Keçid linkləri

Təcili xəbərlər

Mitinqə gedib-getməmək hüququmu özümdə saxlayıram


Rejim nədən və niyə narahatdı belə?!

3 saatdan artiq dünən (35-ci bölmə), 5 saat civarinda da bu gün (Xətai PPİ) polisdə oldum. Və nə qəribə ki, bu qədər müddətdə məni niyə çağırdıqlarını və ya, məndən nə istədiklərini qanammadım. Fəhmlə, ötəri də olsa, anladığım bu oldu ki, məsələ mənim ötən mitinqdə iştirakımla bağlıdı və gələn mitinqə gedib-getməyəcəyimlə maraqlanmaq istəyi var, polis əmilərin. Amma, bu arada, bütün cəddi-sülaləmin adlarını, ünvanlarını, təvəllüdlərini, ölüm tarixlərini siyahıya aldılar…

Bütün bunların nəyə lazım olduğunun və ümumiyyətlə bu çağırışların nəyə və niyə hesablandığının da fərqində olmadığımı kimsə düşünməsin.

Bütün bunların nəyə lazım olduğunun və ümumiyyətlə bu çağırışların nəyə və niyə hesablandığının da fərqində olmadığımı kimsə düşünməsin. Mən bu sistemi içəridən görmüş və çox da yaxşı bilən biriyəm…

Amma dövlətin görəvlərini bu qədər saymazyanalıqla kötüyə kullananların cəzasızlığa arxayın olduqları, bəllidi, göstəriş belədi, ona görə. Lakin görünür böyük ölçülərdə ümumi narahatlıq da yox deyil. Yoxsa 5-10 minlik mitinqdən yana, bu qədərini yapmağa nə hacət varıymış ki?

O ki qaldi mitinqin özünə, mən ora gedib-getməmək hüququnu özümdə saxlayıram və mütləq onu da deməliyəm ki, polisin əliylə törədilən bu qanusuzluqlar və belə səbəbsiz çağırışlar məni nəinki mitinqdən yayındırır, əksinə, ora getməyə təşviq edir. Bu haqda özlərinə də söylədim. Belə, bu qədər yəni…

Dövlət adından atılan bu cür addımlar, dövlətin özünü daha çox sarsar və qarsar məncə. Bu qədərini anlamırlarsa çox pis, anlayaraq edirlərsə, demək polisin vasitəsilə dövlətin əsaslarını qazımaq istəyində olanlar var, demədi deməyin.

Hər şey, bir az da sovetlərin son dönəmlərini xatirlatdi mənə!

Zəruri qeyd: Polis əməkdaşlarının davranış və münasibətləri ən üstün səviyyədəydi. Hər halda mənimlə bu cürür idi. O qədərinə görə də sağ olsunlar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG