Keçid linkləri

Cənab Prezident, sizə arzuların, ümidlərin dəfn olunduğu bir kənddən, bir rayondan və bir ölkədən yazıram. Fikirləşəcəksiniz ki, savadlılığın 100, yoxsulluğun 5 faiz, milyonların tuğyan etdiyi ölkənin bir rayonunda ümidlər, arzular necə dəfn oluna bilər?

Kaş ki sadaladığınız o rəqəmlər reallığı əks etdirəydi. Əslində, bizim xalq olaraq problemimiz də bu 25 ildə real ola bilməməyimizdədir.

Kaş ki sadaladığınız o rəqəmlər reallığı əks etdirəydi. Əslində, bizim xalq olaraq problemimiz də bu 25 ildə real ola bilməməyimizdədir. Ona görə də, indi mən sizə o dəfn olmuş arzulardan yazmaram, çünki nəinki mənim, hətta yeri laməkan olan Tanrının da o arzuların reallaşmasına ümidi yoxdur.

Mənim arzularım bilirsiniz, nə idi? Necə gözəl idi? Uşaqkən AzTv-də baxdığım çiçəklənən, inkişaf edən, “demokratikləşən” Azərbaycanda yaşamaq...

1998-ci ildə atam əlimdən tutaraq: “Oğlum, cənab prezident Heydər Əliyev Lerikə gəlir, dur gedək”, - demişdi.

Hə, Həsənağa əminin köhnə UAZ-ı ilə daşlı-kəsəkli yolları qət edib rayona getməyim, Xanış kişinin qurbanlar kəsdiyi bir prezidentin qəbuluna düşmək, görmək kimi möhtəşəm uşaqlıq arzularım vardı...

Hətta atama sual da vermişdim ki, Heydər Əliyev bizim bu yolları, şüşələri qırıq, damı uçuq məktəbimizi, bir tərəfi sökük uşağ baxçamızı, bir balaca külək əsən kimi qırılan elektrik xətlərini düzəldəcəkmi, yoxsa qaranlığa qərq olan kədimiz heç vaxt aydınlığa çıxmayacaq?

Oysa, “Bala, Heydər Əliyev hər şey edəcək, narahat olma”, - deyərək məni inandırmışdı. O sözlərin deyiliş tərzi hələ də qulaqlarımdan getmir...

Oysa, “Bala, Heydər Əliyev hər şey edəcək, narahat olma”, - deyərək məni inandırmışdı. O sözlərin deyiliş tərzi hələ də qulaqlarımdan getmir...

Rayondan qayıdanda məğrurluğum isə özümü bir başqa cür təsirləndirirdi. Axı mənim AzTv-yə baxaraq gözəl məktəblərdə oxumaq istəyim, çiynində daşıdığı odun parçalarını bir kənara atıb, balaca bacımın əlindən tutub bağçaya aparmaq, rayona xəstəxanaya gedəndə o zəhrimar sifətli həkimlərdən qurtulmaq arzum, polisə gedəndə acı-acı: “Ə sən niyə gəlmisən?”, - deyən zırpı polisdən qurtulmaq arzum var idi...

Olmadı, cənab prezident, olmadı. İllər keçdikcə o arzuları bir-bir əllərimlə dəfn eləməyə başladım. Hətta o yalançı, sırtıq mollanın 3 manat alaraq arzularımızın dəfn olduğu məzarlıqda “Yasin” oxuması da heç yadımdan çıxmır. Arada sinifdə Lazım müəllim həmişə deyirdi ki, umidlər sonda ölür. Amma biz sonumuzu görmədən arzularımızı, ümidlərimizi dəfn elədik...

İcra Hakimiyyətinin imarətə bənzər binası inşa olundu, amma sirsifətindən yağ daman məmurlar yenilənmədilər. Hər gün yedilər, dağıtdılar, sökdülər rayonu, nə yol qaldı, nə təhsil, nə mədəniyyət...

AzTv-nin dediyi kimi, 25 ildə xəstəxana təmir olundu, amma içərisindəki zəhrimar siffətli həkimlər dəyişmədi. Polisin binası yeniləndi, amma zırpı polislərin də sayı artdı. İcra Hakimiyyətinin imarətə bənzər binası inşa olundu, amma sirsifətindən yağ daman məmurlar yenilənmədilər. Hər gün yedilər, dağıtdılar, sökdülər rayonu, nə yol qaldı, nə təhsil, nə mədəniyyət...

Hamısının məhv elədilər və “cənab prezident tapşırıb”, - dedilər. Amma bütün bunlara baxmayaraq, bir zamanlar yenə sizdən umid gözləyənlər də var idi. Amma o ümidlər də Prezident Aparatına gedən məktublar kimi yenidən geriyə - Lerikə qayıtdı, qaytarıldı...

Bəli, cənab prezident, bilmirdik ki, Rövşən Bağırovlar, Cəlil Baxşiyevlər, Habil Məlikovlar o məktubları əllərində tutub: “Bax, budur gedin, hara şikayət edirsiniz edin”, - deyərək o məzlumları əliboş yenidən daşlı kəsəkli yollarla geri qaytaracaqlar...

Bilirsiniz, cənab Prezident, yadıma nə düşür: 116 manat pensiya alan Fatma nənə də artıq hər çağrılanda rayona getmirdi. Uşaqlıqda bizə gələcək haqqında danışdıqlarına görə utanc hissi duyurdu. Bəlkə də, üzümüzə baxmağa vicdanı ağrıyırdı. Artıq Lazım müəllim də: “Ümidlər sonda ölür”, - demirdi...

... “Möhtərəm” deyə umidləndikləri prezident 7 il idi rayona gedə bilmir. Lerik xarabalığa çevrilib, amma “prezidentin bundan xəbəri yoxdur”, məmurlar xalqı çapıb talayır, amma heç kim səsini çıxarmır?

Bəlkələr, ümidlər, arzular bitib, cənab prezident... Reallıqlar onları udub. Necə ola bilər ki, “Möhtərəm” deyə umidləndikləri prezident 7 il idi rayona gedə bilmir. Lerik xarabalığa çevrilib, amma “prezidentin bundan xəbəri yoxdur”, məmurlar xalqı çapıb talayır, amma heç kim səsini çıxarmır?

Lerikə ayrılan milyonlardan sonra Lerikin yolları düzəlmədi, əksinə məmurların evləri saraylaşdı. Bu arada məlum oldu ki, 17 milyonu da “nuş can” ediblər. Lerikə ayrılan milyonlardan sonra icra başçısı və müavinləri iş yerləri açmaqdansa, yeni villalarının açılışını etdilər. Ayrılan milyonlardan sonra Lerikin işığı yanmaqdansa, əksinə qaranlığa qərq oldu. Lerikə ayrılan milyonlardan sonra gənclər təhsili buraxıb Bakıda daş karxanalarına üz tutdular. Artıq həmişə əl açıb kömək istədikləri Tanrıdan da ümidlərini üzüblər. Axı 83 yaşlı Baş nazirə dəyməyən tanrı 50 yaşlı Rövşən Bağırova, 58 yaşlı Cəlil Baxşiyevəmi dəyəcəkdi? Bax bu da real görsənmirdi. Bilirəm sizin bundan, bəlkə də, yenə xəbəriniz olmayacaq. Artıq leriklilərində bir ümid yeri, xəbər edəcəkləri bir yer, ünvan qalmayıb.

Bilirəm, siz ümidləri dəfn edilən məni, mən Tanrını və Tanrı da Azərbaycanı bağışlamayacaq.

Hörmətlə: Lerikli gənc Azər Kazımzadə

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG