Yaxın 3 ildə tək Asiya İnkişaf Bankı Azərbaycana 1,7 mlrd. dollara yaxın yeni kreditlər verəcək: 2018-ci il il 700 mln., 2019-cu il 450 mln., 2020 450 mln. dollar.
Bu il ilk dəfə olaraq büdcəmizin 12%-ə yaxını (təqribən, 900 mln. dollar) xarici borcların qaytarılmasına yönəlib, ciddi rəqəmdir, amma borc qaytarılmasının pik nöqtəsi hələ qarşıdadır.
Bundan başqa Dünya Bankı, Avropa Rekonstruksiya və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Yaponiya və Çin hökumətləri ilə də yeni borc müqavilələri imzalanıb-imzalanacaq.
Borcların intensiv qaytarılması dövrü 2020-ci ildən sonraya təsadüf edəcək və hər il borc yükü daha da artacaq. Bu il ilk dəfə olaraq büdcəmizin 12%-ə yaxını (təqribən, 900 mln. dollar) xarici borcların qaytarılmasına yönəlib, ciddi rəqəmdir, amma borc qaytarılmasının pik nöqtəsi hələ qarşıdadır.
2020-ci ildə ölkənin neft hasilatı indikindən 20% az olacaq, yəni neftdən gələn gəlir daha da və kəskin şəkildə azalacaq. Qiymətin 55-60 dollar civarında olması proqnozlaşdırılır, belə qiymətlər olsa 2020-ci ildə neftdən cəmi 3 mlrd. dollar pul daxil olacaq. Yeni neft müqaviləsi isə 2023-dən işlək olacaq ki,o zaman da hasilat sabitləşəcək, yəni artım deyil, sabitləşmə olacaq.
2020-ci ildən sonra bütün ümidlər qaz gəlirlərinədir, dəfələrlə bu haqda yazmışam, danışmışam, bir daha deyim: Avropaya cəmi 10 mlrd. m3 qaz satılacaq, qazın ortalama qiyməti 220-230 olması gözlənilir. Bu da 2,3 mlrd. dollar deməkdir, 7 payçı var (BP, Statoil, ARDNŞ, Total, Lukoil, NİCO və TPAO), hasilatın pay bölgüsünə görə əməliyyat və tranzit xərcləri çıxılandan sonra qazanc 7 payçı arasında öz pay həcmlərinə görə bölünəcək. Azərbaycanın payına ən yaxşı halda 700 mln. dollar vəsait düşəcək. Yəni, hər şey yaxşı olsa, layihələr bitsə 2020-ci ildə ölkənin neft-qaz gəlirləri 4 mlrd. dollara yaxın ola bilər.
xarici borcların faizlərinin və ana borcun ödənilməsinə, təqribən, 4 mlrd. dollar lazım olacaq, qısası, neft-qazdan gələn pul borca gedəcək, bəs büdcəni nə ilə dolduracağıq?! Yəni, 13-14 mlrd. dollarlıq büdcənin 4 mlrd. dolları borca gedəcəksə, 10 mlrd. dollar haradan tapılacaq?
Son illər ölkə büdcəsinin artım tempi yüksək olmasa da, 2020-ci ildə büdcəmiz dollarla (manatın məzənnəsi çox dəyişəcək o zamana qədər) 13-14 mlrd. dollar civarında olacaq (əhali artır, xərclər artır, inflyasiyaya görə maaş və təqaüdlərin indekləşməsi artır). Həmin ildən intensiv borc qaytarıldığını nəzərə alsaq, xarici borcların faizlərinin və ana borcun ödənilməsinə, təqribən, 4 mlrd. dollar lazım olacaq, qısası, neft-qazdan gələn pul borca gedəcək, bəs büdcəni nə ilə dolduracağıq?! Yəni, 13-14 mlrd. dollarlıq büdcənin 4 mlrd. dolları borca gedəcəksə, 10 mlrd. dollar haradan tapılacaq?
Vergilərdənmi? Ölkədə iqtisadi aktivlik çöküb, Vergilər Nazirliyi biznesin son “şirəsini” sıxır, biznes durma nöqtəsinə gəlib, vergi ödəmələrinin kəskin artması mümkünsüzdür.
Gömrükdənmi? İqtisadi aktivliyin, əhalinin alıcılıq qabiliyyətinin azalması idxalın artıq 27% azalmasına səbəb olub. Əsas gömrük daxilolmaları da məhz idxaldandır, hələ ki, rəsmiləşmənin artması və manatın ucuzlaşmasına görə gömrük ilə 1,6-1,8 mlrd. manat yığa bilir, amma bu kəskin artmayacaq axı, hətta azalacaq.
Dövlət investisiya layihələrinin vasitəsi ilə iqtisadi aktivliyin artırılmasımı? Bunun üçün büdcə kəskin artmalı, təmir-tikinti işləri sürətlənməlidir, amma gərək o zaman büdcə də kəskin artsın axı, bunun mənbəyi yoxdur. Deməli, büdcə xərcləmələri azalmalıdır ki, qənaət olunan vəsait xarici borcun ödənilməsinə yönəlsin. Ya da, hökumət çap maşınını işə salacaq, əlavə manat kütləsi çap edəcək ki, iqtisadi canlanma yaratsın, o zaman da inflyasiya üçrəqəmli (Venesuela hökumət etdi bunu), dollar isə 3-4 manat arası olmalıdır. Buna iqtisadiyyat, bank sektoru dözə bilərmi? Məncə, yox, darmadağın olar.
Bir neçə ildən sonra bu ölkədə hakimiyyətə gəlmək istəyi tam bir ağılsızlıq olacaq, ona görə də, söhbət və dava hakimiyyət davası deyil, ölkənin gələcəyi ciddi təhdid altındadır. Çıxış yolu radikal, şok effekti verəcək islahatlardan, sistemin, idarəetmənin tam dəyişməsindən keçir.
Hörmətli qalstuklu müəllimlər və sevgili millət, bunu hökumətə müxalif birisinin yazısı kimi qəbul etməyin, bir neçə dəfə demişəm, bir də təkrar edim: Söhbət müxalif olmaqdan deyil də, ölkənin gələcəyindən gedir. Bir neçə ildən sonra bu ölkədə hakimiyyətə gəlmək istəyi tam bir ağılsızlıq olacaq, ona görə də, söhbət və dava hakimiyyət davası deyil, ölkənin gələcəyi ciddi təhdid altındadır. Çıxış yolu radikal, şok effekti verəcək islahatlardan, sistemin, idarəetmənin tam dəyişməsindən keçir.
P.S. 2010-14-ci illər arası hayqıraraq yazırdım-danışırdım ki, neft düşəcək, manat öləcək, banklar çökəcək, iqtisadi aktivlik dibə vuracaq – deyirdilər ki, müxalifdir də, belə deməlidir. İndi hamısı başımıza gəldi, yenə hayqırıram ki, 2020-ci ildə borc xirtdəkdən, gəlir isə topuqdan da aşağı olacaq.
Yenə özünüz bilin...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.