Keçid linkləri

Təcili xəbərlər

Haradan pul çıxartmalı?


YPX cərimələrinin hər gün artması boşuna deyil, təbii. Neft pulu çox olanda ğöstəriş beləydi ki, çalışın camaatı yola verin, üstümüzə qaldırmayın.

Şişmiş dövlət aparatını da, sağa-sola bədxərcliyi də, maaşdan əlavə paketləri də ödəməyə pul var idi. Milyardlar da rahatca offşorlara axa bilirdi. Lənətə gəlmiş neft, düşdü birdən aşağı.

İndi daha "xalqı yola verin" işləmir. Pul lazımdır. Çoxlu. İndi, "İncitməyəndə pul çıxmayacaq camaatdan. Amma hələlik orta təbəqədəki pulları alın!" direktivi verilib.

Əslində, kərə yağı, apelsin, avtomobil, ehtiyat hissələri və s qiymətlərinin sürətli artımı bununla bağlı. Bir az keyfiyyətli, yəni orta təbəqə üçün nəzərdə tutulan hər şeyin qiyməti artacaq.

YPX-dən yeni-yeni cərimələr barədə anonslar da bu qəbildəndir. "Avtomobili varsa imkanı var, dözəcək!" düşüncəsindən irəli gəlir bu.

Əhalimizin əlində 32 milyard pul varmış - xəbəri dolaşdı. Bu pulun xeyli hissəsi orta təbəqədə. Onlar müxtəlif yollarla bu pulların əllərindən alınmasına ciddi etiraz etməyəcəklər. Etiraz etməkdən qorxurlar. İşlərini, yaxın adamlarının işlərini itirə bilərlər, azacıq etiraz ifadəsinə görə.

Başqa təzyiqlər də öz yerində. Üstəlik, bu təbəqənin itirdiklərinin bir hissəsini aşağı təbəqədən çıxarıb almaq imkanı var. Həmin 32 mld.ın 12-13 mld'ını bu yolla götürmək olar.

YPX, kərə yağı, avtomobil hissələri və s. sınaq testlərdir. Tezliklə real addımlar başlamalıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG