Avropa İnsan Haqları Konvensiyasının 4-cü Protokolunun 1-ci maddəsinə görə "Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”.
Yəni Avropalılar bizə deyirlər ki, kiminsə borcu varsa, qaytara bilmirsə onu həbs edə bilməzsən haa.
1-cisi zəhmət çək, elə idarə elə ki, böhran olmasın. Oğurlayıb, offşorunu doldurub, böhran yaradıb, sonra camaatın boğazına çökmə.
Yəni Avropalılar bizə deyirlər ki, kiminsə borcu varsa, qaytara bilmirsə onu həbs edə bilməzsən haa.
1-cisi zəhmət çək, elə idarə elə ki, böhran olmasın. Oğurlayıb, offşorunu doldurub, böhran yaradıb, sonra camaatın boğazına çökmə.
2-cisi, borc verirsən, yaxşı eləyirsən, girov var, zəmanət var.
Almamısan bunları, məsuliyyətsizlik eləmisən. Onda cəfasını da çək.
Konvensiyanın bu maddəsi banklara kredit borcu olan 10 minlərlə azərbaycanlının həbs edilməsini beynəlxalq insan haqları probleminə çevirir. Gerçəklikdə Konvensiyanın bu maddəsi korrupsion idarəetmə nəticəsində yaranmış böhranın yükünün bu böhrandan onsuz da ciddi əziyyət çəkən adi borclu vətəndaşların üzərinə həbs yoluyla qoyulmasını hüquqi perspektivsiz edir.
Bir çox qanunsuz məhkəmə qərarlarından o qənaətə gəlmək olar ki, Konvensiyanın bu qadağanına baxmayaraq Hökumət öz məhkəmələriylə birlikdə belə şəxslərin həbsinə bəraət qazandırır. Artıq bir neçə belə həbs üzrə Avropa Məhkəməsi kommunikasiyaya da başlayıb. Yeniləri də başlayacaq tezliklə.
Hökumətin Avropa Şurasından və Konvensiya öhdəliklərindən qaçmağa çalışmasının da səbəblərindən biri bu ola bilər, bəlkə? Ay sizi AzTV yesin!
Elə bu söhbətlərin içərisində xəbər yayıldı ki, Hökumət guya kredit borcunu qaytarmayanların cəzasını sərtləşdirən qanun qəbul etməyə hazırlaşır. Bu "dezo"nu kütləviləşdirməyə maraqlı olanlar təbii ki, kreditorlarını psixoloji təzyiq altında saxlamağa çalışan banklardır.
Elə bu söhbətlərin içərisində xəbər yayıldı ki, Hökumət guya kredit borcunu qaytarmayanların cəzasını sərtləşdirən qanun qəbul etməyə hazırlaşır. Bu "dezo"nu kütləviləşdirməyə maraqlı olanlar təbii ki, kreditorlarını psixoloji təzyiq altında saxlamağa çalışan banklardır.
Guya Hökumət Cinayət Məcəlləsinin 196-cı maddəsinə dəyişiklik edib cəzanı sərtləşdirəcək.
Cinayət Məcəlləsinin bu maddəsi əslində bizim cinayət qanunlarımızı Cəfəngistan qanunları standartlarına yaxınlaşdıran göstəricilərdən biri sayıla bilər.
Məcəllənin bu maddəsinin adı "Kreditor borclarını ödəməkdən qəsdən boyun qaçırma" adlanır. Maddənin içində isə məhkəmə qərarlarını icra etməməkdən danışılır.
Baxın:
Maddə 196. Kreditor borclarını ödəməkdən qəsdən yayınma
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[323]
196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[324]
Məhkəmə qərarlarını icra etməməyə görə ayrıca maddə olmasına baxmayaraq, Cinayət Məcəlləmizdə.
Indi də buna baxın və hökmünüzü verin:
Maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə
306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[589]
306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[590].
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.