İki gündür ölkədə kərə yağının bahalaşması ilə əlaqədar 10-a yaxın mətbuat orqanına açıqlama vermişəm. Gömrük Komitəsi, mənə cavab verib: "Belə ki, ekspert rəyi əsasında hazırlanan məlumatda kərə yağının qiymətindəki artım gömrük vergi və rüsumlarının yüksək olması, inhisarçılığa yol verilməsi və gömrük orqanları tərəfindən bəzi sahibkarlara xüsusi imtiyazlar tanındığı halda digərlərinə kərə yağının idxalı ilə bağlı qadağa qoyulması ilə əsaslandırılır və gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür".
Əsassız e, Yəvər, bu ölkədə inhisarçılığın olmasını prezident belə etiraf edib, Gömrük deyir ki, belə bir şey yoxdur. Buna kim inanır?!
Əsassız e, Yəvər, bu ölkədə inhisarçılığın olmasını prezident belə etiraf edib, Gömrük deyir ki, belə bir şey yoxdur. Buna kim inanır?!
Daha sonra açıqlamada deyilir: "Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə, ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur. Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır".
Yaxşı, Gömrük Komitəsi necə izah edə nilər ki, Yeni Zelandiyadan gələn yağ Tiflisdə 10-11 manata satılır, Bakıda 18-19 manata?!
Xub, dünyada yağ bahalaşıb, bunu mən də açıqlamamda demişəm, amma özləri də etiraf edir ki, yağ hər kilosu 4,28 dollara rəsmiləşib, yəni, 7,2 manata, tutalım, logistik xərcləri də hər kiloya olsun 1,5 dollar, yəni, 2,55 manat, deməli Bakıya yağ 9,75 manata daxil olur. Bəs becə olur ki, 18 manata satılır?! Harada görünüb ki, malın üzərinə dəyəri qədər də qoyub satasan?! Yaxşı, Gömrük Komitəsi necə izah edə nilər ki, Yeni Zelandiyadan gələn yağ Tiflisdə 10-11 manata satılır, Bakıda 18-19 manata?!
Açıqlamanın davamı (Güya, inhisarçılığın olmadığı haqqında olan hissə): "2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib" (cəmi 51 şirkət olduğunu deyirlər).
... o 51 şirkət 3-4 nəfərə məxsusdursa, bunu necə izah edərsiniz?! Onu da deyim ki, məsələn, Gürcüstana ərzaq gətirən 1000-dən çox hüquqi və fiziki şəxs var, rəqabət belə yaranır.
Dəyərli Gömrük Komitəsi, hörmətli formalı və qalstuklu müəllimlər, şirkətlərin adlarını açıqlaya, kimlərə məxsus olduğunu deyə bilərsinizmi?! Açıqlamanız cavabdan çox suallar doğurur, yəni o 51 şirkət 3-4 nəfərə məxsusdursa, bunu necə izah edərsiniz?! Onu da deyim ki, məsələn, Gürcüstana ərzaq gətirən 1000-dən çox hüquqi və fiziki şəxs var, rəqabət belə yaranır.
Nəhayət, çox dəyərli Gömrük Komitəsi, sərhədyanı rayonlarda yaşayan əhali, sizcə niyə Gürcüstandan, Rusiyadan, İrandan öz ailələri üçün yağ keçirmək istəyir? Çünki o ölkələrdə ucuzdur, eləmi? Bəs niyə həmin ölkələrdə ucuz olan yağ Azərbaycanda baha olmalıdır? Bunu necə izah edə bilərsiniz? Nədən vətəndaşa öz ailəsi, lap qonşusu üçün 5-6 kq yağ keçirməyə imkan vermirsiniz?! Gömrük qurumunun fəlsəfəsi daxili bazarı qorumaq, vətəndaşa xidmət etməkdur, bu orqanın yanaşması bir ovuc insanların varlanmağına xidmət etmək olmamalıdır axı, bu işin tarixinə, kökunə, məğzinə baxın, öyrənin. Nə isə....
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.