Keçid linkləri

Dünyada diktaturalar çox olub və olacaq da. Sözsüz ki, diktaturanın təməl prinsiplərindən biri və ən önəmlisi azad sözü boğmaqdır. Aktivistlərə divan tutan hakimiyyət, onları əvvəlcə satın almağa, bu yol iflasa uğradıqda isə, onların üzərinə təzyiqlər qoymağa başlayır və çox təəssüf ki, sonda qalib gəlir. Lakin hər şeyin bir bədəli var. Bəs azad sözü boğanda əvəzində nə ilə rastlaşır hakimiyyət? Buna ən gözəl misal kimi İranı göstərmək olar.

Şah hakimiyyəti SAVAK-ın əli ilə İranda olan aktivistləri xəbərdarlıq belə etmədən məhv edirdi. İnsanlar gecəikən evlərindən aparılır, öldürülür və bir daha onları gördüm deyən olmurdu.

Şah hakimiyyəti SAVAK-ın əli ilə İranda olan aktivistləri xəbərdarlıq belə etmədən məhv edirdi. İnsanlar gecəikən evlərindən aparılır, öldürülür və bir daha onları gördüm deyən olmurdu. Bütün bunların hesabına şah hakimiyyətdə qalırdı. Lakin şahın hesaba qatmadığı bir şey vardı.

Boşalan yeri, müxalifətdən, aktivistlərdən boş qalan yeri kimsə doldurmalı idi axı. Bu alternativ isə dini dəstəkləyən və sonradan da göründüyü kimi şahdan heç də geri qalmayan hətta qəddarlıqda dəfələrlə onu üstələyən Ayətullah rejimi oldu. Onlar şahı taxtdan endirib, özləri daha qəddar və amansız şəkildə taxta keçdilər. Bəs əgər şah müxalifəti, aktivistləri məhv etməsəydi və azad sözü boğmasaydı mənzərə necə olardı?

Şah gec ya tez hakimiyyətdən gedəcəkdi. Lakin yerini qaniçənlər yox, hər halda hakimiyyətdən başı çıxanlar tutacaqdı. Ancaq olmadı. Çünki meydan boş idi.

Şah gec ya tez hakimiyyətdən gedəcəkdi. Lakin yerini qaniçənlər yox, hər halda hakimiyyətdən başı çıxanlar tutacaqdı. Ancaq olmadı. Çünki meydan boş idi. Belə olanda da, bu boşluğu ya hərbi rejim, ya da dini rejim tutur. Nəticə isə hara fırlatsan, eyni olur. Odur ki, azad sözü boğmağın bədəli çox ağır olur.

Hakimiyyət məhv olub gedə bilər. Ancaq onun xalqa, millətə, dövlətə vurduğu ziyan bəlkə də bir əsr çəkə bilər. Aktivistlər və onların mirası olan azad sözü boğmaq hər bir dövlətin məğlubiyyətidir. Azərbaycan da hələlik bu məğlublardan biridir. Üstəlik beynəlxalq aləmdə biabırçı şəkildə məğlub olmuş biridir. Ümid edək ki, meydan İrandakı meydan kimi tutulmasın. Yoxsa vay bizim halımıza.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG