Keçid linkləri

Dünəndən şəhid olan əsgərimizin atası Firuddin kişinin sosial şəbəkələrdə yayılmış fotosu geniş müzakirələrə səbəb olub.

Köhnə dəyirman...

Qarabağda ölən kasıb balalarıymış və sanki bu ilk dəfəymiş.

Mən də razıyam ki, o foto doğrudan da dözülməzdir. Vəziyyət o məzlum Azərbaycan kişisinin şəxsində tragediyanın kubuna yüksəlib, hətta bir az da poetikləşib, bədiiləşib, məcazlaşıb.

Lakin...

Gəlin sözü Nizami Gəncəviyə verək. Ulu sənətkarın vətən haqqında, onu qorumaq haqqında fikirlərini ümumiləşdirən Yegveni Bertels yazır:

“Nizami ilə feodal hakimlər arasında dərin uçurum var. Feodal üçün doğma yurd düşüncəsi yoxdur. O, vəzifə qəsb edib əhalini istismar etdiyi yeri vətən hesab edir. Düşmən hücum etdikdə, o qaçır və özünə başqa “vətən” axtarır.”

Gördüyünüz kimi, problem 800 il əvvəl çözülüb.

Gəlin başqa bir test də edək.

Yanağından yağ daman bir əyalət məmurunun şəklini qoyaq Firuddin kişinin yanına və soruşaq:

“Sizcə Azərbaycan xalqının ümumiləşmiş obrazı bu adamların hansına oxşayır?”

Əmin olun, hamı Firuddin kişini göstərəcək.

Bu torpaq bu xalqındır və həmişə də bu xalqın olacaq.

Üstündə kasıb yaşasa da, varlı yaşasa da.

Torpağın “kupça”sı bu xalqı sevməyən, ona sağılan inək kimi baxan insanların əlində olsa da!

Necə deyərlər, o kənd bizim kəndimizdi, getməsək də, gəlməsək də...

Həmişə belə olub, belədir və yəqin ki, gələcəkdə də belə olacaq.

Ona görə bundan yaxşı deyil ki, heç vaxt bundan yaxşı olmayıb və yəqin ki, heç vaxt da olmayacaq.

Lakin heç bir səbəb bu torpağın bu xalqa məxsus olduğu faktını dəyişmir.

Və xalq ona məxsus olan torpaq üçün öz ləyaqətli oğullarını həmişə qurban verəcək.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin və cəmi Firuddin kişilərin ümidsiz çiyinlərinə baxıb bizə insaf versin.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG