Keçid linkləri

Təcili xəbərlər

İran – İslam iqtisadi modeli işləyirmi?


Aida Bağırova, Bakı Dövlət Universitetinin dosenti

Məqalənin məqsədi İslam rejiminin qələbə çaldığı və İslam iqtisadi modelini secən ölkələrin inkişafının nəticələrinə qiymət verməkdən ibarətdir. Nümünə kimi İran götürülüb və onun timsalında İslam inkişaf modelinin iqtisadiyyata təsiri təhlil edilib. Edilən təhlil nəticəsində bəlli olur ki, idarəçilikdə Şəriət normalarının tətbiqi inkişafa təkan vermir. Bu, xüsusən İran və iqtisadiyyatın liberal modelini seçən Türkiyənin inkişafının makrogöstəricilərinin müqayisəsində özünü büruzə verir. Onu da qeyd edək ki, realist yanaşmada “İslam modeli”, “İslam hüququ” mövcud reallıqlara uyğunlaşadırıla bilərlər.

Tətbiq olunan modeli müəyyən mənada “İslam sosializmi” modeli də adlandırmaq olardı. Lakin, bu modelin tətbiqi nəticəsində ölkənin iqtisadi göstəriciləri Şah dövrü ilə müqayisədə gerilədi.

İran – “İslamın qələbə caldığı” azsaylı ölkələrdən biridir. İnqilabdan sonrakı dövrün ilk illəri həm ölkənin sosial-iqtisadi həyatı, həm də yeni rejimin dayanaqlığı baxımından kifayət qədər mürəkkəb idi. İran üçün xüsusən “xarici fon” ağır idi – “Amerikan girovları” problemini və 8 il sürən İran-İraq müharibəsini qeyd etmək kifayət edər. Amma məhz 1978-1979-cu illər İran inqilabı İslam intibahının pik nöqtəsi oldu, İslam dünyasında yeni model axtarışını əks etdirdi. İnqilabdan sonra İranda yaranan rejim ölkə iqtisadiyyatının nefdən və xarici kapitaldan asılılığının azaldılması, həmçinin Quran və Şəriətə əsaslanan İslam iqtisadi modelinin – “ədalətli iqtisadiyyat”ın qurulmasını qarşısına məqsəd qoymuşdu. Bu iqtisadiyyat ifrat sosial təməyüllü olması və sərt dövlət nəzarətinin tətbiqi ilə xarakterizə olunurdu. Tətbiq olunan modeli müəyyən mənada “İslam sosializmi” modeli də adlandırmaq olardı. Lakin, bu modelin tətbiqi nəticəsində ölkənin iqtisadi göstəriciləri Şah dövrü ilə müqayisədə gerilədi.

1990-cı illərin iqtisadi islahatları

90-cı illərin əvvəllərində İranın əhalisinin sayı inqilabdan qabaqkı dövrlə müqayisədə iki dəfə artdı və əhalinin əksəriyyətini hələ həddi-buluğa çatmamış insanlar təşkil edirdi. Kənddən şəhərlərə kütləvi axının başlaması kənd təssərrufatına ciddi ziyan vurmaqla yanaşı, İranı ərzaq mallarının iri ixracatcısına cevirdi. 1990-cı ildə ölkədə adambaşına gəlir 1978/1979-cu illərlə müqayisədə iki dəfə azaldı. Bu səbəbdən də 90-cı illərin əvvəllərində İran rəhbərliyi ölkədəki iqtisadi inkişaf modelinin dəyişdirilərək tədricən liberallaşdırılması və dünya tendensiyalarına yaxınlaşdırılması kimi radikal iqtisadi addım atdı.

Hakimiyyətin avtoritar olması ölkənin Qərbdən iqtisadi müstəqilliyini hədəfləyən və əhalinin maksimal məşğulluğunu təmin edən qenişmiqyaslı bazar islahatlarınının nisbətən asanlıqla həyata kecirilməsinə imkan verdi.

Hakimiyyətin avtoritar olması ölkənin Qərbdən iqtisadi müstəqilliyini hədəfləyən və əhalinin maksimal məşğulluğunu təmin edən qenişmiqyaslı bazar islahatlarınının nisbətən asanlıqla həyata kecirilməsinə imkan verdi.

Ölkə iqtisadiyyatının kursunun dəyişməsinin dini-hüquqi əsasını İctihad, yəni Quran və Şəriətdə detallı açıqlaması olmayan məsələlərin həll üsulu təşkil edirdi, fiqh prinsiplərinə görə isə dəyişən şərtlər çərçivəsində hüquqi normaların dəyişdirilməsi mümkün idi.

Bir sıra ölkələrdən fərqli olaraq İranda bazar iqtisadiyyatına keçid tədricən həyata keçirilirdi: əvvəl idxal, sonra isə yerli mallara. Bu dövrdə İran iqtisadiyyatında ənənəvi bazar elementləri ilə yanaşı, artıq əsas İslam normaları – İslam vergiləri, bank faizlərinə qadağa, İslam mülkiyyət hüququ tətbiq olunmağa başlamışdı. Bunun əsasında – ictimai rifahın şəxsi rifahdan üstün tutulması, o cümlədən bütün təbii qaynaqlar (dənizlər, meşələr və s.) yalnız ümumi sərvət olmalı və bir əldə cəmləşə bilməməsi prinsipi dayanırdı.

Bundan əlavə, özəl sektorun fəaliyyəti üçün münbit şərait yaradılmış, dövlət şirkətlərinin özəlləşdirilməsi həyata keçirilmişdi ki, bu, islahatların müəlliflərinə görə, İslam prinsiplərinə zidd deyildi.

Artıq liberallaşmanın iki ilindən sonra iqtisadi artım müşahidə olmağa başladı Ümumi Daxili Məhsul (ÜDM) və bütün makroiqtisadi göstəricılər Şah dövrünün pik ili sayılan 1976/1977-ci ilin səviyyəsinə catdı.

2000-2008-ci illərin liberal islahatları və yüksək neft qiymətlərinin nəticəsində İran iqtisadiyyatında müsbət dəyişikliklər baş verdı. Göstərilən illərdə ÜDM-in orta illik artımı 5,5% təşkil edirdi...

2000-2008-ci illərin liberal islahatları və yüksək neft qiymətlərinin nəticəsində İran iqtisadiyyatında müsbət dəyişikliklər baş verdı. Göstərilən illərdə ÜDM-in orta illik artımı 5,5% təşkil edirdi, xarici borcların miqdarı azaldı, adambaşına gəlir çoxaldı, işsizlərin sayı 30%-dən 6%-ə endi. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 2010-cu ildə dərc olunmuş məlumatlarına görə, milli istehsalın həcminə görə İran iqtisadiyyatı dünyada 18 yeri tuturdu, ÜDM həcminə görə Türkiyədən sonra İslam dünyasınin ən iri iqtisadiyyatı (29-cu yer) oldu. BMT-nin 2009-cu il İnsan potensialının inkişafı (HDI – Human Development Index) Hesabatına görə, İran cəmiyyətində bu indeksin əsas göstəricilərində, o cümlədən uzun ömürlük, təhsil, səhiyyə və real gəlir indekslərində artım müşahidə olunurdu.

Lakin İrana qarşı əsasən raket və nüvə proqramları ilə əlaqədar tətbiq olunan beynəlxalq sanksiyalar nəticəsində ölkənin sosial-iqtisadi göstəriciləri pisləşməyə başladı. Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən İranın ÜDM-i 2011-ci illə (564,46 mlrd.doll.) müqayisədə 2016-cı ildə 416, 22 mlrd.doll.-a enmiş, 2012-ci ildə adambaşına gəlir 7,2 min doll. idisə, 2016-cı ildə bu rəqəm 5,2 min doll.-a düşmüşdü (təbii ehtiyatlarla zəngin olmayan Türkiyədə bu göstərici 9,3 min doll.-a bərəbər idi). 2011-2012-ci illərdə işsizlik 12,3%-ə yüksəldi, 2013-cü ildə inflyasiyanın səviyyəsi 32% təşkil edirdi; qeyd edək ki, 2015-ci ildə inflyasiyanı 15%-ə endirmək mümkün oldu.

Neft asılılığından qurtulma cəhdləri. “Müqavimət iqtisadiyyatı”

İran neft asılılığından qurtula bilmədiyindən sanksiyalar, neft embarqosu, habelə 2013-cü ildən dünya bazarlarında neftin qiymətinin enməsi ölkə iqtisadiyatına mənfi təsirini davam etdirdi.

... 2011-ci ildə ölkənin bütün ixracı 97,4 mlrd.doll. təşkil edirdisə, neftin payına 81,7 mlrd.doll, yani təqribən 84% düşürdü. 2013-cü ildə isə neft gəlirləri 35 mlrd.doll.-a düşdü.

Belə ki, 2011-ci ildə ölkənin bütün ixracı 97,4 mlrd.doll. təşkil edirdisə, neftin payına 81,7 mlrd.doll, yani təqribən 84% düşürdü. 2013-cü ildə isə neft gəlirləri 35 mlrd.doll.-a düşdü. ÜDM strukturunda neft sənayesinin payı 20-25% təşkil etsə də, məhz neftin ixracından əldə olunan gəlirlər ölkəyə daxil olan valyutanın 65-75%-ni təmin edirdi.

Sanksiyalar və neftin qiymətinin düşməsi İran rəhbərliyini yeni iqtisadi proqramın hazırlamasına sövq etdi. Bu dövlət proqramı 2015-ci ildə formalaşdı və “Müqavimət iqtisadiyyatı” adı aldı.

Proqramın əsas ideyası – region ölkələrinə ixracat hədəfli xarici investisiyaları və texnologiyaları ölkəyə cəlb edərək neft asılılığından azad olmaq idi. “Müqavimət iqtisadiyyatı” elm və texnologiyaların intensiv inkişafını da nəzərdə tutan Milli Yüksəliş Yol Xəritəsinin bir hissəsi oldu. Belə ki, 2016-cı ilin budcəsinin gəlir hissəsinin yalnız 25%-ni barrelinin qiyməti 40 doll. olan neft ixracatı təşkil etməli idi.

Bununla yanaşı, neft gəlirlərinə alternativ kimi İran öz geostrateji mövqeindən və tranzit ölkə olaraq Fars körfəzi limanları vasitəsilə Rusiyadan, Avropdan və Mərkəzi Asiyadan müxtəlif məhsul və xammalın Cənubi Asiya və Afrikaya catdırılması və geriyə daşınması, həmcinin Uzaq Şərqdən Aralıq dənizi hövzəsi ölkələrinə daşınmasında yararlanmaq xəttini seçdi. Bu məqsədlə hökümət Türkmənistan sərhədindən başlayan, Xəzər dənizinin sahillərindən kecən və Fars körfəzi limanlarına catan dəmir və avtomobil yollarının təmiri və yenidənqurulması, bu ərazilərdə lojistik infrastrukturun yaradılması kimi bir sıra proqramlar qəbul etdı. Sahilyanı ərazilərdə güzəştli vergi sistemi, gömrük rusumları və viza rejimlərini ehtiva edən azad iqtisadi zonalar yaradıldı.

2016-cı ildə nüvə proqramı çərşivəsində edilən güzəştlər müqabilində beynəlxalq birlik İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırdı. Lakin gözlənilən iqtisadi yüksəliş neftin qiymətlərinin kəskin düşməsi nəticəsində əldə olunmadı.

2016-cı ildə nüvə proqramı çərşivəsində edilən güzəştlər müqabilində beynəlxalq birlik İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırdı. Lakin gözlənilən iqtisadi yüksəliş neftin qiymətlərinin kəskin düşməsi nəticəsində əldə olunmadı.

Ümumilikdə isə, İslam inkişaf modeli – “İslam” siyasi və iqtisadi idarəetməsi (idarəçilikdə Şəriət normalarının istifadəsi və güclü dövlət tənzimləməsi) – gözəçarpacaq müsbət nəticələr vermədi. Belə ki, Transparency International “Korrupsiya qavrama indeksi”nə görə 175 ölkə arasında İranı 136-ci yerə qoyur, Basel Institute of Governance İranı pul yumağın yüksək riskli və terroru maliyyələşdirən ölkələr siyahısında birinci yerlərdə göstərirdi. Dünya Bankı “biznesin asanlığı” adlı İllik Hesabatında 189 ölkə arasında İranı 118 yerdə göstərirdi. BVF-nun İranla bağlı proqnozları da – 2015/2016-cı illərdə ÜDM-un sıfır artımı; işsizliyin 1,5% çoxalması; idxalın 10% azalması; bank sektorunda ciddi problemlər, dövlət borcunun artması – ümidverici deyildi

Aparılan islahatlar hələ ki yetərli deyil

Beləkiklə, demək olar ki, İslam rejimi modernləşə bilər, amma bu cəhdlər ancaq iqtisadiyyatda edilir. Qeyd etmək lazımdır ki, İslam prinsipləri, məsələn, elə bank faizlərinə qadağa prinsipi, bazar islahatlarına kecid dövründə müasir iqtisadiyyat reallıqlarına kifayət qədər uyğunlaşdırıldı. Liberal iqtisadi islahatlar ölkədə çoxsaylı diskussiyalara səbəb olmuşdu – İslam dövlətində bu kimi dəyişikliklər məqbul sayıla bilərmi? Nəticədə əhalinin rifah halının yuksəlişinı təmin etməsi səbəbindən ümumdünya normalar əsasında keçirilən iqtisadi modernləşmə mümkün, gərəkli və İslamın əsas məqsədi – sosial və iqtisadi ədalət prinsipinə -cavab verən hesab olunmuşdu.

Təəssüf ki, ölkəni stabil inkişafa aparan liberal islahatlar nüfuzlu klerikal dairələrin müqanimətinə tuş gəlirdi. Onlar radikal iqtisadi modernləşməni siyasi liberallaşmaya təkan verə biləcək və nəticədə klerikalların hakimiyyətinə son qoya biləcək qərbləşmə xətti kimi görürdü.

Türkiyə başqa yol seçdi

Sonda Türkiyənin modernləşmə təcrübəsinin bəzi xarakterik makrogöstəricilərini İranın analoji göstəriciləri ilə müqayisə etmək istərdik. Qərbləşmə kursunu ehtiva edən Türkiyənin modernləşmə təcrübəsi İslam dünyasında ən uğurlu nümunə kimi xarakterizə oluna bilər.

70-ci illərin sonu - 80-cl illərin əvvəllərində bu ölkələrdəki hakimiyyət dəyişikliyi yeni inkişaf modellərinin təsbit olunması ilə müşayət olunurdu: Türkiyədə – liberal prinsiplər, İranda isə İslam prinsipləri və sərt dövlət nəzarəti əsasında. Türkiyə öz iqtisadiyyatının Avropa sayağı liberallaşma kursuna kecdiyini bəyan etdi. Müharibənin gedişində İran modeli özünü təsdiq etsə də, sülh şəraitində, xüsusən də qloballaşma proseslərinin dərinləşməsi fonunda yetərsizliyini göstərdı.

İslam ingilabından 10 il sonra İranda adambaşına milli gəlir 2 dəfə azaldı. Türkiydə isə bu dövrdə artıq iqtisadiyyatın tənzimləməsi üçün hüquqi bazanın formalaşması başa catırdı.

İslam ingilabından 10 il sonra İranda adambaşına milli gəlir 2 dəfə azaldı. Türkiydə isə bu dövrdə artıq iqtisadiyyatın tənzimləməsi üçün hüquqi bazanın formalaşması başa catırdı. Belə ki, 1980-ci illərdə Türkiyədə ÜDM-un orta artım tempi 4,1% idisə, İranda (o cümlədən 8-illik İran-İraq müharibəsinə görə) ÜDM mənfi – 0,9% təşkil edirdı.

Türkiyənin iqtisadi strukturu inkişaf etmiş dövlətlərin strukturuna bənzərdir, İranda isə durum fərqlidir. Nəticə – idarəetmənin Şəriət modeli, zəngin karbohidrogen ehtiyatları, həmcinin Qərbin sanksiyaları İran iqtisadiyyatının inkişafını ləngitdi, “Holland həstəliyi”nin yaranmasına rəvac verdi. Neft gəlirləri olmayan Türkiyə BVF kreditləri və xarici investisiyalardan yararlanmaqla yanaşı, daxili mənbələrdən də geniş istifadə edərək iqtisadiyyatda ixrac sahələrinin həcminin artırması xəttini secdi.

Təxminən eyni əhali sayına malik olan bu ölkələrdə təbii ehtiyatlarla kəsad olan Türkiyənin ÜDM həcmi az qala iki dəfə (86%) İranınkından artıq idi. İran sosial yonümlü siyasətin üstünlüyünü bəyan etsə də, İnsan inkişafı indeksində Türkiyədən geri galırdı. 2009-cu ildə Türkiyə bu gostətici üzrə 79-cu yeri tuturdu (bu göstəriciylə o, iqtisadiyyatı yüksək inkişaf edən ölkələr sırasında dururdu), İran isə 88 yerdə orta inkişaf etmiş ölkələrin sırasında yer aldı.

İslam inkişaf modelinin tərəfdarları etiraz edə bilərlər ki, İran iqtisadiyyatının effektivliyinin itməsi hec də İslam iqtisadi modelinin çatışmazlıqlarının nəticəsi deyil, o, bilavasitə müxtəlif səpkili Qərb sanksiyalarının nəticədir. O da var ki, Qərb sanksiyaları da İranın İslam inkişaf modelindən ilham alan xarici siyasətinin məhsuludur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG