Keçid linkləri

Təcili xəbərlər

Yeni devalvasiya şərtdir


25 illik iş fəaliyyətm var
Müxətlif ölkələrdə işləmişəm
Onlarla millət nümayəndələrinin iş prinsipləri, yanaşması və fəlsəfəsi ilə çox yaxından və şəxsən tanışam
17 illik top manager olaraq fəaliyyətim var
Onlarla yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə işləmişəm və konsultasiyalar vermişəm, idarə etmə sistemləri qurmuşam.

QƏTİ ƏMİN OLDUĞUM bir məqam var: Azərbaycanda SAHİBKAR şəxsən dəyişməsə - düşüncə tərzi, işə yanaşması, prinsipləri, şirkətlərdə və iş dünyasında dəyişikliyin olması ƏSLA mümkün deyil.

BİLİRSİNİZ NİYƏ? Çünki sahibkarlarımız həm də idarəçilik də edirlər.
Biznesin şah damarı olan HR, Marketinq, Maliyyə, İT, motivasiya sistemləri, KPİ, korporativ standartlar kimi mövzulardə BİR SƏTİRLİK belə məlumatları olmayan insanlara bilikləriniz nə qədər dərin və nitqiniz nə qədər səlis olsa da, heç nə sübut edə bilməzsiniz.

ÇIXIŞ YOLU? BƏLİ, VAR.
- İdarəçilik fəaliyyətinə yenə də davam edən sahibkarlarımızın maariflənməlidirlər;
- İdarəçiliyi peşəkarlara etibar etməli və nəzarət sistemini qurmalıdırlar ki, biznesləri tam gözdən kənarda qalmasın.
Bu gün bu kimi sahibkarlar, nağıllardakı suyun başında oturan əjdaha kimidir: nə özü edir, nə edə bilənlərə imkan verir.
İllərdir xaricdən gələn və yerli peşəkar dostlarımızda müzakirə etdiyimiz məqam: ölkədə şəffaf maliyyə sistemi olsa, beynəlxalq şirkətlər bura gəlsə və əsl rəqabət olsa, yerli "bizneslərimiz" kal armud kimi maksimum 1 ildə töküləcəklər.
Yeni bir devalvasiya şərtdir. Səbirsizliklə gözləyirik

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG