Keçid linkləri

Təcili xəbərlər

Dövlətdən çox oğruya inam olanda...


Həmidə Cavanşir xatirələrində yazır ki, həyatın ağır şərtlərinə dözməyən bəzi insanlar dağa qalxıb quldurluqla məşğul olurdular. Xanımlar da, düzənlikdə qalanlarla müqayisədə, dağa çıxanlara daha çox simpatiya duyurdular.

... düşərgənin bir küncündə "alternativ görüş" təşkil edib oğru dünyası haqqında mahnılar oxuduğu mini-konsert olmuşdu, dinləyicilərdən bəziləri mahnıların sözlərini dəftərə yazıb əzbərləmişdilər.

Təmayüldə oxuyarkən olimpiada qaliblərini Mərdəkanda düşərgəyə toplamışdılar, sponsor o zamanki Ticarət Nazirliyi idi. Günaşırı düşərgəyə tanınmış şəxlər-"Tok" Əli, bəstəkar Oqtay Kazımlı, yaxud tanınmış inglisi dili müəllimi Oruc Musayev ya da BDU-dan fizika müəllimi dəvət olunur, uşaqlarla maraqlı müzakirələr aparırdılar. Ancaq bu görüşlərdən də qələbəlik olan, olimpiada iştirakçısı düşərgə sakinlərindən bir şagirdin düşərgənin bir küncündə "alternativ görüş" təşkil edib oğru dünyası haqqında mahnılar oxuduğu mini-konsert olmuşdu, dinləyicilərdən bəziləri mahnıların sözlərini dəftərə yazıb əzbərləmişdilər.

Quldurluğa hörmət və heyranlıq, ədalətli padişah axtarışının o biri üzüdür. Hüququn qavranılmadığı, mövcud olmadığı və təminat altına alınmadığı orta əsrlərdə və müasir zamandakı orta əsrlər coğrafiyalarında hüququ təmin edəcək şah olmadıqda, təminatçı kimi quldurlara simpatiya yaranır. İndilərdə də insanların hakimiyyətlərdən umacağı "bizə də baxsınlar, bizi dolandırsınlar" -dır. Qəddafiyə simpatiyanın da kökündə bir əfsanə dayanır-"xalqı dolandırırdı, qazı, suyu, işığı pulsuz etmişdi". İmperiyalar işğal etdikləri ərazilərə müasir məhkəmə sistemini yerləşdirməkdə çətinlik çəkiblər, uzun müddət məhkəmələrə müraciət edən olmayıb, öz aralarında misilləmə qanunu ilə mübahisələri həll edirmişlər.

Konkret bizdə "oğru dünyasına" simpatiya qismən hüquqa hörmət etməkdənsə oğru kimi davranmaqdan, modernizmin hüquq sistemini qəbul etməkdənsə şəxsi meyarlarla hərəkət etmək istəyindən qaynaqlanır.

Konkret bizdə "oğru dünyasına" simpatiya qismən hüquqa hörmət etməkdənsə oğru kimi davranmaqdan, modernizmin hüquq sistemini qəbul etməkdənsə şəxsi meyarlarla hərəkət etmək istəyindən qaynaqlanır. İstənilən halda, oğru dünyasına simpatiyanın, onları təqlidin, jarqonlarının geniş yayılmasının, səhifələrinin çoxminlik izləyiciləri olmasının, onlardan bəhs edən kitabların best-sellərə çevrilməsinin göstərdiyi, sivillikdə bir problemin olmasıdır. Fiziki olaraq çox zəif olan biri belə, mübahisədə məhkəməyə müraciət etməkdənsə qol qücünün həll edici olduğu stildə problemi həll etməyə üstünlük verir. Bu davranış da onun zehninə yeridilmiş "yaxşı oğlan" ideologiyasının bir təzahürüdür ki şəxsi keyfiyyətlərindən və haqlı olub olmamasından asılı olmayayaq, hüququ güc qarşısında gücsüz edir. Baş verən hadisələrin yaxın səbəblərindən daha çox, uzaq səbəbləri-hansı iqtisadi-tarixi şərtlərin müəyyən təfəkkür tərzi yaratdığı və onların nəsillər sonra belə hansı davranışlara səbəb olduğu-öyrənilməlidir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG