Keçid linkləri

Son vaxtlar internet saytları, sosial şəbəkələrdə tez-tez buna bənzər xəbərlər paylaşırlar: “İki, ya üç uşaq anası sevdiyi adama qoşuldu qaçdı”.

Bu xəbərlər çoxlu reaksiyaya səbəb olur, ən ciddi, ən vacib xəbərlərdən də daha çox paylaşılır, müzakirə olunur. Həmişə də adamlar bu cür hadisələrin səbəbini sosial şəbəkələrdə, votsapda, mobil telefonda axtarırlar. Bəziləri deyir gənc qadınları seriallar yoldan çıxarır və s.

Axı bu cür əhvalatlar hələ mobil telefonların, internetin olmadığı dövrdə də baş verirdi. Uşaqlığımın keçdiyi rayonda bir qadın dörd uşağını və ərini ataraq, gənc oğlanla Rusiyaya qaçmışdı.

Axı bu cür əhvalatlar hələ mobil telefonların, internetin olmadığı dövrdə də baş verirdi. Uşaqlığımın keçdiyi rayonda bir qadın dörd uşağını və ərini ataraq, gənc oğlanla Rusiyaya qaçmışdı. Bir neçə il bir yerdə yaşayıb ayrılmışdılar. Sonra uşaqları, hətta əri də qadını bağışlamışdı. Şəhərə köçdüklərini, yenə bir yerdə yaşadıqlarını eşitmişdik.

Onda 1996-cı il idi, mobil telefon-filan çox da yayılmamışdı. O zamanlar da ev telefonlarını ailə dağıtmaqda günahlandırırdılar. Çox kişilər evlərinə telefon çəkdirmirdi. Qadınları deyirdi: “Ərimin ürəyi qaradı, telefon çəkdirmir”. Hətta eşitmişdim ki, bəzi kişilər telefon aparatını səhər işə gedəndə özüylə aparır, bir də axşam qaytarırmış.

Azərbaycanda həmişə texnoloji yeniliklərə şübhəylə yanaşılıb. Onları ailə dağıdan, ailə dəyərlərini məhv edən alətlər kimi görüblər. Faydalarından çox ziyanından danışıblar. Götürək elə televizoru. Uşaq vaxtından eşidirəm ki, televizor xalqın əxlaqını pozur. Yarım əsrdən çoxdur xalq bu fikirdədir. Hətta günü bu gün də evində televizoru qadağan edən dindar ailə başçıları var.

Məgər “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağa da başqasının arvadını telefon, internet vasitəsilə görüb-bəyənib, qaçırmışdı?

Halbuki bu qorxularımız çox yersiz və əbəs qorxulardı. Məgər “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağa da başqasının arvadını telefon, internet vasitəsilə görüb-bəyənib, qaçırmışdı? Qadın bulaq başında da kiminləsə tanış olub qaça bilər. Mağazaya gedəndə də, uşağını məktəbə aparanda da.

Neçə il öncə eşitdiyim bir əhvalat əsasında poema yazmışdım. “Aman ayrılıq” adında. Deməli, dostumun nənəsinə bulaq başında cənubi azərbaycanlı bir kişi vurulur. Qadın nə illah eləsə də, Cahandar ağadan beş-betər kişi bundan əl çəkmir. Bir gecə qadının evinə hücum edir, ərini öldürür, iki uşağını damın altında qoyub qadını İrana qaçırır.

Məsələ texnoloji yeniliklərdə deyil, münasibətlərin düzgün qurulmamasında, hörmət və sevgi hissinin itirilməsindədir. Qadın hər şeyi göz önünə alıb, hətta uşaqlarını da atıb qaçırsa, həmin ailədəki problemlərin nəhəngliyini təsəvvür etməkdə acizəm.

Uşaqlardan biri - körpə qız xəstələnərək ölür, oğlan təkbaşına böyüyür. Ömrü boyu anasını görməyi arzulayır. Amma o böyüyüncə İrana sərhədləri bağlanmışdı. Anasını görmədən, atasının qatilinə sual vermədən ölür. İllər keçəndən sonra qadının cənublu kişidən dünyaya gətirdiyi uşaqlar bu tayda həmin kişini axtarırlar. Amma kişi artıq həyatda yox idi, ana da həyatda yox idi. Uşaqlar isə mehriban görüşürlər, onların görüşü kindən, nifrətdən uzaq olur. Mənimçün maraqlı, əsl yazmalı əhvalat idi.

Məsələ texnoloji yeniliklərdə deyil, münasibətlərin düzgün qurulmamasında, hörmət və sevgi hissinin itirilməsindədir. Qadın hər şeyi göz önünə alıb, hətta uşaqlarını da atıb qaçırsa, həmin ailədəki problemlərin nəhəngliyini təsəvvür etməkdə acizəm.

Üstəlik, niyə həmişə qadınlar uşaqlarını, ərlərini atanda belə rezonans doğurur ki? Məgər bu ölkədə kişilər ailələrini atıb getmirlər? Mən bildiyimə görə, ailələrini, uşaqlarını tərk edib başqa qadınların yanına gedən kişilərin sayı qatbaqat çoxdur. Bəs onların bu hərəkəti niyə yazılmır, sadalanmır, paylaşılmır, adları açıqlanmır, millət də düzülüb südünə-sümüyünə söymür?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG