Keçid linkləri

Təcili xəbərlər

Mehman Əliyevin həbsində incə mesaj...


Mehman Əliyevin həbsi və “Turan” agentliyinin bağlanması ilə Azərbaycanda illərdən bəridir can üstə olan söz, media azadlığı dəfn edilmiş oldu.

Osa 90-cı illərin başlarında bu ölkə insanının gələcəklə bağlı necə böyük, işıqlı xəyalları, ümidləri vardı?
25 il sonra Azərbaycanın artıq çağdaş, modern dünyada layiqli yer tutmuş olacağına inanırdı adamlar.

Osa 90-cı illərin başlarında bu ölkə insanının gələcəklə bağlı necə böyük, işıqlı xəyalları, ümidləri vardı?

25 il sonra Azərbaycanın artıq çağdaş, modern dünyada layiqli yer tutmuş olacağına inanırdı adamlar.

Ağır illər idi – barıt qoxulu illər idi. Ön cəbhədə müharibə, arxa cəbhədə çörək növbələri var idi.

Ancaq hətta o ağır, məşəqqətli durumda belə, toplum ayaqda idi. Bir dirəniş ruhuna və gücünə sahib idi.

Və 25 il sonra gəldiyimiz nöqtə göz önündədir. Artıq nə yazıq ki, həmin dirəniş ruhu və gücü yoxdur. Daha doğrusu, yox edilib.

Əvəzində toplumun üzərində xof və təslimçilik ovqatı hakimdir.

... nə yazıq ki, Sovet sonrası Azərbaycan mediasının fenomenlərindən birinə çevrilmiş Mehman Əliyevin həbsi ilə bu xof və təslimçilik havası bir az da güclənəcək.

Və yenə nə yazıq ki, Sovet sonrası Azərbaycan mediasının fenomenlərindən birinə çevrilmiş Mehman Əliyevin həbsi ilə bu xof və təslimçilik havası bir az da güclənəcək.

Əlbəttə, bütün ağır şərtlərə baxmayaraq, şərə qarşı dirənişi davam etdirməyə, sürdürməyə çalışanlar qalır.

Tarix bu şərəfli mübarizəni şübhəsiz ki, qızıl hərflərlə yazacaq.

Gələcək nəsillər bunca basqı, repressiyaya rəğmən, Azərbaycanda hüquqi demokratik dövlət mücadiləsi, insan haqlarının və azadlıqlarının təntənəsi uğrunda mücadiləni ayaqda tutmağa çalışanları sayğı ilə, ehtiramla anacaq.

Lakin bu da heç vaxt unudulmamalıdır ki, ölkədə söz, media azadlığının sonuncu qalasının da hakim rejim tərəfindən “fəthi”, Mehman bəyin hətta bir çox hakim rejim yanlılarının belə, gərəksiz saydığı halda şərlənərək tutuqlanması sabahla bağlı optimizmi azaldır.

Gələcəklə bağlı olub-qalan ümidləri də sarsıdır, əvəzində xof və təslimçi əhval-ruhiyyənin daha da güclənməsinə yol açır.

Həm də indiki həbslərdən qat-qat çox yol açır!

Niyə?

Sadə səbəbdən: Mehman bəy müqavimət cəbhəsində Əliyev hakimiyyətinin təqvimlər 21-ci yüzili, 2017-ci ili göstərəkən çağın ruhuna aykırı idarəetmə tərzindən və təfəkküründən imtina edə biləcəyinə inanan nadir adamlardan biri idi.

Ən çətin situasiyalarda belə, hakimiyyətin repressiya siyasəyindən geri addım atacağına, islahatlara baş vura biləcəyinə və beləliklə, ölkədəki prosesləri mütərəqqi yönə istiqamətləndirəcəyinə dair gözləntilərini dilə gətirir, hətta bu optimizmi ilə qınaqlara da tuş gəlirdi.

Məhz bu fonda onun həbsi həm də hakim rejimin topluma “yaxşı heç nəyə ümid etməyin!”, “islahat gözləməyin!”, “tutduğumuz yoldan bir addım belə, geri dönməyəcəyik, boşuna həvəslənməyin!” mesajları kimi qəbul edilməlidir.

Məhz bu fonda onun həbsi həm də hakim rejimin topluma “yaxşı heç nəyə ümid etməyin!”, “islahat gözləməyin!”, “tutduğumuz yoldan bir addım belə, geri dönməyəcəyik, boşuna həvəslənməyin!” mesajları kimi qəbul edilməlidir.

Bu mesajların toplumdakı qarşılığı necə olacaq?

Cəmiyyətin ümumi mənzərəsinə, ovqatına baxanda pozitiv nəsə söyləmək çətindir. O bir az da ürkəcək, bir az da ümidsizləşəcək, bir az da dilsiz-ağızsızlaşacaq.

Bəs nə etməli?

Toplumun sıraları zaman keçdikcə əhəmiyyətli şəkildə seyrəlmiş aktiv protest kəsimi dirənməyə və irəli baxmağa davam etməli! Başqa yol yoxdur. Ölkəni geriyə sürükləmənin də bir həddi olacaq, əlbəttə. Zaman da çay kimidir – onu tərsinə axmağa məcbur edənlər məğlubdurlar.

Bu məğlubiyyətin reallaşmasını yubatmaq, ləngitmək mümkündür, necə ki, indi biz ölkədə məhz həmin cəhdlərin şahidiyik, amma sonsuzadək təmin etmək mifdir, xülyadır.

Bizi ayaqda tutan, dirənişdən əl çəkməyə imkan verməyən ən önəmli səbəb də elə bu olmalıdır.
Eyni zamanda prinsiplərimizi daha da konkretləşdirməli, həmin prinsiplərdən daha qəti şəkildə çıxış etməyi öyrənməliyik.

Bizi ayaqda tutan, dirənişdən əl çəkməyə imkan verməyən ən önəmli səbəb də elə bu olmalıdır.

Eyni zamanda prinsiplərimizi daha da konkretləşdirməli, həmin prinsiplərdən daha qəti şəkildə çıxış etməyi öyrənməliyik.

Məsələn, sosial şəbəkələrdə hələ də xeyli adam Sovet məhsulu olan və saraya biətçiliyi həyat tərzinə, varolma səbəbinə, karyera və komfort vasitəsinə çevirmiş xalqsız xalq yazıçılarından, xalqsız xalq şairlərindən, xalqsız xalq artistlərindən, nə bilim, xalqsız xalq nələrindən “ziyalı mövqeyi” ummaqdadır.

İnciməyin, amma siz müdafiə etdiyiniz və qələbəsini arzuladığınız dəyərlərə hələ də Sovet məhsulu olan, KP MK-nin ideoloji şinelindən çıxan və bütün varlıqları ilə bizim idealları rədd edən, rədd etmək nədi, onlara nifət edən, hər fürsətdə kin və qəzəb qusan “ziyalılardan” dəstək gözləyirsiniz, onlardan bir təmənna, bir umacaq içərisindəsinizsə, bu işıqlı gələcəklə bağlı ümidsizliyi Mehman Əliyevin həbsi qədər gücləndirən məsələdir.

Və əsla xırda məsələ deyil.

Tam tərsinə, arzuladığımız, xəyal etdiyimiz Azərbaycanın gerçəkləşməsi yolunda həlledici məsələlərdən biridir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG