərək duymadığım (dənizin dadını bilmək üçün onu bütün içməyə gərək yoxdur, iki-üç ovuc içmək kifayətdir!) sicilləməsinin sonunda camaata minnət qoyurmuşcasına belə yazır həşəmətli “əıdəbiyyat naziri”: “İnanın ki, bu vəzifənin əziyyəti məziyyətindən qat-qat çoxdur”.

Əlbəttə, əlbəttə, hətta o qədər çoxdur ki, adamın “Azərtac”da müxbir olan oğlu birdən-birə ölkədən ölkəyə fövqəladə və səlahiyyətli səfir göndərilə bilir...

İzninizlə bu yazımıza gözəl şairimiz Mikayıl Müşfiqin bir misrası ilə nöqtə qoyardım: “Adamın üzündə həya gərəkdi!”

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG