Keçid linkləri

Təcili xəbərlər

Robin Qud, Stepan Razin, Koroğlu, və ya, məmur kreslosu


Rusiyada son illər müxalif liderlərdən biri olan Navalnının Baş Nazir, Baş Prokuror, prezidentin mətbuat katibi və digər yüksək vəzifəli məmurlarla bağlı korrupsiya araşdırmaları olub. Bu araşdırmalar cəmiyyət tərəfindən çox diqqətlə izlənilir. Medvedyev haqqında yaydığı "On vam ne Dimon" video-araşdırmasına 50 mln.-dan çox baxış oldu, baş nazirin korrupsiya əməllərinə görə onminlərlə insan 40-dan çox Rusiya şəhərlərində etiraz aksiyasına çıxdı. Hətta federal TV kanallar belə bu araşdırmanı müzakirə etməyə məcbur oldu, Medvedyevin reytinqi 15%-ə qədər düşdü.

Günü bu gün də varlı, çoxlu pulu olan insanlara Rusiyada çox pis münasibət var. Rus xalqı (etnik anlamda) bu gün də varlıların çoxunun qeyri-rus olduğundan qıcıq olurlar, pullu insanlara nifrət edirlər.

Ümumiyyətlə, Rusiyada həmişə "sol" düşüncə, varlılara qarşı aqressiya (pulu necə qazanmaqlarından asılı olmayaraq) çox güclü olub. Bolşeviklər də məhz bu aqressiya üzərində hekayə quraraq, "varlılardan alıb, kasıblara paylayacağıq", şüarı ilə hakimiyyətə gəldilər. Günü bu gün də varlı, çoxlu pulu olan insanlara Rusiyada çox pis münasibət var. Rus xalqı (etnik anlamda) bu gün də varlıların çoxunun qeyri-rus olduğundan qıcıq olurlar, pullu insanlara nifrət edirlər. Hətta Razin üsyanı da, əslində, kasıbların varlılara qarşı çıxışı idi, Razinin əsl cani, başkəsən olmasına baxmayaraq Rusiyada ona sevgi var idi, SSRİ isə öz hekayəsinə uyğun onu qəhrəmana çevirdi, cəmiyyətə elə sırıdı.

Avropada belə münasibət, varlılara aqressiya fərqli olub, çox zaman etnik səviyyəyə enərək "antisemit" formasını alıb. Maraqlıdır ki, "qədim solçu" Robin Qud əfsanəsi SSRİ-də Qərbdən daha çox tanınıb və populyar olub.

Şərq-müsəlman, o cümlədən Azərbaycan cəmiyyətində varlılara münasibət həmişə fərqli olub, aqressiya olmayıb, amma paxıllıq hissi önə çıxıb. Hətta bizim öz "qədim sol" əfsanəmiz olan Koroğlu dastanında da varlılarla mübarizədən çox önə "sevgi hekayəsi", varlı qızı Nigarla, kasıb oğlu Rövşənin "romantik" hissləri önə çıxır. Dastanda "kişilik", "namus", "dostluq", "xəyanət" motivləri "sosial ədalət" hekayəsini çox arxa plana atır. Nəticədə Koroğlu dastanı da SSRİ-nin öz hekayə quruculuğu alətinə çevrilmişdi.

Bizdə varlı adama qibtə edirlər, ona yaxın, hətta qohum olmağa çalışırlar, onun pulu hansı yolla qazandığı camaatı maraqlandırmır. ...Cəmiyyətin böyük əksəriyyəti fürsətçildi, özü "oğurlaya" bilməyəndə deyinir, ən böyük hikkəsi odur ki, niyə o özü oğurlaya bilmir, həmin "piroqa" yaxın buraxılmır.

Bizdə varlı adama qibtə edirlər, ona yaxın, hətta qohum olmağa çalışırlar, onun pulu hansı yolla qazandığı camaatı maraqlandırmır. Bunun əksi olsaydı, korrupsiyadan şəxsi söhbətlərdə gileylənən cəmiyyət üzvləri öz toyunda-yasında boğazınacan korrupsiyaya batmış "rəisləri", müxtəlif ranqlı məmurları başda otuzdurmaz, ən çox onlara diqqət və hörmət göstərməzdi. Cəmiyyətin böyük əksəriyyəti fürsətçildi, özü "oğurlaya" bilməyəndə deyinir, ən böyük hikkəsi odur ki, niyə o özü oğurlaya bilmir, həmin "piroqa" yaxın buraxılmır.

Məncə məhz buna görə bizdə korrupsiya araşdırmaları ciddi nəticə doğurmur, "bacarana can qurban", fəlsəfəsinə yoluxmuş cəmiyyətdən korrupsiyaya etiraz gözləmək əbəsdir. Belə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG