Keçid linkləri

İndiyə kimi özünü xoşbəxt hiss edən bir ağıllı adam görmüsünüz? Çətin... Niyə? Qandığım qədər bunun bir-neçə səbəbi var:

- Onlar həmişə aldıqları informasiyanı ağlının süzgəcindən keçirir, təhlil edir. Bu isə nəyəsə kor-koranə inanmağa imkan vermir, nəticə çox vaxt ürəkaçan, hər halda gurultulu alqışa layiq olmur. (Bizlik deyil, nə deyirlər, deyirik-əla!, yaşasın filankəs, o deyibsə razı olmayan düşməndi.) Bu belə...

- Heç vaxt demirlər ki, - "buna da şükür", "bunu da əlimizdən almasın", daha yaxşısına layiq olduqlarını bilirlər, bundan ötrü mübarizə aparırlar, istədiklərinə nail olmayıb depressiyaya düşürlər (Tər-təmiz küfrdü, əstafurulla, bizdən uzaq...) Bu da getdi...

- Özlərinin və ətrafdakıların səhvlərini, günahlarını görürlər, etdikləri səhvlərdən ötrü əzab çəkirlər, başqalarının səhvlərini üzlərinə deyirlər, ətrafdakıların gözündə olurlar acıdil, "zanuda", paxıl... ( Bizə lazımdı bu?! Hələ bir natamamlıq kompleksi də yaransın, beynin gündə fırlansın...) Buna da bir quş...

- Həmişə daha yaxşı nəticə əldə etməyə, düşüncədə və əməldə bir addım irəli getməyə çalışırlar, daima həşirdədilər... (Bunun nəyi ağıllılıqdı?! Beş manat qazandın, ya namizədlik müdafiə elədin, ya adın çıxdı ki, filankəs məsələn "bomba oğlandı" (alimdi, siyasətçidi, demokratdı, karbüratorşikdi,...) saxla də!.. Başını sal aşağı, yaşa özünçün... Nə ölürsən???) Atdıq qırağa...

- Əksəriyyət onların düşüncələrinin orijinallığını, müstəqilliyini, kütlənin istəyindən və BÜTün dahiyanə göstərişlərindən fərqləndiyini görüb qəbul etmir, onları ya dəli, ya farmazon hesab edir, olurlar tənha... (Bu da işdi mən ölüm?! Palaza bürün elnən sürün də, bala... Hamıdan ağıllı çıxmısan?! Hamı cəhənnəmə, sayğılı BÜT müəllimdən də? Sən kimsən ki, çox hörmətli BÜT həzrətlərininin söylədiklərini analiz edirsən, deməli onun ayağının altını qazırsan?! Rədd ol, müşrük oğlu müşrük!) Bu da bizlik deyil, yox?..

Nəticədə də krışaları gedir, ya intihar edirlər, ya da ən yaxşı halda tərki-dünyalığın hansısa variantını seçirlər...

Deyirəm Allah üzümüzə baxıb ki normal insan olmuşuq, ağıllı olub küçələrə düşməmişik, mentalitetimizə hörmət etmişik, başbilənlərimiz nə deyib, demişik -Amin!.. Elə deyil?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG