Keçid linkləri

Təcili xəbərlər

Azərbaycansayağı mazaxizm


Bir gün ərzində 2 ağır informasiya beyin yarımkürələrimə rəsmən təcavüzdür.

1) Cənub bölgələrimizdə Səhiyyə Nazirliyin İSİM-in 18+ yaş üzrə qadınlar arasında ailə və məişət zorakılığı mövzusunda keçirtdiyu müvafiq sorğulamada qadınların 5%-i yeməyi yandırdığına görə, 8% isə cinsi əlaqədən imtina etdikləri üçün ərlərinin onları döyməsini normal haı kimi qəbul ediblər. Yəni haqlı çıxardıblar. Bu-qadınlarımızın güzaranı və yaşam konsepsiyası. Xörəyi yandırmasalar və s. kimi kənarçıxmalar olmasa ərləri onları həyatda döyməz.

2) Aşura günündə yüzlərlə bığıburma cavanından tutmuş ağsaqqalına kimi boyük bir kişi kütləsinin Hüseynin və onun əhlinin öldürülməsinə etiraz olaraq sərgildikləri kin və qəzəbin fonunda özlərini döyüb, niyə hal-hazırda sağ qalıb, onlar kimi şəhid ola bilmədiklərini izhar etmələri, varlıqlarına zəncir və xəncərlə üsyan etmələri kimi tryukları əks etdirən videolar. Toplumumuzda kifayət qədər çoxluq təşkil edən kişi zümrəsinin həmin mərasimlərdə göstərdikləri akt onların məhz yuxarlda 1)-də qeyd etdiyim sorğuda iştirak etmiş qadınlarımlzla eyni konsepsiyaya xidmət etməsi deməkdir. Yəni-mazaxizmə.

Məni onların özündən çox onlardan törəyənlərin gələcəyi narahat edir.

Deyəcəm təhsilsizlik, vallah aralarında ali təhsilliləri də az deyil. Düşünürəm ki, bütün bu sadaladıqlarımın içərisində 2 mühüm səbəbdən birincisi İŞSİZLiK-dir.

Cahillik + işsizlik məngənəsində sıxılan fərdlər çarəni özləri də fərqində olmadan mazaxizmdə görür. Yığılmış mənfi enerji zaman-zaman bu və ya diğər formada çıxarılır. Bir onu bilirəm ki, Rəbbimiz hər iki aspektdə bəndəlırini təqdir etməz. Nə göndərdiyi kitablar bunu demir, nə də insanlıq! Özlərindən hoqqa çıxartmasınlar. Çünki Allahın bəşəriyyətə nazil etdiyi bütün dinlər özündə sülh və barış kimi ali məqsədə xidməti ehtiva edir. Sadəcə bəndə o bəndə deyil.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG