Keçid linkləri

BİR DAHA MİTİNQLƏR HAQDA…

Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə,
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

Tofiq Fikrət

Bəzi dostlar mitinqlər haqqında niyə yazmadığımı soruşurlar, hətta irad tutanlar da var. Açığını deyirəm, doğru bildiklərimi yazmaq dostları incik salır, yalan yazmağı da özüm istəmirəm. Amma mənim doğru bildiklərimin mütləq həqiqət olduğunu da iddia etmirəm, necə deyərlər, hər kəsin öz həqiqətləri ola bilir və var.

Kim nə deyir desin, millətin öz hüquqları və güzəranı uğrunda, həm də övladlarının gələcəyi naminə meydanlara çıxaraq mübarizə aparmaq eşqinə, ancaq bu milləti sevməyənlər qarşı dura, onun gələcəyinin zülmətlərə və zülmlərə qərq olmasına çalışanlar bu mübarizəni istəməyə bilərlər…

Bununla belə, prosesin ümumi gedişatına normal baxıram və davamlı olmasını arzulayıram, o qədər. Kim nə deyir desin, millətin öz hüquqları və güzəranı uğrunda, həm də övladlarının gələcəyi naminə meydanlara çıxaraq mübarizə aparmaq eşqinə, ancaq bu milləti sevməyənlər qarşı dura, onun gələcəyinin zülmətlərə və zülmlərə qərq olmasına çalışanlar bu mübarizəni istəməyə bilərlər…

Düz otuz ildir ki, balalarının çörək pulu bəhanəsi ilə, elə o balalarının gələcəyini satıb yemiş, düz 30 ildir ki, dişlə dırnaqla qazandığı nə varsa, hamısını, guya övladlarına təhsil verdirmək adı ilə, geydirmə institutların və müəllimlərin saxlanmasına xərcləmiş, düz 30 ildir ki, yalanlarla yatırdılıb, talanlarla oyandırılan, təkcə adından savayı hər yeri və hər şeyi əlindən alınaraq talanan, viran qoyulan, ərazisi parçalanan, sərhədləri dağıdılan, varı-variyəti yağmalanan, dışı dış, içi iç düşmənlərə təslim edilən bir toplumun, nəhayətində bu yolun yanlış olduğunu anlayıb da, meydanlara çıxmaq istəyinin, onu millət edib, yenidən, öz imzası ilə, millətlər sırasına qaytara biləcəyinə inanıram mən. Bu mənada da, mitinqlərin keçirilməsini istəyirəm və bütün doğruları, yanlşları ilə davam etməsindən, davamlı olmasından yanayam…

Amma proseslərin növbəti dəfə dalana dirənə biləcəyi qorxusu da yox deyil və bunun səbəbləri barəsində hələlik heç nə demək istəmirəm, amma bu, o qorxunu yaradan səbəblər haqda düşüncələrimin olmadığı anlamına da gəlmir…

Yeri gəlmişkən, bir halda ki, mitinqlərdən danşrıq, çox önəmli hesab elədiyim bir məsələni də deyim. Ki, bu deyimim də, məncə, “desəm öldürəllər, deməsəm ölləm” anlayışı altına düşür. Bayaq Cəmil Həsənlinin son mitinqdəki çıxıışnın videoyazsını izlədim. Və nədənsə, meydan öz coşqusu, hərarəti və hərəkətliliyi ilə mənə 1989-90-cı illərin meydanını, Cəmil bəyin özü isə, həmin meydanın əfsanəvi qəhrəmanı olan və o dövrün liderlərinin hamısından bir boy yuxarı görsənən Etibar Məmmədovu xatırlatdı. Anlayacağınız, demək istədiyim o ki, indi Cəmil Həsənli, tribunadakı duruşu, meydanı ovsunlayan diksiyası, çıxışarının sistemliliyi, nitqinin aydınlığı, ritorikasının kəsərliliyi və özünün cəsarəti ilə, indi tribunada olan və olmayan bütün mövcud liderlərdən bir boy hündür görsənir. Əlbəttə ki, bu, meydanın uğuru, zamanın və xalqın tapıntısı kimi dəyərləndirilə bilən məsələdir. Ancaq, bunun özünün də, yaxın zamanlarda ciddi bir problemə çevriləcəyi istisna deyil. Zira, bəzi liderlərin bunu həzm edə biməyəcəyi indidən bəllidir və əslində, digər siyasi qüvvələrin hələlik meydandan kənar durmalarının başlıca səbəblərindən biri də budur. Biriləri, onun belə gözgörəti önə çıxmasını istəmirlər, biriləri isə, irəlidə təklənəcək Cəmil Həsənlini qazana bilmək üçün məqam gözləyirlər. Bu mənada, meydanın da, xalqın da, yaranmış vəziyyətdə Cəmil Həsənlini, istər hakimiyyətin qəzəbindən, istərsə də liderlərin həsədindən qoruya bilməsi bir vəzifədir, öhdəsindən gəlinməsi çətin, amma olduqca vacib bir vəzifə.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG