Keçid linkləri

Təcili xəbərlər

Müstəqillik gününün ağrısı


Azərbaycanın eyni yüzillik içərisində ikinci dəfə müstəqilliyini elan etməsinin 26-cı ildönümüdür.

Nə demək olar?

Nə demək olmaz ki?..

26 il öncə gələcəklə bağlı böyük ümidlər, gözləntilər vardı.

70 illik Sovet işğalının bitməsi ilə bu ölkənin tarixində yepyeni bir səhifənin açıldığına, “qırmızı qaranlıqlar”ın bitdiyinə, işıqlı günlərin başladığına o qədər inanmışdıq ki!

70 illik Sovet işğalının bitməsi ilə bu ölkənin tarixində yepyeni bir səhifənin açıldığına, “qırmızı qaranlıqlar”ın bitdiyinə, işıqlı günlərin başladığına o qədər inanmışdıq ki!

1918-ci ilin şanlı 28 mayında Cümhuriyyət bayrağını göylərə çəkən qurucu babaların – Rəsulzadənin və arxadaşlarının gerçəkləşməsi yarımçıq qalan ideallarının bu dəfə reallaşacağına o qədər əmin idik ki!

Azərbaycanın qısa zamanda modern, çağdaş, özgür dünyanın bir parçasına çevriləcəyinə, nəhayət, bizim də dünyanın gəlişmiş millətləri cərgəsində yerimizin və imzamızın olacağına o qədər ümidli idik ki!

Nə yazıq ümidimiz ümid olaraq qaldı. Gözləntimiz hələ də davam edir.

Müstəqillik qazandıq, amma onu bəşəri dəyərlərin – insan hüquqlarının və azadlıqlarının təntənəsi ilə taclandıra bilmədik.

Bir ölkənin müstəqilliyi o zaman yüksək anlam ifadə edər ki, o, özü ilə demokratiyanın zəfərini də gətirsin. Müstəqillik azadlıqla bütünləşmədiyi təqdirdə formallıqdan başqa bir məna daşımır.

Bir ölkənin müstəqilliyi o zaman yüksək anlam ifadə edər ki, o, özü ilə demokratiyanın zəfərini də gətirsin. Müstəqillik azadlıqla bütünləşmədiyi təqdirdə formallıqdan başqa bir məna daşımır.

Hansı ki, biz bu sadə, adi həqiqəti 1993-cü ilin məlum və məşum yayından sonra əyani yaşadıq.

Azərbaycan yenidən Sovet idarəçilik tərzini və təfəkkürünü andıran zehniyyətin idarəçiliyinə keçdi.

Və aradan 24 il keçdikdən sonra gəldiyimiz nöqtə də məmləkətin ümumi mənzərəsi ürək ağrıdır. Ölkə korrupsiya və hüquqsuzluq bataqlığına sürüklənib, toplumu rəiyyət kimi görən, onda qeyd-şərtsiz itaət tələb edən bir idarəetmə ruhu hakimdir.

Elə ona görədir ki, indi hər gün daha çox adamdan “müstəqil olduq nə oldu? Əlimiz bala batdı?” sözlərini eşidə bilərik.

“Bu idi müstəqillik-müstəqillik dediyiniz? Sovet vaxtı azadlığımız yox idi, ancaq pis-yaxşı bir parça çörəyimiz var idi. İndi Əli aşından da olmuşuq, Vəli aşından da” söyləyənlər artıb.

Elə ona görədir ki, müstəqillik hərəkatında iştirak eləmiş insanlara ironiya edənlər, “Bu idi müstəqillik-müstəqillik dediyiniz? Sovet vaxtı azadlığımız yox idi, ancaq pis-yaxşı bir parça çörəyimiz var idi. İndi Əli aşından da olmuşuq, Vəli aşından da” söyləyənlər artıb.

Ən pisi və təhlükəlisi: vəziyyət o həddə qədər ağırlaşıb, dözülməz olub ki, kimlərsə elə fikirləşirlər ki, biz müstəqilliyə-zada layiq deyilik, bizim çox ayıbımızı Sovet hökuməti örtürmüş, biz “böyük qardaşsız” yaşaya bilmərik, mütləq başımızın bir ağası olmalıdır.

Bax 1991-ci ilin şanlı və şərəfli 18 oktyabrından keçən 26 il sonra durum budur! Əzabvericidir, ürək ağrıdıcıdır, adamın cızdağı çıxır, insan “niyə axı, niyə belə olmalı idi?!” deyə başını daşlara-divarlara döymək, ya da gizli bir guşəyə çəkilib hönkürmək istəyir, ancaq neyləyəsən ki, reallıqdır. Durum belədir.

İnsanlar sözün həqiqi mənasında hüquqlarına və azadlıqlarına, sosial ədalətə və bərabərliyə qovuşmalıdırlar ki, müstəqilliyin nə qədər dadlı bir nemət, nə qədər qiymətli bir qazanc olduğunu da anlasınlar.

Elə ona görə yuxarıda yazmışdıq ki, bir ölkənin müstəqilliyinin yüksək anlam, ali dəyər kəsb etməsi üçün həmin ölkədə çağdaş, modern, mədəni dəyərlərin, demokratik idealların təntənəsi vacibdir. İnsanlar sözün həqiqi mənasında hüquqlarına və azadlıqlarına, sosial ədalətə və bərabərliyə qovuşmalıdırlar ki, müstəqilliyin nə qədər dadlı bir nemət, nə qədər qiymətli bir qazanc olduğunu da anlasınlar.

Müstəqillikdən iyrənməsinlər, əksinə, ondan vaz keçməyin hansı böyük bəlalara yol aça biləcəyinin fərqinə varsınlar.

Müstəqillik gününə bütün qəlbləri, ruhları ilə bağlansınlar, onun sıradan bir tarix olmadığını bilsinlər, ona yeni bir doğuluşun, yeni bir dirilişin təcəssümü kimi baxsınlar.

Odur ki, indi internet saytlarında-filan “18 oktyabr nə günüdür?” tipli ictimai sorğulara əksəriyyətin yanlış cavablar verməsinə qətiyyən təəccüblənməmək lazımdır. Bu məntiqi sonluqdur.

Müstəqilliyi demokratik-hüquqi dövlət quruculuğu, insan haqlarının və azadlıqlarının təntənəsi ilə taclandırmadığımız müddətcə də həmin məntiqi sonluq – yanlış cavablar dəyişməyəcək.

Elə müstəqilliyə yanlış, həm də kökündən yanlış baxış da: guya biz müstəqil yaşaya bilməzmişik, guya bizə mütləq “böyük qardaş” lazımdır, guya bizim ayıbımızı bolşeviklər örtürmüş...

Kaş bu yanlışdan döndüyümüz, doğrunu tapdığımız günü görə bilsəm!

Kaş..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG