Keçid linkləri

Təcili xəbərlər

Bir xəritənin qalmaqalı


Neçə gündür sosial mediada və mətbuatda Azərbaycan tarixi dərsliyində "Böyük Ermənistanın" xəritəsinin "yer alması" iddiası ilə kompaniya gedir. Maraqlıdır ki, Azərbaycan təhsilinin bərbad durumda olması, dərs vəsaitlərində şəxsiyyətə pərəstişlik mövzularının təbliğinə susanlar indi aktiv görünür. Görünən odur ki, daxili savaş hətta dərs vəsaitlərinə də siraət edib.

Dərsliklərdəki Rus və Azərbaycan bölməsi üzrə gedən xəritələrə baxsaq bunun məqsədli deyil, texniki səhv kimi getdiyi görünəcək.

Dərsliklərdəki Rus və Azərbaycan bölməsi üzrə gedən xəritələrə baxsaq bunun məqsədli deyil, texniki səhv kimi getdiyi görünəcək.

Qeyd olunan xəritə Roma imperiyasının qədim dövrünə aiddir və qeyd olunan dövrdə Romaya tabe olmuş ərazilər göstərilib. Sadəcə olaraq tarixdən anlayışı olmayanlar ancaq armeniya sözünü eşidib mətbuatda dərc edib ki, kitabda böyük Ermənistan yazılıb. Hamı da bundan danışır və yazır. Əlbəttə ki, hər kəsin həssaslıq və narahatlığını başa düşürəm. Amma unutmaq olmaz ki, bu kitabı yazan şəxslər ölkəni, dövləti, milləti heçdə onlardan az sevmir. Sadəcə o dovrün siyasi analizini apara bilməyən kimlərsə nəsə yazmağa çalışır. Misal üçün, xilafət dovrü xəritələrində Ərməniyyə həm Atropatena, həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi. O zaman deyək ki, bu indiki Ermənistandır?! Gülməlidir.

Atropatena ərazisi e.ə 20-ci ildən Romaya tabe olub. Qeyd olunan ərazi də ona görə belə verilib. Bundan başqa 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində erməni dövlətinin Roma ilə müttəfiq kimi döyüşlərdə iştirak etməsi onu göstərir ki, bu ərazilər Roma İmperiyasına tabe olub. VII cildlik Azərbaycan Tarixinin I cildində və VI sinif Azərbaycan tarixi kitabında da bu qeyd olunub.

... Sadəcə olaraq Roma İmperiyasına tabe olan ərazilər verilib. Və bənövşəyi rəngdə məhz Roma imperiyasının səhədləri qeyd olunub. Ayrıca Ermənistan xəritəsi və sərhədləri yoxdur.

Yəni X sinif Ümumi tarix dərsliyinin 32-ci səhifəsində "Böyük Ermənistan"ın xəritəsi verilməyib. Sadəcə olaraq Roma İmperiyasına tabe olan ərazilər verilib. Və bənövşəyi rəngdə məhz Roma imperiyasının səhədləri qeyd olunub. Ayrıca Ermənistan xəritəsi və sərhədləri yoxdur.

Xəritənin aşağı hissəsində digər tabe olmuş ərazilər də rəngsiz fonda verilib.

Xəritə ilə bağlı problem yaşanmağının əsas səbəbi Azərbaycan dilində dövrlər üzrə resursların azlıq təşkil etməsidir. Təəssüflər olsun ki, tarixdən anlayışı olmayanlar bura ağlına gələni yazır. Yenə kompaniya başlayıb hamı erməni axtarışına çıxıb. Mənasız yerə şərh yazınca gedin bir tarix kitablarını oxuyun gorün hələ Arminiya və yaxud sonralar ərəb qaynaqlarında adı çəkilən Ərməniyyənin heç indiki erməniyə dəxli var yoxsa yox.

Bu xəritə Trayan dövrünün xəritəsidir və hal hazırda Roma şəhərində sərgilənir. Həmən xəritə 25 ildir ki, bizim dərsliklərdə istifadə olunur. Amma armeniya vilayətinin adı silinməklə.

Heç kim demir ki, Roma İmperiyası dövründə erməni dövləti olub və ya bu xəritə böyük Ermənistan dövlətinin xəritəsidir. Bu tarixdə e.ə ll b.e.III əsrlərinə aid Roma imperiyasının xəritəsidir, sərhədləridir və onun vilayətləri.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG