Keçid linkləri

Təcili xəbərlər

İran haqqında biz çoxmu bilirik?


Gilan vilayətinin Rəşt şəhərində mədəniyyət festivalı.
Gilan vilayətinin Rəşt şəhərində mədəniyyət festivalı.

Məncə yox. Hər halda mənə elə gəlir ki, biz məsələn, şimal qonşumuz Rusiya haqqında qarışıq əhalisi, böyük ərazisi olmasına baxmayaraq çox bilirik. Ən azı Dağıstan, Həştərxan, Stavrapolun etnik tərkibi haqqında bilirik.

İran haqqında necə?

Məsələn, bizə qonşu Qərbi Azərbaycan, Ya Şərqi Azərbaycan, yaxud Gilan və ya Mazandaran haqqında

Mütəxəssislər əlbəttə ki yaxşı bilirlər.

Astaranın cənubunda mərkəzi Rəşt olan Gilan vilayətində 2,5 milyon əhali yaşayır. Xəzər ətrafında ən mühüm regionlardan biri, İran Astarası da bu bölgəyə daxil. Əhalisinin ən böyük kəsimi, 1 milyondan çox, Gilaki adlanan etnik qrupdur.

Sonrakı yerləri bizim Talışlar və Türklər tutur. Hətta Gürcülər və Ermənilər də gözəçarpacaq dərəcədə var. Mənim üçün ən maraqlısı Gilaki'lərdir. Gürcülər də.

Məsələ burasındadır ki, Gilakilər nə Farslar, Talışlar, Tatlar kimi Hind-Avropa, nə də türklər kimi Altay dil qrupuna aid deyillər. Onlar Qafqaz dilləri sırasına aiddirlər. Bəzən Xəzər dilləri də adlandırırlar.

Daha doğrusu həm Gilakilər, həm də İranın başqa bir vilayətinin – Mazandaranın əsas əhalisi olan Mazandaranlar Cənubi Qafqaz dillərindən sayılan dillərdə danışırlar. Gilaki'ylə Mazandaran dilləri. Bu dil bizim İngiloyların diliylə yaxındır.

Yəni, Kartveli dilləri ailəsindəndir. Yəni, Gürcü dili.

Belə çıxır ki, Kartveli dilləri ailəsində danışanların sayına görə birincilik Gürcüstandadır. İkinci isə İrandır.

Həm də onlar Astaradan cənubda, Xəzər sahillərində yaşayırlar.

İran gerçəkdən böyük coğrafiysya və etnik palitraya sahibdir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG