Azərbaycanda idarəetmə sisteminin ciddi problemləri olduğu haqqında illərdir yazırıq, misallarla, müqayisələrlə sübut edirik, amma yenə bu sistem bizi hər dəfə pis mənada təəccübləndirməkdə davam edir.
Effektiv idarəçilik, istər dövlət olsun, istər özəl sektor, ilk növbədə optimal kadr siyasəti, bəlli və məntiqli qaydalar, real hədəflər, ciddi zaman planlaması, gücün və resursların doğru hesablanmasını tələb edir.

Hər bir işdə uğur hekayəsi məhz belə yanaşma ilə yazılır, tərəqqiyə məhz belə formulla nail olmaq olur.
Azərbaycanda həm dövlət (hökumət), həm də biznesdə normal kadr siyasəti yoxdur. Dövlət idarəetmə aparatı şişmiş və effektsizdir, hər bir nazirlik, idarə, qurumda yüzlərlə lazımsız ştat var (obrazlı bu iş yerlərinə "QƏŞ" - (qohum-əqraba ştatları) demək olar).
Büdcə təşkilatlarında, dövlət-hökumət orqanlarında 900 min civarında insan çalışır, effektivlik isə yoxdur.
Biznesdə də vəziyyət yaxşı deyil, çünki bu sahə də əsl biznes qanunları ilə çalışmır, məmur öz qohumunu büdcə təşkilatına işə düzəldə bilməyəndə kommersiya banklarına, iri şirkətlərə işə düzəldir. Biznesin böyük bir hissəsi zatən elə məmurlara aiddir deyə effektivlik aşağıdır, "QƏŞ" bu sahədə də var.
Məşhur "Pareto qanunu"na görə hər hansı bir kollektivdə 20% işçilər işin 80%-ni görür, 80% işçilər isə qalan 20% işi yerinə yetirir, nəticədə isə iş effektiv görülür.
Azərbaycanda bu qanun da işləmir, çünki sistem maraqları deyil, insanları idarə edir.
Məşhur "Pareto qanunu"na görə hər hansı bir kollektivdə 20% işçilər işin 80%-ni görür, 80% işçilər isə qalan 20% işi yerinə yetirir, nəticədə isə iş effektiv görülür.
Azərbaycanda bu qanun da işləmir, çünki sistem maraqları deyil, insanları idarə edir. İşin keyfiyyəti və effektivliyi ölçüləbilir deyil, 95% işi cəmi 5% iş bacarana yükləyirlər, onlar da çatdıra, normal işləyə bilmirlər, nəticədə keyfiyyət və effektivlik düşür. Həmin 5% işçi iş həcminin heç 30%-i belə yerinə yetirə bilmirlər, ona görə də bütün qurumlar yalan uydurur, statistika elmi olmur, nəticədə qeyri-səmərəli idarəçilik yaranır.
Pareto bu günlərdə Azərbaycanda yaşasaydı, bəlkə də, dünyaca məşhur qanununu dəyişər, ya da, "Bu ölkənin analoqu yoxdur", deyib, AzTv-yə müsahibə verib, pulunu alıb gedərdi. Belə...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.